Ulu öndər İstanbulda
anıldı
Türkiyənin və türk millətinin ulu öndər Heydər Əliyevə rəğbət və məhəbbəti böyükdür. Bu il də qardaş ölkənin müxtəlif şəhərlərində Türk dünyasının böyük oğlu Heydər Əliyevin ad günündə əziz xatirəsi bir daha şükranlıqla anıldı.
Mayın 10-da Azərbaycanın
İstanbuldakı Baş konsulluğu
və Mərmərə Qrupu Stateji və Sosial
Araşdırma Vəqfinin heyəti ulu
öndərin anadan olmasının 89-cu ildönümünü qeyd
etmək üçün bir
arada idilər. Əvvəlcə Heydər
Əliyevin Fulyadakı büstü ziyarət
edildi. Tədbir çox
izdihamlı keçdi. Növbəti görüş
yeri Sarıyer səmtində ulu öndərin adını daşıyan park oldu. Heydər
Əliyevin möhtəşəm abidəsinin ətrafına toplaşan insanlar baş konsul Həsən Zeynalov və Mərmərə vəqfinin sədri
dr.Akkan Suverin ulu öndərlə bağlı xatirələrini
dinlədilər, onun Azərbaycan -
Türkiyə münasibətlərinin inkişafına verdiyi töhfə və xidmətləri
məmnunluqla yad etdilər.
Azərbaycan.- 2012.- 12 may.- S. 11.