Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 95 Bakı şəhəri,
7 may 2012-ci il
"Gömrük
sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin
gömrük ərazisinə
daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların
başqa ölkələrin
gömrük və digər səlahiyyətli
dövlət orqanları
ilə mübadiləsi
Qaydaları"nın
təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il
15 sentyabr tarixli 499
nömrəli fərmanının 1.3.1-ci
yarımbəndinin
icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil
olması, çıxması və tranziti
ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük
və digər səlahiyyətli dövlət orqanları ilə
mübadiləsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Resrublikasının Baş naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 95
nömrəli qərarı ilə təsdiq edilmişdir
Gömrük sərhədindən keçirilən
malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil
olması, çıxması və tranziti
ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük
və digər səlahiyyətli dövlət orqanları ilə
mübadiləsi qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsi qaydalarını müəyyən edir.
1.2. Gömrük orqanları öz funksiyalarını həyata keçirərkən risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi maraqların qorunması, xarici və qarşılıqlı ticarət əlaqələrinin inkişafı və xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə beynəlxalq müqavilələrə uyğun olaraq mübadiləsini həyata keçirirlər.
1.3. Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsi mövcud beynəlxalq müqavilələr və ya bu Qaydalar çərçivəsində həyata keçirilir.
1.4. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat mübadiləsi Azərbaycan Respublikasının 2002-ci il 19 fevral tarixli 267-IIQ nömrəli qanunu ilə qoşulduğu "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"nın, Ümumdünya Gömrük Təşkilatının təhlükəsizliyin təmin olunması və ticarətin asanlaşdırılması üzrə çərçivə standartlarının, digər ölkələrlə imzaladığı gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlərin və Gömrük Məcəlləsinin müddəalarına müvafiq müəyyən edilmiş qaydada həyata keçirilir.
1.5. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məlumat mübadiləsinin həyata keçirilməsi aşağıda qeyd olunan istiqamətlər üzrə həyata keçirilir:
1.5.1. gömrük qanunvericiliyinin pozulması ilə əlaqədar iş üzrə təhqiqatın, məhkəmə və ya inzibati araşdırmanın aparılması;
1.5.2. gömrük və ya digər səlahiyyətli orqanlar tərəfindən yoxlamaların aparılması;
1.5.3. təqdim edilmiş sənədlərdə göstərilən məlumatın təsdiq və ya təkzib edilməsi zərurəti;
1.5.4. malların idxalı, ixracı, tranziti və malların bəyan edilməsi ilə bağlı yoxlamaların aparılması;
1.5.5. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasına və çıxmasına sərf edilən vaxtın azaldılması və gömrük sərhədindən sürətli keçidin təmin edilməsi.
2. Məlumatların forması və
məzmunu
2.1. Bu Qaydalara uyğun olaraq, məlumatlar iki tərəf arasında razılaşdırılmış formada, elektron və ya yazılı şəkildə rəsmi məktubla göndərilir. Bu məlumatlar onlardan istifadəni təmin etmək üçün tələb olunan sənədlərlə müşayiət edilir. Azərbaycan Respublikasının gömrük və digər səlahiyyətli dövlət orqanları başqa dövlətin səlahiyyətli orqanına Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən verilməsi qadağan olunmayan rəsmi materialları, sənədləri və məlumatları təqdim edir. Azərbaycan Respublikasının gömrük orqanının tələbi olduğu halda, başqa dövlətin sorğu edən səlahiyyətli orqanı sorğunun baxılması ilə əlaqədar onlara verilmiş materialları, sənədləri və maddi sübutları razılaşdırılmış müddətdə geri qaytarır. Xüsusi hallarda, tərəflər arasındakı razılaşmalara əsasən şifahi məlumatlar da qəbul oluna bilər, lakin onlar dərhal yazılı şəkildə təsdiq edilməlidir.
2.2. Bu Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq, məlumatlara aşağıdakılar daxil edilir:
2.2.1. sorğu edən gömrük orqanı;
2.2.2. sorğu olunan tədbir;
2.2.3. sorğunun predmeti və səbəbi;
2.2.4. aidiyyəti hüquqi aktlar.
2.3. İki və/və ya çoxtərəfli beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmayıbsa, yardım üçün sorğular ingilis dilində təqdim edilməlidir.
3. Sorğudan imtina üçün əsaslar
3.1. Sorğular aşağıdakı hallarda təmin edilmir:
3.1.1. əgər sorğu alan orqan sorğu edilən yardımın həyata keçirilməsinin dövlətinin suverenliyinə, təhlükəsizliyinə və ya hər hansı mühüm maraqlarına zərər gətirəcəyini hesab edərsə;
3.1.2. sorğu olunan sənədlər və/və ya məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil edərsə.
3.2. Sorğunun təmin edilməməsi haqqında qərar qəbul edildikdə, sorğu göndərən tərəfə sorğunun təmin edilməməsinin səbəbləri aydın və əsaslandırılmış şəkildə göstərilməklə bildiriş göndərilir.
4. Məlumat
mübadiləsinin şərtləri
4.1. Bu Qaydalara əsasən hər hansı şəkildə verilən və ya əldə olunan məlumat məhkəmə və ya inzibati araşdırmanın aparılması zamanı istifadə də daxil olmaqla, yalnız bu Qaydalarda göstərilmiş məqsədlər üçün və məlumat verən gömrük və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən qoyulan məhdudiyyətlərə uyğun olaraq istifadə edilir.
4.2. Məlumatı alan ölkədə ən azı həmin ölkənin ərazisində eyni xarakterli məlumatlara, sənədlərə və digər informasiyalara şamil edilən məxfiliyin qorunması təmin edilməlidir.
4.3. Bu cür məlumatlar, sənədlər və ya digər informasiyalar yalnız məlumat verən ölkənin səlahiyyətli dövlət orqanının yazılı razılığı olduqda və həmin orqan tərəfindən qoyulmuş məhdudiyyətlərə və bu Qaydaların 4.1-ci bəndinin müddəalarına uyğun olaraq digər məqsədlər üçün istifadə oluna bilər.
4.4. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş məlumatlar bilavasitə gömrük və ya digər səlahiyyətli dövlət orqanları arasında mübadilə edilməlidir. Gömrük və ya digər səlahiyyətli dövlət orqanları belə məlumatların mübadiləsinə məsuliyyət daşıyan xidmətləri və vəzifəli şəxsləri müəyyən edir. Məlumat mübadiləsi müəyyən edilmiş xidmətlər və şəxslər tərəfindən həyata keçirilir.
4.5. Azərbaycan
Respublikasının gömrük və ya başqa səlahiyyətli
orqanının sorğunu icra
etmək səlahiyyəti olmadıqda o, həmin
sorğunu səlahiyyətli orqana göndərir və bu
barədə xarici dövlətin sorğu göndərən orqanını məlumatlandırır.
Azərbaycan.- 2012.- 8 may.- S. 5.