Heydər Əliyev ideyaları Azərbaycanın dayanıqlı inkişafının əsasıdır

 

  XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.

Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev fenomeni respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanaraq fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqilliyimiz əbədiləşmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmişonun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Bu dahi insanın ümummilli lider obrazı ilk növbədə onun şəxsi keyfiyyətlərində özünü təcəssüm etdirir. Ulu öndərin şəxsi keyfiyyətlərinin prinsipiallıq, qətiyyətlilik və siyasi iradə komponentləri onun üzərinə götürdüyü tarixi missiyanın uğurunu zərurətə çevirən başlıca amil kimi nəzərdən keçirilir. Ümummilli liderin siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadisosial inkişafı, Azərbaycanda demokratik cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi dəyərlərin inkişafı istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.

Tarixin konkret məqamında ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsininin labüdlüyünü şərtləndirən amillər Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsindən ibarət olmuşdur. Belə bir zamanda Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti həmin konsepsiyanın uğurlarını öz həyatında yaşayan Azərbaycan xalqının sosial sifarişi kimi ortaya çıxmışdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidməti də məhz bundan ibarətdir ki, ümummilli lider müəllifi olduğu ənənələrin davamlılığını təmin etmiş, dərin zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır.

Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə çevrilməsi isə ilk növbədə ulu öndərin öz siyasətində hər bir fərdin maraq və mənafelərini incəliklə nəzərə almasından irəli gəlmişdir. Yalnız ümummilli lider Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi keçən, müasir bilik və təcrübəyə yiyələnən kamil şəxsiyyət onun layiqli siyasi və mənəvi varisi olmaq iddiasına düşə və bunun üçün cəmiyyətdən dəstək ala bilərdi.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını ifadə etmişdir: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki,  həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Son səkkiz ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ölkəni irəli aparıb sivil ölkələr səviyyəsinə çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursu cənab İlham Əliyev tərəfindən məharətlə və böyük uğurla davam etdirilmişdir.

Cənab İlham Əliyev hələ dövlət başçısı seçilməzdən əvvəl bilirdi ki, ölkəni prezident səviyyəsində idarə etmək üçün hər şeydən əvvəl yüksək dövlət idarəçilik təcrübəsinə malik olmaq lazımdır. Məhz o, dövlət başçısı olmazdan əvvəl çox mühüm vəzifələrdə - MOK-un prezidenti, ARDNŞ-in vitse-prezidenti, Milli Məclisin üzvü kimiPA-da ölkəmizin nümayəndə heyətinin rəhbəri və nəhayət, Azərbaycan Respublikasının Baş naziri kimi fəaliyyət göstərmiş, böyük idarəçilik səriştəsi əldə etmişdir.

Dövlət başçısı kimi də cənab İlham Əliyev ona bəslənilən ümidləri doğrultmuş, özünü qətiyyətli və praqmatik siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır. Prezident İlham Əliyev qloballaşan dünyanın geosiyasi reallıqlarından irəli gələn siyasi mənzərəsini qiymətləndirməyi bacaran dövlət xadimi kimi özünü təsdiq etmişdir. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, "Olaylar" İnformasiya Agentliyinin prezident seçkiləri ilə əlaqədar ölkə siyasətçiləri arasında keçirdiyi internet sorğusunda Prezident İlham Əliyev həmişə ən yüksək səs almışdır. Ən axırıncı sorğuda da reytinq cədvəlinə 17 siyasətçi arasında Prezident İlham Əliyev liderlik etmişdir.

Dünyanın görkəmli siyasətçiləri, ictimai xadimləri, elm və mədəniyyət adamları, tanınmış dövlət nümayəndələri cənab İlham Əliyevin fəaliyyətini izləyir və onu çox yüksək dəyərləndirirlər. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri, politoloq Zbiqnev Bjezinski İlham Əliyevin liderlik keyfiyyətlərindən bəhs edərək deyir ki, mən onu on ildən artıq bir müddətdir tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o özünə inamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolukonstruktiv mövqeyi ilə seçilir. "Xalqınıza sadiqliyiniz, yüksək təhsil və bilik səviyyəniz, idarəçilik qabiliyyətiniz kifayət qədər bəllidir və mən əminəm ki, siz Azərbaycanı daha böyük tərəqqiyə və təhlükəsizliyə doğru aparacaqsınız. Siz peşəkarcasına rəhbərlik etmək qabiliyyətinizi müxtəlif forumlarda nümayiş etdirirsiniz" (Brenda Şaffer). İlham Əliyevi Azərbaycan üçün şans adlandıran respublikaçı konqresmen Kurt Yeldon yazır: "Fikirlərini bu qədər aydın ifadə edən milli liderə rast gəlməmişdim. Yüksək təhsilli İlham Əliyev uzaqgörən dövlət xadimidir. O, ölkənin ən çətin problemləri barədə açıq danışır və bunları həll etmək qərarında qətidir". "İlham Əliyev siyasət, iqtisadiyyat, geosiyasət və Xəzər nefti barədə eyni kompetentlə danışır. O, heç vaxt sualdan yayınmır, ikibaşlı cavab vermir. Əvvəl müsahibini öz duru, təmiz, səmimi təbəssümü ilə tərksilah edir, sonra isə yüzdə-yüz sərrast, dəqiq cavab gəlir" (Vsevolod Boqdanov). Mixail Qusman: "Ilham Əliyev siyasət səhnəsində yetkin fiqur olmağı bacardı. Siyasətçi üçün ən böyük məsələ siyasi məktəb keçməkdir. O, XX və XXI əsrlərin ən nüfuzluböyük siyasi məktəbini - Heydər Əliyev məktəbini keçmişdir. Heç bir ata öz oğluna pis tale arzulamaz. Heydər Əliyev İlhamı böyük siyasətə gətirməklə bir atamüdrik siyasətçi kimi hiss edirdi ki, İlham bu missiyanın öhdəsindən gələcək. Heydər Əliyev deyirdi ki, onda istedad görürəm, onda genetik kodlar var".

Ölkə Prezidenti İlham Əliyevin özü isə qeyd edir ki, "mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə  yekunlaşmalıdır... Əsl siyasət - konkret, real görməkdən ibarətdir".

"Bu gün İlham Heydər oğlu Əliyev öz xalqı, ölkəsi qarşısında üzərinə götürdüyü çox şərəfli, şərəfli olduğu qədər də ağır vəzifənin öhdəsindən bacarıqla gəlir. Atasının müəyyən etdiyiözünün son dərəcə praqmatik düşüncə, idarəetmə məharəti, liderlik istedadı ilə sahib durduğu siyasi kursu bacarıqla davam etdirir" (Çingiz Aytmatov). "İlham Əliyev kimi çox az prezident tapılar ki, ali dövlət vəzifəsi Avropa qitəsində böyük razılıqla qarşılansın. İlham Əliyevi Avropada ən tanınmış prezidentlərdən biri saymışlar. O, həm də gözəl diplomat, danışıqlarda çox mahir ustadır" (Anotoli Raxanski). 

Yuxarıda qeyd olununbu qəbildən olan yüzlərlə fikirlər bir daha onu göstərir ki, İlham Əliyevin gendən gələn istedadı ilə yanaşı, həyatda, mühitdə qazandığı nadir idarəetmə keyfiyyətləri onun praqmatik, modern siyasətçi olmasını təsdiq edir. İlham Əliyevin prezidentlik dövrü təhlil edildikdə bütün bunlar qabarıqlığı ilə özünü göstərir, Heydər Əliyev ideyalarına, siyasi kursuna sadiqliyini təsdiq edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun bir sıra aspektlərinə diqqət yetirməklə dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin müəllifi olduğu yeni neft strategiyasını uğurla davam etdirdi. Strateji neftqaz kəmərlərinin inşasının başa çatdırılması ilə cənab İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi,  regionun digər  dövlətlərindən fərqli olaraq, müstəqil xariciiqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etdi. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinə dair razılığa gəlinməsi  bu işə başlanması  isə artıq regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi.

Prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı dövlətin inkişafını, müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdir. Heydər Əliyev kimi zəngin dövlətçilik və idarəçilik təcrübəsi olan siyasət dühasından bu cür keyfiyyətləri mənimsəyən Prezident İlham Əliyevin siyasi iradəsi Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinin, ölkənin inkişafının leytmotivini təşkil edir. Bu baxımdan şərəfli bir missiyanı çiyinləri üzərinə götürən cənab İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi bacarığı sayəsində bu müddət ərzində siyasi varisliyə alternativsiz lider olduğunu təsdiqləyib.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış və milli maraqları özündə tam ehtiva edən xarici siyasət kursunu prezidentlik dövründə inamla davam etdirən cənab İlham Əliyev bu doktrinanı yeni taktiki gediş və manevrlərlə zənginləşdirmişdir. Elə bunun nəticəsidir ki, son illərdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu daha da artıb. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, müstəqilliyimiz tarixində qazanılan ən parlaq, ən yaddaqalan qələbədir. Bu, cox böyük tarixi hadisədir. Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanaraq həyata keçirdiyi xarici siyasət müstəqilliyimizin 20-ci ilində Azərbaycanın ən yeni tarixinə əbədi səhifə yazdı. BMT-nin 193 ölkəsindən 155-nin Azərbaycanı dəstəkləməsi ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasından xəbər verir. "Azərbaycanın beynəlxalq nüfuzu, bizə qarşı hörmət artır, bu, reallıqdır. Bu gün Azərbaycan regionda ən yüksək mövqelərə malik olan bir ölkədir"  deyən Prezident İlham Əliyev xarici siyasətdə varislik prinsipini gözləyərək, bu siyasətə dinamizmyeni istiqamətlər gətirmişdir. Bura dünya ölkələri ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində qəti və prinsipial mövqe nümayiş etdirilməsi və digər məsələlər daxildir. "Dağlıq Qarabağ problemi ancaq Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməlidir" - ölkə Prezidentinin qəti və yekdil fikri bundan ibarətdir.

Ötən illərin uğurları əminliklə deməyə əsas verir ki, cənab İlham Əliyev xalqımızın ümidlərini tam doğrultmuş, ölkəmizin maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul etmişdir. Böyük uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, yenilikçi idarəçilik prinsipləri ilə cəmiyyətdə və beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçıkimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etməkdədir. "Əsl siyasət konkret, real görməkdən ibarətdir" prinsipini irəli sürmüş Azərbaycan Prezidenti öz fəaliyyətində bunu yüksək səviyyədə yerinə yetirmişbunun üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.

Ölkə rəhbəri prezidentlik fəaliyyətinin ilk günlərində respublikamızın sosial-iqtisadi cəhətdən sürətli və dinamik inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, regionların inkişafına çox böyük önəm vermişdir. Dövlət başçısının 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında"kı fərmanı ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisai inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" isə Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulmasına səbəb olmuşdur. Dövlət proqramı çərçivəsində atılmış ardıcıl addımlar indiyə qədər regionların sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır. Regional inkişaf proqramı sonrakı illərdə də davam etdirilmişdir. Dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Ölkə rəhbərinin regionlara mütəmadi səfərləri izsiz qalmır, onların sürətli inkişafına səbəb olur, rayonların sosial-iqtisadi inkişafı üçün əlavə maliyyə dəstəyi göstərilir. Regional inkişaf proqramlarının icrası sayəsində respublikada 40 mindən çox yeni müəssisə, 950 mindən artıq yeni yerləri yaradılmışdır. Regionların inkişafına 20 milyard dollar investisiya yönəldilmişdir. Təkcə 2011-ci ildə regionlarda 110-dan artıq müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Ölkə Prezidentinin xarici siyasətdə əldə etdiyi uğurlar daxili siyasətlə həmahəng aparılır. Dövlət büdcəsinin sürətlə artması, ümumi daxili məhsulun artım tempi, işsizliyinyoxsulluğun azaldılması, sahibkarlığa kömək, qeyri-neft sektorunun inkişafı, çadır şəhərciklərinin ləğv edilməsi, qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin istifadəyə verilməsi, əhalinin sosial vəziyyətinin  yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq atılan addımlar böyük uğurlardan xəbər verir. Son illərdə respublikamız əsl quruculuq meydanını xatırladır. Regionlar, Bakı şəhəri və Abşeronun kəndləri çox sürətlə qurulur, infrastrukturlar yaradılır - körpülər salınır, yollar çəkilir, şəhər və kəndlər müasirləşdirilir, abadlaşdırılır, qazenerji xətləri yeniləşdirilir. Bir sözlə, əhalinin normal yaşayışı üçün nə lazımsa edilir. Bunlar isə ölkə Prezidentinə respublika əhalisinin məhəbbətini, inamsevgisini, hörmət və dəstəyini qazandırır. "Azərbaycanda yoxsul adam olmamalıdır" prinsipi cənab İlham Əliyevin fəaliyyətində önəmli yer tuturbu istiqamətdə əhəmiyyətli addımlar atılır. Ölkəmizdə yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2011-ci ildə 106,9 manata çatdırılmışdır. Yoxsulluq səviyyəsi isə bu müddətdə 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enmişdir. Xalqın etimadını qazanan ölkə Prezidenti bu barədə belə deyib: "Görülən bütün işlər, aparılan siyasət Azərbaycanı daha da inkişaf etdirdi, ölkəmiz daha da qüdrətləndi, gücləndi, öz mövqelərini möhkəmləndirdi, ölkəmizdə vətəndaş birliyi tam şəkildə bərqərar olundu. Xalqla iqtidar arasında münasibətlər ən yüksək səviyyədədir. Bizim bütün planlarımız, nəzərdə tutduğumuz proqramlar həyatda öz əksini tapır".

Dövlət başçısı İlham Əliyevin prezidentlik dövrü cəmiyyət həyatının bütün sahələrində uğurlu nəticələri təmin etmişdir. Ölkə rəhbərinin fəaliyyəti eyni zamanda respublikanın inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə də zəngindir. Bu sahələrin inkişafında mühüm mərhələ ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Həmin illərdə elm, təhsil, mədəniyyət çox yüksək səviyyədə inkişaf etmişdi. Çünki ölkə rəhbəri Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişaf etdirilməsini prioritet vəzifə kimi qarşıya qoymuşdu. Cənab İlham Əliyevin elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət ulu öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Elm, təhsil və mədəniyyət sahəsində qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, onlara diqqət və qayğı artırılmış və uğurlu inkişafı təmin edilmişdir. Təsadüfi deyil ki, ölkə Prezidenti respublikanın zəngin iqtisadi potensialının insan kapitalı ilə əvəzlənməsini son dərəcə vacib sayaraq demişdir: "...İqtisadı inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir". Son illərdə yeni təhsil müəssisələrinin tikilməsi, köhnə məktəblərin əsaslı surətdə təmir edilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, elm və təhsilə ayrılan vəsaitin artırılması, bu sahələrdə çalışan işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsini bir daha təsdiq edir.

Azərbaycan xalqının ümummilli liderinin siyasi kursunun davamçısı İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin təhlili göstərir ki, ulu öndər tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar ardıcıllıqla həyata keçirilir, zəruri hallarda dövrün tələblərinə uyğun keyfiyyət dəyişikliklərini özündə əks etdirir. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti, gördüyü işlər onu deməyə əsas verir ki, o, Heydər Əliyev ideyalarının sadəcə davamçısı yox, eyni zamanda bu ideyaları XXl əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirən və inkişaf etdirən dövlət xadimidir. Artıq səkkiz ildir ki, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi, bacarığı sayəsində məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, ölkənin maraq və mənafeyini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona hörmət və məhəbbətini qazandırmışdır. "İlham Əliyev daxilixarici  siyasətdə dəqiq koordinatlar sistemi qura bilmişdir. O, ardıcıl olaraq özünün əsas məqsədinə - Azərbaycanı inkişaf etmiş sabit iqtisadiyyata malik, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək məqsədinə" (Mixail Pojivanov) nail olmuşdur.

Göründüyü kimi, İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyəti, onun dövlət idarəçiliyi prinsipləri, qəbul olunan əzəmətli və proqram xarakterli qərarlar və onların yüksək səviyyədə yerinə yetirilməsi, cəmiyyətdə hökm sürən milli birlik və həmrəylik, siyasi kursa sadiqlik, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ideyaları ölkəmizin hərtərəfli və dinamik inkişafına istiqamət verdiyi kimi, həm də bu ideyalar Azərbaycanın dayanıqlı inkişafının əsasını təşkil edir.

 

 

İsmayil HACIYEV,

Milli Məclisin deputatı,

AMEA-nın Naxçıvan bölməsinin sədri

 

Azərbaycan.- 2012.- 9 may.- S. 9.