20 İLİN ƏN
BÖYÜK UĞURU
2 mart 1992-ci ildə BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu mötəbər təşkilata üzv qəbul olunmuşdur.
Həmin gün təşkilatın 181-ci üzvü kimi Azərbaycanın dövlət bayrağı BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında qaldırılmışdır.
6 may 1992-ci ildə isə BMT-də Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır.
2011-ci ildə Azərbaycan xalqı böyük sevinc və fərəh hissi ilə dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd etdi.
Bu il isə ölkəmizin BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümüdür.
Hər iki əlamətdar tarixdən cəmi 20 il keçir. Və əslində, həmin 20 il tarix üçün göz qırpımı qədər qısa bir müddətdir. Amma bu az vaxtda belə həm ölkə daxilində, həm də beynəlxalq aləmə inteqrasiya sahəsində çox böyük nailiyyətlər qazanılmışdır! Təbii ki, hər iki proses eyni vaxtda, bir-birləri ilə əlaqəli şəkildə, ən əsası bir 20 illiyin daxilində baş vermişdir!
20 il bundan qabaq Azərbaycan BMT-yə daxil olanda müstəqilliyini qoruyub saxlayacağı böyük sual altında idi!
20 il bundan qabaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabag münaqışəsi davam etsə də, torpaqların 20 faizi işğala məruz qalmamışdı və bütöv ərazimizlə BMT-yə üzv olmuşduq.
DÜNƏN, yəni 20 il öncə ölkə hansı durumda idi? Unudanlar və bilməyənlər üçün çox qısa formada xatırladırıq:
Dövlət müstəqilliyimizi qəbul etmək istəməyən qüvvələr məkrli planlar quraraq xalqımızı diz çokdürmək, bizi yenidən imperiya boyunduruğuna qaytarmaq üçün hərtərəfli fəaliyyətə başlamışdılar;
Ölkədə xaos, anarxiya və qanunsuzluq baş alıb gedir, hakimiyyət uğrunda mübarizə bir an belə ara vermirdi;
SSRİ dövründən qalan iqtisadi əlaqələrin qırılması, sənaye və kənd təsərrüfatının böhran vəziyyətinə düşməsi, inflyasiyanın sürətlə artması xalqın sosial durumunu son dərəcədə pisləşdirmiş, insanlar ümidsiz vəziyyətə düşmüşdülər;
Ölkə parçalanma, məhvolma həddinə çatdırılmışdı. Xalqı və dövləti bu vəziyyətdən yalnız möcüzə qurtara bilərdi.
Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması ilə belə bir möcüzə baş verdi. Azərbaycan nəinki fəlakətdən qurtararaq öz müstəqilliyini qoruyub saxladı, hətta yeni, demokratik cəmiyyət quruculuğuna başlayaraq tərəqqi yoluna çıxdı.
QISA MÜDDƏTDƏ:
Müharibədə atəşkəs, ölkədə
möhkəm və dönməz sabitlik
yaradıldı. Referendum
yolu ilə yeni Konstitusiya qəbil edildi. Hakimiyyət bölgüsü aparılaraq
demokratik təsisatların
yaradılmasına, siyasi,
hüquqi və iqtisadi islahatların keçirilməsinə başlandı.
Özəlləşdirmə proqramları uğurla yerinə
yetirildi, bazar iqtisadiyyatı münasibətləri
bərqərar olundu, mətbuat və söz azadlığı təmin edildi. "Əsrin müqaviləsi"nin işə düşməsi ölkə
iqtisadiyyatının böhrandan
çıxarılmasını təmin etdi. Azad, demokratik seçkilərin
keçirilməsi üçün
müvafiq qanunçuluq
bazası və əlverişli şərait
yaradıldı. Düşünülmüş, sürətli və
davamlı inkişaf konsepsiyası əsasında
inkişafın Azərbaycan
modeli formalaşdırıldı.
Enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi
təmin edilməklə
Azərbaycan investisiya
yatırılan dövlətdən
xaricə sərmayə
qoyan dövlətə
çevrildi. Müasir, modern ordu quruldu.
Ölkə daxilində aparılan
nəhəng işlərin
nəticəsi olaraq Azərbaycan tarixən qısa müddətdə
iqtisadi sahədə keçid dövrünü
başa çatdıraraq
inkişaf etmiş ölkələr sırasına
qoşulmaq uğrunda mübarizəyə başladı.
BU GÜN
beynəlxalq aləmdə
uğurlarımız hansılardır:
Sivil inkişaf yolunu tutan, dünyaya inteqrasiya olunan Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulub;
2001-ci ildə Avropa Şurasına qəbul edilib, habelə digər qurumlarla səmərəli əməkdaşlıq
qurulub;
Dünyanın aparıcı dövlətləri
ilə bərabərhüquqlu
və qarşılıqlı
maraqlara əsaslanan əlaqələr yaradılıb;
Avropanın neft və təbii qazla təchizatında fəal əməkdaşlığa başlanılıb;
Dünyanın əksər ölkələrində
diaspor quruculuğu başa çatdırılmaqla
səmərəli fəaliyyət
nizama salınıb;
Artıq Cənubi Qafqazın ən güclü dövlətinə və söz sahibinə çevrilmişik.
Bu sahədə qazanılan ən böyük uğurumuz isə 155 dövlətin dəstəyi
sayəsində BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzv seçilməyimizdir!
Azərbaycan BMT TŞ-də sədrliyə
başlayıb. İlk iclasda
Azərbaycanın təşəbbüsü
ilə "Terror aktlarının
beynəlxalq sülh və təhlükəsizliyə
yaratdığı təhdidlər"
mövzusunda müzakirələr
aparıldı. Sonra cənab
İlham Əliyev dövlət başçısı
kimi öz bəyanatını səsləndirdi.
Bəyanatda terrorçuluğun dərin təhlili verilir, onun müxtəlif
təzahür formaları
göstərilir, habelə
bəşəriyyət üçün
çox təhlükəli
olan bu əmələ
qarşı səmərəli
mübarizəni çətinləşdirən
amillərdən, terrorçu
dövlətlərin mənəvi
cəhətdən dəstəklənmələrinin
yolverilməzliyindən bəhs
edilir. Azərbaycanın
məruz qaldığı
erməni terrorundan konkret misallar əsasında söz açan cənab İlham Əliyev bir sıra ümumiləşdirmələr
apararaq konkret tezislərini irəli sürür:
Terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə,
o cümlədən bütün
üzv dövlətlərdə
insan hüquqlarının,
fundamental azadlıqların, demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin,
ərazi bütövlüyünün
və nəhayət, sosial və iqtisadi inkişafın bərqərar olunmasına
ciddi təhdiddir.
Terrorçuluğun dəyişən mahiyyəti
və siması, bir çox hallarda onun təcavüzkar
separatizm, ekstremizm və mütəşəkkil
cinayətkarlığa bağlılığı
vardır.
Terrora qarşı
mübarizə hər
hansı konkret din və ya mədəniyyətə
hücum çəkmək
üçün istifadə
edilə bilməz.
Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədirliyinin
ilk iclasında dünyanın
maraqları ilə öz maraqlarını əlaqələndirməyi, 20 il
ərzində həllinə
nail olmadığı yeganə
problemin - Ermənistan-Azərbaycan,
Daglıq Qarabag münaqişəsinin həlli,
bu məsələ ilə baglı BMT-nin 4 qətnaməsinin icrası yönündə
çalışmaq əzmini
ortaya qoydu.
Bu gün Azərbaycan dünya səviyyəli məsələləri müzakirə
edir!
Bu gün Azərbaycan dünyada söz sahibi kimi çıxış
edir!
Bu gün Azərbaycan həm də öz maraqlarını yüksək məclislərdə
qoruyub təmin etməyi bacarır! Terrorçuluğu dövlət
siyasəti səviyyəsinə
qaldıran, terrorçuya
heykəl qoyan Ermənistanı BMT-nin kürsüsündən ifşa
edir!
Cənab
İlham Əliyev terrorçuluğa qarşı
mübarizədə səylərin
birləşdirilməsinin vacibliyini
xüsusi vurğuladı:
"Terrorçuluğun hazırkı
siması və onun beynəlxalq sülh və sabitliyə təhlükə
olan digər hədələrlə bağlılığı
dövlətlər arasında
daha sıx əməkdaşlığı, o cümlədən BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar
və sistemli yanaşmasını tələb
edir".
Azərbaycanın dövlət başçısı
BMT TŞ-yə üzvlükdən
və sədrlikdən
istifadə edərək
dünyanı narahat edən məsələlərin
çözülməsinə öz töhfəsini verəcəyini də bəyan etdi: "Bizə etimad göstərənlərin etimadını
doğruldacağıq və
əlimizdən gələni
edəcəyik ki, hamımız üçün
daha da proqnozlaşdırılan
və təhlükəsiz
dünyanı yaradaq".
Azərbaycanın ali qurumdakı sədirliyinin debütü çox uğurlu oldu! Bu uğur həm də dünyanın və ölkəmizin maraqlarına xidmət edir!
Azərbaycan.- 2012.- 8 may.- S. 5.