ATƏT DTİHB,
ATƏT PA, AŞ PA və Avropa Parlamenti Ermənistanda keçirilmiş
parlament seçkilərini pisləyən
birgə bəyanat yaymışlar
Ermənistanda keçirilmiş parlament seçkiləri zamanı ciddi qanun pozuntuları aşkar olunmuş, seçki məcəlləsinin tələblərinə əməl olunmamış, seçicilərə qarşı təzyiqlər qeydə alınmış, şikayətlərə baxılmamışdır.
AzərTAc xəbər verir ki, bu fikirlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) və Avropa Parlamentinin mayın 6-da Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı birgə bəyanatında əksini tapmışdır. Bəyanata əsasən, səsvermə günü çoxlu qayda pozuntusu aşkar olunmuş, iqtidar partiyasının nümayəndələrinin seçki prosesinə müdaxilələri qeydə alınmışdır. Siyasi partiyaların bir-birinə inamsızlığı seçki prosesində narahatlıq doğurmuşdur.
Bəyanatda həmçinin bildirilir ki, yerli hakimiyyət orqanlarının və bəzi
partiyaların Seçki Məcəlləsinin
qaydalarına əməl etməməsi, məktəb müəllimlərinin
dərs zamanı seçkiqabağı kampaniyalarda
iştirak etməyə məcbur edilmələri,
siyasi partiyaların nümayəndələrinin
seçicilərə hədiyyələr paylamaları və
məktəb divarlarında reklam xarakterli materialların
yapışdırılması faktları qeydə
alınmışdır. Bütün bunlar ATƏT-in
1990-cı il tarixli Kopenhagen sənədinə ziddir.
Azərbaycan.- 2012.- 9 may.- S. 14.