Prezident İlham Əliyev
Hindistanın Azərbaycandakı səfiri Debnat Şounu qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Hindistan Respublikasının ölkəmizdəki səfiri Debnat Şou dedi: "Azərbaycan kimi gözəl ölkədə, gözəl insanlar arasında diplomatik fəaliyyət göstərməkdən məmnun qaldım".
Hindistanlı diplomat ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin inkişaf etdiyini vurğuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 12 may.- S. 4.