Azərbaycan
Respublikasının Nazirlər Kabineti
qərar
¹ 99 Bakı şəhəri, 10 may 2012-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7
nömrəli qərarı ilə təsdiq edilmiş
"Suların dövlət uçotunun Qaydası"nda dəyişikliklər
edilməsi barədə
"Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin Su
Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə"Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli
Fərmanının 2.1-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 77; 2002, ¹ 2, maddə 101;
2005, ¹ 6, maddə 558; 2006, ¹ 4, maddə 370) ilə təsdiq
edilmiş "Suların dövlət uçotunun
Qaydası"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
5-ci hissədə "və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti (suların istifadəsi
uçotu bölməsi üzrə) ilə birlikdə"
sözləri ",Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti (suların istifadəsi
uçotu bölməsi üzrə) və Fövqəladə
Hallar Nazirliyi tərəfindən" sözləri ilə əvəz
edilsin;
1.2. 7-ci hissədə "ilə"
sözündən əvvəl "Fövqəladə Hallar
Nazirliyi" sözləri əlavə edilsin;
1.3. 8-ci hissənin ikinci abzasında
"onların" sözündən əvvəl
"Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə"
sözləri əlavə edilsin;
1.4. 9-cu hissənin ikinci abzasında
", habelə" sözündən sonra "Fövqəladə
Hallar Nazirliyinin iştirakı ilə" sözləri əlavə
edilsin, dördüncü abzasında "Ekologiya və Təbii
Sərvətlər Nazirliyini" sözləri "Fövqəladə
Hallar Nazirliyini" sözləri ilə əvəz edilsin;
1.5. 11-ci hissənin
üçüncü abzasının əvvəlinə
"Fövqəladə Hallar Nazirliyi ilə birlikdə"
sözləri, altıncı abzasında "Nazirliyini"
sözündən sonra "və Fövqəladə Hallar
Nazirliyini" sözləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Resrublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 12 may.- S. 9.