Azərbaycan qonşu dövlət ilə əldə olunmuş razılaşmalara, imzalanmış bütün müqavilələrə sadiqdireyni sadiqliyi qarşı tərəfdən gözləməkdə tam haqlıdır

 

 İranın Azərbaycandakı səfirinin geri çağırılması müxtəlif səbəblərlə izah olunmuşdur. Səfirliyin açıqlamasında bildirilir ki, "müqəddəslər təhqir olunduğu"na görə səfir məsləhətləşmələr üçün geri çağırılmışdır. İranın Xarici İşlər Nazirliyindən Azərbaycanın Tehrandakı səfirinə isə bildirmişlər ki, iki qonşu ölkə arasında heç bir problem yoxdur və səfir sadəcə olaraq məsləhətləşmək üçün çağırılmışdır.

Bu sözləri mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.

E.Abdullayev bir daha bildirmişdir ki, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edən qüvvələr adekvat cavab alacaqlar. Azərbaycanın iqtisadi inkişafı və onun dünyada artan siyasi nüfuzu bəzi qüvvələrin narahatçılığına səbəb olmuşdur. Gənc dövlət olmasına baxmayaraq, ötən il Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi heç də sadə məsələ deyildir. Səsvermədə iştirak edən dövlətlərdən 155-nin Azərbaycanın lehinə səs verməsi o deməkdir ki, rəsmi Bakı qısa müddət ərzində dünyanın 155 dövləti ilə qarşılıqlı faydalı və xoşməramlı diplomatik əlaqələr qurmağı bacarmışdır.

 Azərbaycanın ötən il ikinci böyük uğuru Avropada kifayət qədər populyar olan "Eurovision" mahnı müsabiqəsində qələbə qazanıb növbəti il üçün müsabiqənin Bakıda keçirilməsinə nail olması idi.

"Eurovision" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən İrandan çoxlu sayda turistlər gəlirlər. Gələn turistlər Azərbaycanın inkişafını, insanların azadfiravan yaşayışını görürlər və bunu yüksək qiymətləndirirlər. Ölkəmizdə əhalinin sərbəst və maddi baxımdan təminatlı şəraitdə yaşamasının təbliğ olunması İrandakı bəzi qüvvələrin maraqlarına uyğun gəlmədiyinə görə iki qonşu dövlətin münasibətlərini korlamağa və bölgədə gərginlik yaradıb korporativ maraqlarına nail olmağa çalışırlar. Bu məqsədlə Azərbaycanın 2 vətəndaşının İranda saxlanılması da  sağlam olmayan qüvvələrin sabitliyi pozmaq cəhdlərindən irəli gəlir. İran rəsmiləri Azərbaycan vətəndaşlarının həbs olunması haqqında məlumata malik olmadıqlarını bildirirlər. Lakin Azərbaycan tərəfi bu məsələ ilə ciddi məşğuldur və vətəndaşların İranda hansı qüvvələr tərəfindən həbsə alındığını müəyyənləşdirməyə çalışır.

Azərbaycan qonşu dövlət ilə əldə olunmuş razılaşmalara, imzalanmış bütün müqavilələrə sadiqdireyni sadiqliyi qarşı tərəfdən gözləməkdə tam haqlıdır. Azərbaycan dövləti xalqın milli maraqlarını nəzərə alaraq, heç bir dövlətlə razılaşdırmadan özünün  müstəqil xarici siyasətini həyata keçirməkdə davam etdirəcəkdir.

Sonra E.Abdullayev NATO-nun ABŞ-ın Çikaqo şəhərində keçirilən sammitində qəbul edilmiş bəyannamənin 47-ci paraqrafında Azərbaycanın ərazi bütövlüyüsuverenliyinin bir daha bu beynəlxalq təşkilatın üzv dövlətləri tərəfindən tanındığının vurğulanmasına toxunaraq demişdir ki, bəyannaməni ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin də imzalaması onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll olunmasında vasitəçilik edən tərəflər ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bir daha qeyd etməklə yanaşı, münaqişənin də məhz ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardırlar.

Azərbaycan Qoşulmamaq Hərəkatının üzvü olmasına baxmayaraq müxtəlif beynəlxalq təşkilatlarla birgə əməkdaşlığını davam etdirəcəkdir. Qoşulmamaq hərəkatı əməkdaşlıqdan imtina etmək deyildir. Azərbaycan NATO ilə beynəlxalq terrorçuluğa qarşı mübarizə, silahlı qüvvələrini modernləşdirmək, elm və təhsil sahələrində əməkdaşlığını davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 23 may.- S. 2.