Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 97 Bakı şəhəri, 10 may 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 1
may tarixli 77 nömrəli
qərarı ilə təsdiq edilmiş "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda dəyişikliklər
edilməsi barədə
"Azərbaycan Respublikası
Fövqəladə Hallar
Nazirliyinin Su Ehtiyatları
Dövlət Agentliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 77 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 5, maddə
358; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə
370) ilə təsdiq edilmiş "Xüsusi qorunan su obyektlərinin
kateqoriyalara aid edilməsi
Qaydası"nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
6-cı, 7-ci və 10-cu hissələrdə
"Nazirliyi" sözündən
sonra "və Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi" sözləri
əlavə edilsin;
1.2. 9-cu hissədə "Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə"
sözlərindən sonra
"və Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinə"
sözləri əlavə
edilsin;
1.3. 11-ci hissədə "Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin"
sözlərindən sonra
"və Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinin" sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Resrublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 12 may.- S. 9.