Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli
391 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ
olan vəzifəli şəxslərin
siyahısı”nda
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nı "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 212-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 3, maddə 172; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 579 nömrəli fərmanı) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın 4.6-cı bəndində "prokurorluq orqanlarının" sözlərindən sonra "əməliyyatçıları," sözü əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il
Azərbaycan.- 2012.- 9 may.- S. 1.