Azərbaycan ilə
Qazaxıstan, İran, Fələstin və
Sudan arasında əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur
Mayın 9-10-da Misir Ərəb Respublikasının Şarm əl-Şeyx şəhərində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstinin xarici işlər naziri Riyad əl-Maliki, iranlı həmkarı Əli Əkbər Salehi və Qazaxıstanın xarici siyasət idarəsi başçısının müavini Kayrat Umarov ilə görüşlər keçirmişdir.
XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparmışlar.
Nazir Elmar
Məmmədyarov, həmçinin Sudanın xarici
işlər üzrə dövlət naziri
Salah Vanasi ilə də
görüşmüşdür. S.Vanasi BMT Təhlükəsizlik
Şurasında sədrliyinin başlaması ilə əlaqədar
Azərbaycanı təbrik etmiş,
Sudanın ölkəmizlə əməkdaşlığını
genişləndirmək əzmində olduğunu
vurğulamış və ölkəsindəki vəziyyət
barədə məlumat vermişdir.
Görüşdə BMT Təhlükəsizlik
Şurasının gündəliyində duran
Sudanla bağlı məsələ ətrafında
da geniş fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2012.- 11 may.- S. 10.