Azərbaycan BMT məkanında: yeni mərhələ, yeni hədəflər

 

Prezident İlham Əliyevin BMT-nin ən ali strukturunun iclasına sədrlik etməsi Azərbaycanın müstəqil dövlətçilik salnaməsinin şanlı səhifəsidir

 

 

 "Biz birmənalı olaraq Təhlükəsizlik Şurasında sədrliyimiz zamanı böyük töhfəmizi verəcəyik. Mən BMT-dəki bütün dostlarımızı və üzv dövlətləri əmin edə bilərəm ki, Azərbaycan bütün ölkələr qarşısında etibarlı və dost tərəfdaş olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı genişləndirmək istəyirik".

 

 

İlham ƏLİYEV

 

 

Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun ən mühüm göstəricisi kimi müstəqillik tarixmizə həkk olunan siyasi hadisə, nəhayət ki, baş verdi: Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sədrliyə başladı. Dövlət müstəqilliyinin 21-ci ilini yaşayan Azərbaycan sədrlik estafetini 200 ildən çox müstəqillik tarixi olan ABŞ-dan aldı və növbəlilik əsasında Çinə təhvil verəcək. Əlbəttə, bunun mühüm siyasi mənası var. Bu onu göstərir ki, beynəlxalq və qlobal proseslərə verdiyi töhfələrə, habelə sürətli inkişafına görə yüksək beynəlxalq nüfuza nail olan gənc müstəqil Azərbaycan artıq dünya siyasi düzənində böyük çəkisi olan dövlətlərlə bir sıradadır.

Mayın 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələrin aparıldığı BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında səslənən fikirlər də respublikamızın artan nüfuzunun qlobal miqyasda etirafı idi. Qeyd edək ki, BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbrik edərək dövlətimizin başçısının bu iclasa sədrliyini alqışladı. Bəli, Azərbaycan Prezidentinin ilk dəfə olaraq BMT-nin ən ali strukturunun iclasına sədrlik etməsi Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin ən böyük siyasi-diplomatik zəfəridir. Bu  zəfər bizim hər birimizi olduqca qürurlandırdı və şanlı müstəqillik tariximizə qızıl hərflərlə həkk olundu. Bu hadisə həm də onu təsdiqlədi ki,  Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda dayanan istənilən taleyüklü məsələnin yoluna qoyulmasına qadirdir.

Həm Pan Gi Munun, həm Almaniyanın xarici işlər naziri Guido Vestervellenin, həm də Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Raysın Azərbaycan Prezidentinin müzakirəyə təqdim etdiyi "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələrdə aktiv iştirak etmələri isə göstərdi ki, Azərbaycan BMT səviyyəsində məhz sivil dünyanı narahat edən məsələlərin çözülməsində maraqlıdır. Ölkəmiz Təhlükəsizlik Şurasına sədrliyi dövründə bu qurumun fəaliyyət gündəliyini müəyyən etməklə dünyadakı hadisələrlə bağlı qərar qəbuletmə prosesinin fəal iştirakçısına çevriləcəkdir.

Müasir dünyamızda sülhün, təhlükəsizliyin və əmin-amanlığın qorunmasında Birləşmiş Millətlər Təşkilatının, xüsusilə onun ən aparıcı qurumlarından olan Təhlükəsizlik Şurasının özünəməxsus yerirolu var. Hələ İkinci Dünya müharibəsinin getdiyi vaxtda antihitler koalisiyasına daxil olan ölkələrin rəhbərləri gələcəkdə sülhü qorumaq, xalqlar arasında münasibətləri tənzimləmək məqsədilə yeni beynəlxalq qurumun yaradılması ideyasını müdafiə etmişdilər. Nəhayət, 1945-ci ilin aprel-iyun aylarında ABŞ-ın San Fransisko şəhərində 51 dövlətin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransda Birləşmiş Millətlər Təşkilatının yaradılması barədə sənəd razılaşdırılmış və 24 oktyabr 1945-ci ildə rəsmi şəkildə təsdiq edilmişdir. Həmin tarix, yəni 24 oktyabr o vaxtdan "Birləşmiş Millətlər" günü kimi hər il qeyd olunur.

 

İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı kimi bir qurumun yaradılmasının çox böyük siyasi əhəmiyyəti vardı. Böyük dağıntılara və çox sayda insanların məhv olmasına gətirib çıxarmış İkinci Dünya müharibəsinin nəticələri bəşəriyyəti yeni fəlakətlərin qarşısını almaq üçün səylərini birləşdirməyə sövq edirdi. Müharibənin sonunda ABŞ tərəfindən yeni bir silahın - atom bombasının Yaponiyanın XirosimaNaqasaki şəhərlərinə atılması gələcək müharibələrin dəhşətli mənzərəsini bariz şəkildə nümayiş etdirirdi. Məhz bu baxımdan yeni dünya müharibəsinin qarşısının alınması bəşəriyyət üçün vacib bir məsələ idi.

Dünyada sülhün və təhlükəsizliyin qorunması baxımından BMT-nin qarşısında mühüm vəzifələr və səlahiyyətlər müəyyən edilmişdi. Fəaliyyətə başladağı dövrdə öz sıralarında 51 ölkəni birləşdirən BMT hazırda 193 ölkəni əhatə edir. İkinci Dünya müharibəsindən ötən müddət ərzində BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar və qətnamələr dünyanın ayrı-ayrı bölgələrində baş vermiş münaqişə və müharibələrin qarşısının alınmasında mühüm rol oynamışdır. Lakin bəzi hallarda BMT səviyyəsində qəbul olunan qərarlar kağız üzərində qalaraq təcavüzkar zamanında cəzalandırılmamışdır. Xüsusilə "soyuq müharibə" dövründə BMT tribunası sovet-kommunist rejimi ilə Qərb dünyası arasında siyasi-diplomatikideoloji mübarizə meydanına çevrilmişdi. BMT-nin Nizamnaməsində təşkilatın idarə olunması üçün müəyyən edilmiş qaydalar, xüsusilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ bir sıra hallarda sülh və təhlükəsizlik naminə vacib addımların vaxtında atılmasına əngəl olmuşdur. Böyük dövlətlərin geopolitik, geoiqtisadi mənafeləri, onların arasında mövcud olan ziddiyyətlər, BMT Təhlükəsizlik Şurasında, Baş Məclisdə və təşkilatın digər qurumlarında qəbul edilən qərarlara təsir etməkdədir. Bu məsələyə aid BMT-nin tarixindən çoxsaylı misallar göstərmək mümkündür. Əlbəttə, belə bir vəziyyətin mövcudluğu BMT-nin səmərəli fəaliyyətinə mane olur. Lakin bütün çatışmazlıq və qusurlara rəğmən BMT-nin sülh və əmin-amanlığın qorunması baxımından rolu böyükdür.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkənin beynəlxalq təşkilatlara inteqrasiya prosesi başlanır. 1992-ci il mart ayının 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında qurumun bərabərhüquqlu üzvlüyünə qəbul edilən  Azərbaycan Respublikası ötən müddət ərzində bu qurumun tərkibində geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunda beynəlxalq təşkilatlarda fəaliyyət əhəmiyyətli yerlərdən birini tuturdu.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT kimi mötəbər bir qurumda fəaliyyətini müəyyən edərkən bir sıra məqamları nəzərə almışdı. Birincisi, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibənin mahiyyətini dünyaya çatdırmaq və təcavüzün BMT səviyyəsində pislənməsinə, Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ona qarşı sanksiyaların tətbiq edilməsinə nail olmaq; ikincisi, BMT çərçivəsində həyata keçirilən layihələrdə yaxından iştirak etmək; üçüncüsü, Ermənistanın təcavüzü ilə əlaqədar olaraq öz yaşayış yerlərini zorən tərk etmiş məcburi köçkün və qaçqınlara BMT qurumlarının, donor ölkələrin humanitar yardımının genişlənməsinə çalışmaq; dördüncüsü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsi istiqamətində diplomatik səyləri gücləndirmək; beşincisi, BMT-nin tribunasından istifadə edərək Ermənistanın təcavüzkar planlarını daha geniş ifşa etmək və ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarını davam etdirməklə yanaşı, münaqişənin diplomatik yolla həlli üçün BMT-nin imkanlarından istifadə etmək.

Heydər Əliyevin uğurlu xarici siyasət xəttinin həyata keçirilməsi sayəsində BMT miqyasında Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın haqlı mövqeyinin dünya ictimai rəyinə çatdırılması baxımından Heydər Əliyevin 1994-cü il sentyabr ayının 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı əhəmiyyətli rol oynamışdır. Bu çıxış müstəqil Azərbaycan dövlətinin Prezidentinin BMT tribunasında ilk çıxışı idi. Heydər Əliyev proqram xarakterli nitqində bir sıra məsələlərə toxunmuş, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini ifadə edərək bildirmişdir: "Təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Mən Azərbaycan tərəfinin dəhşətli itkilərini sözlə deməliyəm. 20 mindən çox adam həlak olmuşdur, 100 minə yaxın adam yaralanmış və xəsarət almışdır, 6 min nəfər əsir düşmüşdür, 1 milyondan çox azərbaycanlı - ölkə əhalisinin təxminən 15 faizi qaçqın vəziyyətinə düşmüşdür və çadır şəhərciklərində yaşayır. Azərbaycanın işğal edilmiş ərazilərində yeddi yüz şəhər və kənd dağıdılmışdır. Həmin şəhər və kəndlərdə demək olar, bütün evlər, məktəblər, xəstəxanalar yandırılmış və talan edilmiş, qədim mədəniyyət abidələri məhv edilmişdir".

Ümummilli lider Heydər Əliyevin BMT tribunasından səsləndirdiyi bu fikirlər Ermənistanın işğalçı əməllərinin əsl mahiyyətinin ifşa edilməsi baxımından atılan mühüm addımlardan biri idi. İlk dəfə olaraq beynəlxalq aləmin ən nüfuzlu təşkilatının kürsüsündən Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında tutarlı və həqiqi faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın BMT müstəvisində həyata keçirdiyi siyasətin stratejitaktiki tərəflərini dəqiq şəkildə müəyyən edərək bu təşkilatla münasibətləri həmişə diqqət mərkəzində saxlayırdı. Məhz yürüdülən bu xəttin nəticəsində Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, BMT-də açılan müzakirələrdə Dağlıq Qarabağın Azərbaycana mənsubluğu "BMT və ATƏT arasında əməkdaşlıq" qətnaməsində öz əksini tapmışdır.

Göstərmək lazımdır ki, Heydər Əliyevin tapşırığı ilə BMT-nin müxtəlif qurumlarında fəaliyyətin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan yuxarı Azərbaycan vətəndaşının ağır şəraitini yüngülləşdirmək üçün BMT İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümumdünya Ərzaq Proqramı, YUNİSEF və başqa təşkilatlar çərçivəsində humanitar yardımlar alınmışdır. Heydər Əliyevin BMT-nin o zamankı baş katibləri olmuş Butros Butros QaliKofi Annanla keçirdiyi görüşlər, təşkilatın bir çox tədbirlərində şəxsən iştirakı Azərbaycan - BMT münasibətlərinə, onun yüksələn xətt üzrə inkişafına müsbət təsir göstərmişdir.

Azərbaycanın BMT ilə əlaqələrində əsas yerlərdən birini qaçqınlar problemi təşkil edir. Heydər Əliyev BMT nümayəndələri ilə görüşlərində bu məsələni həmişə diqqət mərkəzində saxlamışdır. Qaçqınlara humanitar yardımların göstərilməsi ilə yanaşı, bu problemin dünya ictimaiyyətinin nəzərinə çatdırılması baxımından BMT-nın imkanlarından istifadə edilmişdir. Heydər Əliyevin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı xanım Sadako Oqata ilə 1999-cu ilin sentyabrında Bakıda, 2000-ci ilin yanvarında Davosda keçirdiyi görüşlər, eyni zamanda, həmin qurumun nümayəndələrinin Azərbaycana səfərləri, 2000-ci ilin mayında Bakıda qaçqınların və məcburi köçkünlərin vəziyyətinə həsr olunmuş "İnkişaf problemləri və strateji istiqamətlər" mövzusunda beynəlxalq konfransın keçirilməsi bu yöndə nəzərdə tutulmuş siyasi xəttin reallaşmasına müsbət təsir göstərmişdir.

Azərbaycan hakimiyyətinin Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu ilə birgə tədbirləri, bu təşkilatların təmsilçiləri ilə ölkə rəhbərliyinin görüşləri əhalinin sağlamlığının qorunması işinə, bu istiqamətdə fəaliyyətin intensivləşməsinə təsir göstərmişdir.

BMT İnkişaf Proqramı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın əməkdaşlığı iqtisadiyyatın bazar münasibətləri prinsiplərinə uyğun olaraq yenidən qurulması, genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsi, ölkənin maliyyə sisteminin sağlamlaşdırılması üçün çox faydalı olmuşdur. BMT İnkişaf Proqramının rəhbəri Ceyms Qustav Spetin 1996-cı ilin iyununda Azərbaycana səfəri, Heydər Əliyevin Dünya Bankının prezidenti Ceyms Vulfenson, Beynəlxalq Valyuta Fondunun direktoru Mişel Kamdesu ilə görüşləri əməkdaşlığın inkişafına xüsusi təkan vermişdir.

Azərbaycan həmçinin BMT-nin Sənaye İnkişaf Təşkilatı (YUNİDO), Ümumdünya Meteorologiya Təşkilatı, Beynəlxalq Kənd Təsərrüfatının İnkişaf Fondu (İFAD), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO), Beynəlxalq Ərzaq Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlığı uğurla həyata keçirir.

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli-mənəvi irsinin qorunub saxlanılması və dünya miqyasında təbliği istiqamətində geniş işlər görmüşdür. Bu siyasət həyata keçirilərkən BMT-nin elm, təhsil və mədəniyyət təşkilatı olan UNESKO ilə əlaqələrə xüsusi diqqət yetirilmişdir. Heydər Əliyevin həmin təşkilatın keçmiş baş direktoru Federiko Mayor ilə 1993-cü ilin dekabrında Parisdə, 1995-ci ilin avqustunda Almatada görüşləri, dahi Füzulinin 500 illik yubileyinə həsr olunmuş təntənələrdə iştirak etmək üçün Federiko Mayorun 1996-cı ilin noyabrında Azərbaycana səfəri, UNESKO-nun Baş direktoru Koisura Matsuranın Azərbaycan xalqının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştirak etmək üçün 2000-ci ilin aprelində Bakıya səfəri Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın inkişafında mühüm rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın mövqelərini beynəlxalq təşkilatlarda, xüsusən BMT-də möhkəmləndirmək siyasəti, həmin qurumların tribunasından səmərəli istifadə edərək ölkəmizin maraqlarını qorumaq və təmin etmək xətti bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurinamla davam etdirilir. Prezident İlham Əliyevin BMT-nin müxtəlif xarakterli tədbirlərində iştirakı, keçirdiyi görüşlər, həmin qurumlarda söylədiyi nitqlər Azərbaycanın həmin təşkilatlarda imkanlarının artmasına yeni-yeni töhfələr verir.

Azərbaycan-BMT münasibətlərinin inkişafı İlham Əliyevin xarici siyasətində önəmli yer tutur. Prezident İlham Əliyev BMT Baş Məclisinin 59-cu ssesiyasında çıxışı zamanı demişdir: "Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün çox zəruri olan BMT və onun nizamnaməsinə inamımızı bir daha təsdiqləmişik".

Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə bu orqanlara seçkilərdə aktiv iştirak edir. Qeyd edildiyi kimi, Azərbaycan UNİSEF-in İcra Heyətinin 1995-1997-ci, 1998-2000-ci illər, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər və BMT-nin Davamlı inkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadiSosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.

Müasir dünyada bütün sahələrdə olduğu kimi, beynəlxalq münasibətlər sistemində də əsaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verməkdədir. Qlobal problemlərin yaratdığı çətinliklər bəşəriyyətin elmi-texniki, iqtisadi və maddi-mənəvi birliyini zərurətə çevirmişdir. Ölkələrin yalnız öz gücünə söykənərək inkişaf etməsi mümkün deyildir. Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan münaqişələr, iqtisadi problemlər, yoxsulluq, inkişafda qeyri-bərabərlik və digər məsələlər daha qabarıq şəkildə özünü bürüzə verməkdədir. Qlobal problemlər BMT-nin diqqət mərkəzindədir. Hazırda öz tərkibində 193 ölkəni birləşdirən bu qurum sülhün və təhlükəsizliyin qorunması ilə yanaşı, terrorizmə və cinayətkarlığa qarşı mübarizə, ətraf mühitin qorunması, demoqrafik vəziyyət, narkotik maddələrin qanunsuz dövriyyəsinin aradan qaldırılması regional münaqişələrin həll olunması, insan haqları, nüvə silahının yayılmasına mane olmaq, xalqlar arasında humanitar əlaqələrin genişlənməsi, tarixi-mədəni irsin qorunması, sivilizasiyalararası dialoqun saxlanması, gender bərabərliyi, uşaq əməyinin istismarına son qoyulması, dini tolerantlıq və s. bu kimi çox vacibmühüm əhəmiyyət kəsb edən məsələlərlə məşğul olur. Dünyanın siyasidiplomatik mərkəzi sayılan BMT ona bağlı olan 30-dan yuxarı qurum vasitəsilə qarşıya qoyulan vəzifələri həll etməyə çalışır.

Müstəqilliyinin 20 illiyini arxada qoyan Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni həyatında mühüm uğurlara nail olduğu kimi, xarici siyasət sahəsində, o cümlədən beynəlxalq təşkilatlarda fəaliyyət istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Keçid dövrünü başa vuran Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsinin lider dövlətidir. Əldə olunan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.

BMT Baş Məclisinin 62-ci və 63-cü sessiyalarında Azərbaycanın siyasidiplomatik maraqlarını ifadə edən qərarların qəbul olunması deyilənləri bir daha təsdiq edir.

Azərbaycan Respublikasının BMT ilə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu qurumun imkanlarından və tribunasından səmərəli şəkildə istifadə edən Azərbaycan diplomatları Prezident İlham Əliyevin xarici siyasətdə müəyyən etdiyi "hücum diplomatiyası" tövsiyəsini ardıcıl olaraq həyata keçirirlər. Azərbaycan tərəfi hazırda beynəlxalq miqyasda narahatlıq doğuran bir sıra məsələlərlə bağlı BMT Baş Məclisində təkliflərlə çıxış etmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Haqları Komissiyasının 58-60-cı sessiyalarında "İtkin düşmüş şəxslər" adlı qətnamə layihəsi müzakirə edilərək müvafiq sənəd qəbul olunmuşdur. Belə bir sənədin qəbulu beynəlxalq humanitar hüquq normaları baxımından və Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsi nəticəsində itkin düşən azərbaycanlılar barədə faktların daha geniş miqyasda çatdırılması üçün əhəmiyyətli olmuşdur.

Son illər Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr bu qurumda ölkənin nüfuzunu daha da artırmışdır. Qlobal miqyasda terrorizmə qarşı aparılan mübarizədə fəal iştirak edən Azərbaycan, eyni zamanda, bu məsələ ilə əlaqədar BMT-də müxtəlif təkliflərlə çıxış etmişdir. Azərbaycan Respublikasının müvafiq dövlət qurumları BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi ilə sıx əməkdaşlıq edərək bu quruma görülən işlər haqqında hesabatlar təqdim etmişdir.

Azərbaycan Respublikası BMT-də aparılan islahatları və XXI əsrin çağırışlarına uyğun olaraq beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin qorunması istiqamətində həyata keçirilən siyasəti birmənalı olaraq müdafiə etməkdədir. BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərək Prezident İlham Əliyev bununla əlaqədar Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etmişdir.

Azərbaycanın BMT məkanında nüfuzunun artması, bu qurumda rolunun güclənməsi özünü bir daha 2011-ci il oktyabr ayının 24-də Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə göstərmişdir. Bu məsələdən bəhs edərkən Prezident İlham Əliyev bildirmişdir: "Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiqli yer tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə, heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi".

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan Respublikası iki il ərzində bu qurumda fəaliyyət göstərəcək. 2012-ci ilin yanvar ayından Azərbaycan diplomatları qurumda öz vəzifələrinin icrasına başlamışlar. Təhlükəsizlik Şurasının 10 qeyri-daimi və 5 daimi üzvü ilə birlikdə Azərbaycan dövləti dünya miqyasında sülhün qorunması üçün ciddi, ardıcıl, səmərəli və məqsədyönlü fəaliyyət göstərməklə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "növbəti il ərzində dünyanın bir nömrəli, ən mötəbər təşkilatında üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik".

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi ölkənin xarici siyasətinin qarşısında yeni vəzifələr və məsuliyyət yaradır. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrliyi zamanı bu məsələdən danışarkən demişdir: "Ölkəmizin böyük tarixi, mədəniyyəti və adət-ənənələri vardır. Lakin müstəqil ölkə kimi bizim hələ iyirmi yaşımız vardır. Bu illər dəyişikliklər, inkişafdünyaya təqdimat illəri olmuşdur. Namizədliyimizin 155 ölkə tərəfindən dəstəklənməsi faktı bir tərəfdən göstərir ki, biz özümüzü təqdim etməyi bacardıq. Eyni zamanda, bu, beynəlxalq ictimaiyyətin bizə verdiyi dəstəyi, bizə olan etimadı və inamını nümayiş etdirir, bu məsuliyyəti bizə həvalə edir. Sizi əmin edə bilərəm ki, biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bizə etimad göstərənlərin etimadını doğruldacağıq və əlimizdən gələni edəcəyik ki, hamımız üçün daha da proqnozlaşdırılan və təhlükəsiz dünyanı yaradaq".

Azərbaycan Təhlükəsizlik Şurasının üzvü kimi iki il ərzində iki dəfə quruma sədrlik edəcək. Ölkəmiz, artıq qeyd etdiyim kimi, may ayından etibarən sədrlik funksiyasını yerinə yetirməyə başlayıb və  dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirəyə çıxaracaq. Ən vacibi isə Azərbaycan Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayacaq. Bütün bunlarla bərabər, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzv kimi fəaliyyəti ölkəmizin təşkilat çərçivəsində təmaslarını intensivləşdirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində onun nüfuzunurolunu daha da artıracaq.

 

 

Mübariz QURBANLI,

Milli Məclisin komissiya

sədri, YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2012.- 8 may.- S. 4.