Macarıstanın
Prezidenti zati-aliləri cənab Yanoş Aderə
Hörmətli cənab Prezident!
Macarıstanın
Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu
gün Azərbaycan-Macarıstan əlaqələri
ardıcıl və davamlı inkişaf yolundadır.
Ümidvaram ki, ölkələrimizi birləşdirən ənənəvi
dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli
qaydada əməkdaşlığımız
xalqlarımızın mənafelərinə uyğun olaraq daim
genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
Macarıstan xalqının rifahı naminə
qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 7 may 2012-ci il
Azərbaycan.- 2012.- 8 may.- S. 2.