Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 274, ¹ 12, I kitab, maddə 680; 2004, ¹ 6, maddə 416, ¹ 11, maddə 891; 2005, ¹ 2, maddə 62, ¹ 4, maddə 278, ¹ 7, maddələr 576, 584, ¹ 12, maddə 1091; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 6, maddə 457; 2009, ¹ 2, maddə 44; 2010, ¹ 4, maddə 276, ¹ 7, maddə 592; 2011, ¹ 3, maddə 163) aşağıdakı dəyişikliklər edilsin:

1. 60.7-ci, 68.6-cı və 171.2-ci maddələrdə "48" rəqəmi "24" rəqəmi ilə əvəz edilsin.

2. 112.4-cü maddənin birinci cümləsində "edə bilər" sözləri "edir" sözü ilə əvəz edilsin.

3. 112.10-cu maddədə "3 gün müddətində," sözlərindən sonra "səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq)," sözləri əlavə edilsin.

4. 112.11-ci maddənin birinci cümləsində "3 gün müddətində" sözlərindən sonra ", səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal" sözləri əlavə edilsin.

5. 112-1.10-cu maddənin üçüncü cümləsində "3 gün müddətində," sözlərindən sonra "səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq)," sözləri əlavə edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.".

6. 112-1.13-cü maddədə "24" rəqəmi "18" rəqəmi ilə əvəz edilsin və "gec olmayaraq" sözlərindən sonra "müvafiq seçki komissiyasının qərarı ilə birlikdə" sözləri əlavə edilsin.

7. 140-cı maddədə "20" rəqəmi "30" rəqəmi ilə əvəz edilsin.

8. 241-ci maddənin birinci cümləsində "30" rəqəmi "25" rəqəmi ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 may.- S. 5.