“Kitabxanalar
ili” tədbirlər
silsiləsində
Kitabxanaların daşıdığı funksiyanın şəbəkəsi daim genişlənməkdədir. Bu sahədəki yeniliklərin məqsədi birdir: oxucu-kitab münasibətlərini daha da zənginləşdirmək.
Bu mənada "Kitabxanalar ili" mühüm əhəmiyyət daşıyır. 2012-ci ilin "Kitabxanalar ili" elan edilməsi ilə əlaqədar təşkil olunan tədbirlər davam etməkdə və əhatə dairəsi genişlənməkdədir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının imzaladığı sərəncam da bu məqsədi daşıyır. Bununla əlaqədar şəhər kitabxana-informasiya sisteminin təkmilləşdirilməsi, kitabxanaların modernləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi kimi vacib məsələlərin həlli nəzərdə tutulub.
Belə tədbirlər Xaçmaz və Quba rayonlarında da keçirilməkdədir. Quba Rayon Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisində oxuculara müxtəlif mövzulu əsərlər təqdim olunub.
Xaçmaz rayonunun bir çox kəndlərində "Mütaliə həftələri"nin keçirilməsi, həmçinin respublikada ilk multimedia mərkəzlərindən birinin də burada yaradılacağı nəzərdə tutulub.
Məhəmməd
SADIQZADƏ
Azərbaycan.- 2012.- 6 may.- S. 11.