Azərbaycanın BMT yanında daimi nümayəndəsi Dağlıq Qarabağda qondarma prezident seçkilərinin keçirilməsi ilə əlaqədar təşkilatın Baş katibinə məktub göndərmişdir

 

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "prezident seçkiləri"nin keçirilməsi ilə əlaqədar təşkilatın Baş katibi Pan Gi Muna məktub göndərmişdir.

Məktubun AzərTAc-a daxil olmuş mətnində deyilir ki, KİV-lərin məlumatına görə, Ermənistan 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçirməyi planlaşdırır.

Sənəddə deyilir: "Beynəlxalq səviyyədə, o cümlədən BMT Baş Məclisində və Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonun erməni hərbi işğalı altında olması təsdiq edilmişdir. Ermənistan Azərbaycan ərazisini işğal etmək və orada etnik əsasda oyuncaq separatçı qurum yaratmaq üçün qüvvə tətbiq etmişbu, son nəticədə, təcavüzün və irqi ayrı-seçkiliyin məhsulundan başqa bir şey deyildir. Bu rejim Ermənistan tərəfinin siyasi, hərbi, iqtisadi və digər dəstəyi sayəsində mövcuddur. Separatçı qurumunonun strukturlarının qeyri-qanuniliyi beynəlxalq səviyyədə birmənalı şəkildə dəfələrlə təsdiq edilmişdir. Bu qurum heç kim tərəfindən tanınmır və əslində Ermənistan Respublikasının idarəçiliyi və nəzarəti altındadır".

A.Mehdiyev məktubda yazır: "Azərbaycan dəfələrlə bəyan etmişdir ki, münaqişənin danışıqlar yolu ilə həllinə nail olunması üçün siyasi səylərə baxmayaraq, işğalçı ölkə olan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qanunsuz hərəkətlər çərçivəsində həyata keçirdiyi siyasət və praktik addımlar bu ərazilərin anneksiyasını möhkəmləndirmək niyyətindən aşkar xəbər verir".

Məktubda deyilir ki, BMT Nizamnaməsinə, beynəlxalq hüquq prinsiplərinə və Baş Məclisin və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə Azərbaycan Konstitusiyasına və milli qanunvericiliyə məhəl qoymayan Ermənistan artıq birinci dəfə deyildir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirir. Lakin hamıya məlumdur ki, demokratiya qılınc bahasına yayıla, qanunsuz akt isə qanuni hüquqları təmin edə bilməz. Buna görə də davam edən təcavüz, işğaletnik təmizləmə  şəraitində Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkilər prosesinin təşkili "a priori" qanuni hesab edilə və birtərəfli qərarın zorla qəbul edilməsi üçün əsas sayıla bilməz.

Sənəddə vurğulanır ki, beynəlxalq birlik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bütün əvvəlki "seçkiləri" birmənalı şəkildə pisləmişdir. Daimi nümayəndə yazır: "Bununla əlaqədar mənim hökumətim ümid edir ki, BMT və onun üzvü olan dövlətlər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, insan haqlarına və əsas azadlıqlarına hörmətsizlik nümayiş etdirən və münaqişənin nizama salınmasına yönəldilmiş siyasi səyləri əngəlləyən təxribatçı və qanunsuz hərəkətlərə qarşı yenidən birmənalı şəkildə münasibətini bildirəcəkdir. Biz beynəlxalq birliyi Ermənistan rəhbərliyindən pozucu anneksiyaetnik təmizləmə siyasətini dayandırmağı, sülh prosesini diskreditasiya etmək cəhdlərindən əl çəkməyi və Azərbaycan ərazisinin işğalına son qoymağı tələb etməyə çağırırıq".

 

 

Azərbaycan.- 2012.- 9 may.- S. 14.