Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Bayramova Cəmilə Əsədulla qızı
Əhmədov İlham Namiq Kamal oğlu
Əlizadə Məryəm Əli qızı
Əlizadə Rəhman Balarza oğlu
Muradov Xamis Bəkir oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 may 2012-ci
il
Azərbaycan.- 2012.- 11 may.- S. 4.