Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 100 Bakı şəhəri, 10 may 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nda dəyişikliklər edilməsi barədə

 

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sent-yabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 602; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddə 558; 2006,

¹ 4, maddə 370; 2007, ¹ 4, maddə 390) ilə təsdiq edilmiş "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissənin ikinci abzasında "Nazirliyinin" sözündən sonra "və Fövqəladə Hallar Nazirliyinin" sözləri əlavə edilsin;

1.2. 15-ci hissədə "Nazirliyi" sözündən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi," sözləri əlavə edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Resrublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 12 may.- S. 9.