Milli Təhlükəsizlik orqanları ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü qeyd etmişlər

 

Mayın 7-də general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Sonra MTN-in Heydər Əliyev adına Akademiyasında təntənəli mərasim keçirilmişdir. Əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və rəhbər heyət ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar. Nazir Eldar Mahmudov kursantları salamladıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev xalqımızın ən nadir şəxsiyyətlərindən və dünya siyasət aləminin parlaq simalarındandır. Ulu öndərin həyatı vətəninin, xalqının tarixitaleyi ilə sıx bağlı olmuşdur. O, müasir Azərbaycanın qurucusu, onun müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısıdır. Məhz buna görə hər il ümummilli lider Heydər Əliyevin anadan olduğu gün ümumxalq bayramı kimi qeyd edilir. İllər ötdükcə bu dahi insanın Azərbaycan naminə tarixi xidmətlərinin miqyası daha aydın görünür. Heydər Əliyevin zəngin həyat yolu ölkənin təhlükəsizliyi ilə daim sıx bağlı olmuşdur. Vətən qarşısında əvəzsiz xidmətləri ilə Azərbaycanı dəfələrlə bəlalardan və məhv olmaqdan qorumuşdur.

Nazir Eldar Mahmudov bildirmişdir ki, böyük şəxsiyyətlər yaşadıqları tarixin həm də yaradıcısı olurlar. Heydər Əliyev hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə müstəqilliyimizin siyasi, iqtisadiintellektual əsasını qoymuşdur. Bu illər geniş quruculuq-yaradıcılıq fəaliyyəti ilə yadda qalmışdır. Bu dövr onun sayəsində həm də təhlükəsizlik orqanlarında milli ruhun bərqərar olunması ilə xarakterikdir. Məhz bu fəaliyyətlərin nəticəsi idi ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndə təhlükəsizlik orqanlarında artıq peşəkar milli kadr potensialı var idi. Təhlükəsizlik orqanlarında xidmət etdiyi 25 il ərzində Heydər Əliyev böyük peşəkarlıq məktəbi yaratmışdır.

MTN-də fəaliyyət Vətənə və xalqa sədaqətin, tapşırılmış sahəyə məsuliyyət hissinin Heydər Əliyev nümunələri əsasında həyata keçirilir. Ümummilli liderin təşəbbüsü ilə yaradılan və onun şərəfli adını daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası isə təhlükəsizlik orqanlarının kadr potensialının formalaşmasında əsas və vacib rol oynayır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl fəaliyyət Heydər Əliyev xarici siyasətinin başlıca qayəsi olmuşdur. Bu sahədə onun başladığı işlər hazırda da məqsədyönlü və qətiyyətlə davam etdirilir. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbirində demişdir: "Biz elə bir həll yoluna çalışırıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsinbiz sülh şəraitində yaşayaq". Milli Təhlükəsizlik Nazirliyinin bütün şəxsi heyəti Ali Baş Komandanın bu qəti mövqeyinin reallaşması uğrunda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Bugünkü dinamik tərəqqinin sarsılmaz təməlləri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin təməllər üzərində inkişafda olan, dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycan regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ölkəmiz durmadan qüdrətlənir. Bizim vəzifəmiz tərəqqi, ümumən dövlətimizin daxilixarici siyasət kursu üçün təhlükəsizlik şəraiti yaratmaqdır.

Son illər MTN-də bütün istiqamətlər üzrə xeyli işlər görülüb və önəmli nəticələr əldə olunub. Sözsüz ki, akademiyanın kursantları və dinləyiciləri də yaradılan şəraitdən maksimum istifadə etməli, yaxşı oxumalı, çalışmalı, biliklərini genişləndirməlidirlər. Ən əsas şərt isə müstəqilliyə və dövlətçiliyə sədaqətdir. Hər bir kursant və əməkdaş xalq, cəmiyyət və dövlət qarşısında vəzifə borcunu və məsuliyyətini yaxşı bilməlidir. Digər tərəfdən, qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə milli təhlükəsizlik əməkdaşından getdikcə daha yüksək sayıqlıq və peşəkarlıq, bilik səviyyəsi, intizam, çeviklik və səriştə tələb olunur. Bu baxımdan, kursantların və dinləyicilərin, həmçinin MTN-də müxtəlif sahələrdə çalışan gənclərimizin bu keyfiyyətlərə malik olmaları gələcək uğurlu fəaliyyət üçün başlıca amildir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov təhsildə, Vətənin təhlükəsizliyi və qüdrətlənməsi naminə fəaliyyətdə ardıcıl uğurlar arzulayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük zəfərlərə çatacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini, bütün bu işlərdə milli təhlükəsizlik orqanlarının şəxsi heyətinin daim ön sıralarda olacağını, fədakarlıq və rəşadət nümunələri göstərəcəklərinə əmin olduğunu qeyd etmişdir.

Sonra çıxış edən akademiyanın rəisi Ziya Yusif-zadə bildirmişdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisiqurucusu, təkcə ölkəmizin deyil, bütün türk dünyasının ən görkəmli simalarından olan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycan müstəqillik yolunda inamla addımlayır. Ulu öndərin layiqli siyasi varisi İlham Əliyevin praqmatik daxilixarici siyasətinin, elmi əsaslara söykənən sosial-iqtisadi strategiyası və onların uğurla həyata keçirilməsi bütün sahələrdə davamlı inkişafı təmin etmiş, böyük nailiyyətlər əldə olunmuşdur. Bu siyasət hər bir Azərbaycan vətəndaşının, ölkəmizdə yaşayan bütün insanların maddisosial rifahının yüksəlməsinə xidmət edir. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.

Çıxışlar bitdikdən sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

 

 

Azərbaycan.- 2012.- 8 may.- S. 7.