Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 101  Bakı şəhəri, 10 may 2012-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il  28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə

 

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli 525 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10, maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹ 2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr 674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr 146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447, ¹ 9, maddə 855) ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın II bölməsinə aşağıdakı məzmunda 19.1.9-1-ci yarımbənd əlavə edilsin:

"19.1.9-1. Su Ehtiyatları Dövlət Agentliyi".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Resrublikasının Baş naziri

 

Azərbaycan.- 2012.- 12 may.- S. 9.