İqtisadi İnkişaf Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

 

 Bu günlər Azərbaycanın hər yerində, eləcə də bir sıra xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə bir sıra tədbirlər keçirilir, ulu öndərin əziz xatirəsi ehtiramla anılır. İqtisadi İnkişaf Nazirliyində də ümummilli liderin xatirəsinə həsr olunmuş belə bir tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf naziri Şahin Mustafayev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatının inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm təməl yaratmışdır. Görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, dünya birliyində öz layiqli yerini tutmuşdur. Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən inamlaböyük uğurla davam etdirilməsi nəticəsində bu gün də sürətli iqtisadi inkişaf davam edir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır.

Sonra iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı", iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", mənzil-kommunal siyasəti şöbəsində sektor müdiri Fəridə Əhmədova "Heydər Əliyev - siyasi-iqtisadi sabitliyin qurucusu" mövzularında məruzələrlə çıxış etmişlər.

 

 

Azərbaycan.- 2012.- 12 may.- S. 11.