Fransanın “Madame Fiqaro” jurnalı
Parisdə təşkil
olunmuş “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”
sərgisindən yazmışdır
Fransanın nüfuzlu "Le Fiqaro"
qəzetinə əlavə
kimi çap olunan "Madame Fiqaro" jurnalının aprelin
27-28 tarixli nömrəsində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə ötən ay Parisin möhtəşəm
"Salomon de Rotşild" qalereyasında təşkil
edilmiş "Bakıya
uçuş. Müasir Azərbaycan
incəsənəti" adlı
sərgidən və bu mötəbər tədbirdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakından bəhs edən "Azərbaycan Parisdə" sərlövhəli
yazı dərc olunmuşdur.
Məqalədə sərgidə 21 azərbaycanlı
rəssamın 100-dək əsərinin
nümayiş etdirildiyi
qeyd olunmuş, Azərbaycan həqiqətlərindən, mədəniyyəti
və incəsənəti
ilə fransız xalqını yaxından tanış etmək istiqamətində Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərindən
bəhs edilmişdir.
Londondan
sonra Parisdə nümayiş etdirilən sərginin
Azərbaycan xalqının
zəngin mədəniyyətə
malik olduğunu bir daha təsdiq
etdiyini yazan müəllif Heydər Əliyev Fondunun Azərbaycan-Fransa əlaqələrinin
inkişafında əvəzsiz
rol oynadığını
vurğulamışdır. Sərginin açılışından sonra
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın şərəfinə
verilən ziyafətin
isə iki ölkə arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə xidmət etdiyi qeyd olunmuşdur.
Məqalədə Fransanın mədəniyyət
və kommunikasiya naziri Frederik Mitteranın, bu ölkənin tanınmış
ictimai-siyasi xadimlərinin,
mədəniyyət və
incəsənət ustalarının
sərgidə iştirakı
xüsusi qeyd edilmişdir.
Jurnalda, həmçinin
tədbirdən çəkilmiş
çoxlu sayda fotolar da yer
almışdır.
Əsgər ƏLİYEV
Azərbaycan.- 2012.- 8 may.- S. 6.