Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹9, maddə 564; 2001, ¹5, maddə 298, ¹11, maddələr 676, 698; 2002, ¹1, maddə 9, ¹8, maddə 463; 2003, ¹8, maddə 424; 2004, ¹2, maddə 57, ¹11, maddə 901; 2005, ¹4, maddə 277, ¹10, maddə 874, ¹11, maddə 993; 2006, ¹12, maddə 1027; 2007, ¹6, maddə 560, ¹11, maddələr 1053, 1091; 2008, ¹2, maddə 49, ¹6, maddələr 453, 463, ¹7, maddə 602; 2009, ¹2, maddə 47, ¹4, maddə 210, ¹12, maddə 948; 2010, ¹7, maddə 598; 2011, ¹2, maddə 71, ¹4, maddə 255, ¹ 12, maddə 1097) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddənin XIII-I hissəsinin ikinci abzasında "müqavilə notarius tərəfindən təsdiq edilmədikdə," sözləri "müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən" sözləri ilə əvəz edilsin.

2. 30-cu maddənin VII hissəsinin 4-cü bəndində "rüsumunya verginin" sözləri "dövlət rüsumununyol vergisinin" sözləri ilə əvəz edilsin.

3. 35-ci maddənin VIII hissəsinin:

3.1. birinci cümləsində "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq alınır" sözləri "qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir" sözləri ilə əvəz edilsin;

3.2. ikinci cümləsində "qanunvericiliyi" sözü "İnzibati Xətalar Məcəlləsi" sözləri ilə əvəz edilsin.

4. 50-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:

"VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobilya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.".

5. 52-ci maddənin IV hissəsinin 10-cu bəndində və VI hissəsinin 6-cı bəndində "və" bağlayıcısından sonra "bu nişanla birlikdə tətbiq edildikdə" sözləri əlavə edilsin.

6. 69-cu maddənin VI hissəsinin:

6.1.    4-cü bəndində "dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir" sözləri "3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir" sözləri ilə əvəz edilsin;

6.2.    10-cu bəndində "duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28, 5.40 nişanları ilə birlikdə tətbiq olunur" sözləri "3.28, 5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan olunduğu yerləri bildirir" sözləri ilə əvəz edilsin.

7. 85-1-ci maddənin:

7.1. VI hissəsində "protokolun surəti" sözlərindən sonra "və baxılmanın yeri və vaxtı barədə bildiriş" sözləri əlavə edilsin;

7.2. VII hissəsində "qanunla" sözü "İnzibati Xətalar Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin.

8. 85-1-ci maddəyə aşağıdakı məzmunda XIII hissə əlavə edilsin:

"XIII. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 may.- S. 5.