Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında ƏsasnaməninAzərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirlərinin təsdiq edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.5-ci maddəsinə əsasən qərara alıram:

1. "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə" təsdiq edilsin (Əlavə I).

2. "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri" təsdiq edilsin (Əlavə II).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat normalarını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Bu fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 may.- S. 5.