Dövlət
İdarəçilik Akademiyasında Şuşanın
işğalının 20-ci ildönümünə həsr
olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Şuşanın işğalının 20-ci ildönümünə həsr olunan "Şuşa: Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər ki, konfransda akademiyanın rektoru akademik Urxan Ələkbərov ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdiyi qanlı cinayətlərdən, Şuşanın işğalı nəticəsində Azərbaycana, onun mədəniyyətinə vurulan maddi-mənəvi zərərdən danışmışdır. Rektor həmçinin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın üzləşdiyi fəlakətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması yönümündə misilsiz xidmətlərindən söhbət açmışdır.
U.Ələkbərov Prezident İlham Əliyevin Şuşa şəhərinin işğalının 20-ci ildönümü münasibətilə imzaladığı sərəncamı xatırladaraq onun əhəmiyyətini vurğulamışdır.
Elmi-praktiki konfransda iştirak edən professor-müəllim, tələbə və müdavimlər "Şuşa Azərbaycanın milli-mədəni mərkəzi kimi", "Şuşasız 20 il" və "Şuşanın tarixi, siyasi və strateji əhəmiyyəti" mövzusunda məruzələri dinləmişlər.
Tədbirdə "Şuşa işğaldan əvvəl
və sonra" mövzusunda slaydlar
nümayiş etdirilmişdir.
Azərbaycan.- 2012.- 8 may.- S. 6.