Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 320-IVQD nömrəli Qanununun tətbiqi və Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 320-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.    Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 320-IVQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. müasir informasiya texnologiyalarının tətbiqi və əhaliyə elektron xidmət göstərilməsinin genişləndirilməsi məqsədi ilə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, ipoteka qoyulması və dövlət qeydiyyatından keçirilməsi prosedurlarının sadələşdirilməsini nəzərdə tutan normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.    üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.    mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5.    həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 320-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3.    "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 11, maddə 666; 2001,

¹ 7, maddə 459; 2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə 1005; 2006, ¹ 9, maddə 743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə 226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə 606; 2011-ci il, ¹ 6, maddə 510) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1.    birinci bənddə "Qanununun" sözündən sonra "27-ci maddəsinin 1-ci hissəsində, 32-ci maddəsinin 2-ci hissəsində və" sözləri əlavə edilsin;

3.2.    ikinci bənddə "1-ci və 6-1-ci hissələrində" sözləri "6-1-ci hissəsində" sözləri ilə əvəz edilsin, "32-ci maddəsinin 2-ci hissəsində," və "və 8-ci hissəsində" sözləri çıxarılsın;

3.3.    üçüncü bənddə "və 11-ci hissəsində (hər üç halda)" sözləri ", 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 may.- S. 5.