Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Ali Məhkəmədə qeyd edilmişdir

 

Mayın 8-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə  həsr olunmuş tədbir keçirilmişdir.

Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev böyük şəxsiyyət  Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasətdə, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, 1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və  ümumxalq referendumunda qəbul olunmuşdur. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan  ən böyük addım olmaqla yanaşı, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Bildirilmişdir ki, ümummilli lider insan  vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu  artırmaq üçün  ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsulmetodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini  qoymuşonu inkişaf etdirmişdir.

Ali Məhkəmənin sədri ümummilli lider Heydər Əliyevin  amallarının xalqın  gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını qeyd etmiş, bu amalların xalqımızı tərəqqi zirvəsinə inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.

Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisiqurucusu Heydər Əliyev haqqında xatirələrini danışmış, onun irsinin daim yaşayacağını bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 10.