Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 670; 2007, ¹ 3, maddə 233, ¹ 5, maddə 455, ¹ 8, maddə 768, ¹ 11, maddələr 1094, 1105; 2008, ¹ 5, maddə 373, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83) 3-cü hissəsində "68" rəqəmləri "76" rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 may.- S. 8.