Pakistanın nüfuzlu Liberty jurnalında Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları sərlövhəli məqalə dərc edilmişdir

 

Pakistanın nüfuzlu "Liberty" jurnalında tanınmış alim, şairpublisist, professor Casim Takinin müəllifi olduğu "Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları" sərlövhəli məqalə dərc edilmişdir.

AzərTAc xəbər verir ki, məqalədə Moskvada keçirilmiş Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyasında 2020-ci il Olimpiya Oyunlarının Bakıda təşkil olunması üçün Azərbaycanın öz namizədliyini irəli sürdüyünü qeyd edən müəllif ölkənin birinci xanımı Mehriban Əliyevanın  hazırlıq-təbliğat işlərinin aparılmasında böyük rol oynadığını vurğulamışdır.

Müəllif yazır ki, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mövzuda danışarkən 2020-ci il Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünün hökumət və xalq tərəfindən dəstəkləndiyini qeyd etmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qeyd etmişdir ki, qədim tarixi irsə malik olan Bakı Şərqin və Qərbin qovuşduğu məkanda yerləşmişdir.  Olimpiya Oyunlarında Azərbaycanın bir müstəqil ölkə kimi nisbətən yaxın zamanlardan bəri iştirak etdiyinə baxmayaraq, biz idman infrastrukturunun inkişafına böyük investisiyalar qoyuruq. Biz doğrudan da, Olimpiya Oyunlarını ölkəmizdə keçirmək əzmindəyik və bu işə siyasimaddi dəstək verməyə hazırıq.

Professor C.Taki Mehriban Əliyevanın dünyanın birinci xanımları sırasında ən yüksək pillələrdən birini tutduğunu vurğulayaraq onun təşəbbüsünün uğur qazanacağına inandığını bildirmişdir.

Məqalədə həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi genişmiqyaslı humanitarsosial layihələr barədə ətraflı  məlumat vermişdir. Müəllif yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyətinə, dünya mədəniyyəti irsinin qorunub saxlanmasına görə UNESCO-nun xoşməramlı səfiri seçilmiş, bir neçə inkişaf etmiş ölkənin medal və ordenləri ilə təltif olunmuşdur.

C.Taki məqaləsinin sonunda Mehriban xanım Əliyevaya həsr etdiyi şeirini yerləşdirmişdir.

Məqaləni http://www.jassimtaqui.com/2012/04/mehriban-aliyeva-and-2020-olympic-games.html linkindən oxumaq olar.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 10.