“Azərbaycan Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2012-ci il 20 aprel tarixli 344-IVQD nömrəli
qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 25
dekabr tarixli 206 nömrəli fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2012-ci il 20 aprel tarixli 344-IVQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın
və Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. iki ay müddətində
Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin
88-1-ci maddəsində nəzərdə
tutulmuş miqrasiya orqanları işçilərinin
fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını
müəyyən etsin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının "Azərbaycan
Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 12, maddə
994; 2010, ¹ 7, maddə 625; 2011, ¹ 4, maddə 294) 2.2-ci bəndində "və"
sözündən əvvəl
", 88-1-ci maddəsində" sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il
Azərbaycan.- 2012.- 12 may.- S. 8.