“Xüsusi
təyinatlı təhsil müəssisələrinin təsis
edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil
müəssisələrinin siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli
274 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 403, ¹ 7, maddə 619) ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"na aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
"7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il
Azərbaycan.- 2012.- 12 may.- S. 6.