Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, I kitab, maddə 250, ¹5, maddə 323; 2002, ¹12, maddə 709; 2003, ¹8, maddə 420; 2004, ¹3, maddə 123, ¹5, maddə 318, ¹6, maddə 415, ¹10, maddə 761, ¹11, maddə 901; 2005, ¹2, maddə 61, ¹6, maddə 466, ¹8, maddələr 684, 692, 693, ¹11, maddə 996, ¹12, maddə 1085; 2006, ¹2, maddə 68, ¹3, maddə 225, ¹5, maddə 387, ¹6, maddə 478, ¹8, maddə 657, ¹12, maddə 1005; 2007, ¹2, maddə 80, ¹6, maddə 560, ¹8, maddə 745, ¹10, maddə 937, ¹11, maddə 1053, ¹12, maddələr 1215, 1219; 2008, ¹3, maddə 145, ¹6, maddə 456, ¹7, maddə 602, ¹12, maddə 1049; 2009, ¹2, maddə 47, ¹5, maddə 295, ¹6, maddə 404, ¹7, maddə 517; 2010, ¹2, maddə 75, ¹3, maddə 171, ¹4, maddələr 265, 266, 276; 2011, ¹7, maddə 586, ¹8, maddə 750, ¹12, maddə 1102; 2012, ¹1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 363.1-ci maddədə "Etibarnamə" sözü "Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə" sözləri ilə əvəz edilsin.
1.2. Aşağıdakı məzmunda 363.3-cü maddə əlavə edilsin:
"363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.".
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2012-ci il oktyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 12 may.- S. 6.