Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2012-ci il

 

 

Azərbaycan.- 2012.- 11 may.- S. 4.