Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli
509 nömrəli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa
işə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə keçirilməsi
qaydaları haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"ni "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 212-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 6, maddə 407; 2007, ¹ 11, maddə 1118; 2009, ¹ 6, maddə 419) ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.2-ci bəndinin birinci cümləsində "və ya müstəntiq" sözləri ", müstəntiq və ya əməliyyatçı" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il
Azərbaycan.- 2012.- 9 may.- S. 1.