Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının Bəyanatı

 

 Bismillahir-rəhmanir-rəhim!

 

Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurası son zamanlar İran İslam Respublikasının bəzi din xadimlərinin çağırışları və Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunun qarşısında keçirilən aksiyalar zamanı səsləndirilən fikirlərdən narahatlığını bildirir və aşağıdakıları bəyan edir:

On dörd əsr bundan əvvəl islam dünyasına qovuşmuş Azərbaycan xalqı hər zaman müqəddəs dini dəyərləri ilə fəxr etmiş, özünün bir millət kimi formalaşmasında bu dəyərlərə istinad etmişdir. Son bir əsr ərzində müstəqilliyini qazandığı ilk anlardan islami mənsubiyyətimiz dövlət bayrağımızda öz əksini tapmışdır. 70 illik ateizm rejimindən sonra xalqımızın ülvi arzularını gerçəkləşdirərək məscid və ziyarətgahlarımıza yeni həyat bəxş edən Heydər Əliyevin dövlət başçısı kimi ilk  əməli addımlarından birini Peyğəmbərimiz Mühəmməd Salavatullahın mübarək Mövludu günündə Təzəpir məscidini ziyarətdən başlaması, müqəddəs Kəbə evini ziyarət etməsi, nisgilli Bibiheybət məscidinin bərpası barədə sərəncamı  Azərbaycanda dini dəyərlərin dirçəldilməsi yönündə önəmli tədbirlərdəndir. Ulu öndərin xalqımızın xoşbəxt gələcəyi ilə bağlı ülvi arzularını davamlı olaraq həyata keçirmək missiyası isə dövlətimizin möhtərəm başçısı İlham Əliyevə nəsib olmuşdur. Dünya şahiddir ki, bu gün dövlət başçısının səyləri sayəsində Azərbaycan uğurlu, yüksək inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində nailiyyətlər qazanır. Uğurlarımızın təminində, şübhəsiz ki, milli-mənəvi ənənələrimizə sahib çıxmağımız, bu ənənələrin kökündə duran dini dəyərlərimizə, bütün dinlərin nümayəndələrinə  ehtiramlı münasibətimiz böyük rol oynayır. Sovetlər dönəmində Azərbaycanda 18 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-ə yaxın ibadət məkanı fəaliyyət göstərir. Dövlətin maddi və mənəvi dəstəyi, habelə ulu öndərimizin adını daşıyan fondun xətti ilə təkcə son 10 il ərzində Azərbaycanda 417 məscid təmir və bərpa olunmuş, nəinki ölkə daxilində, həmçinin ölkəmizin hüdudlarından kənarda məscidlərin təmir və bərpası reallaşdırılmışdır. Elə bu günlərdə Serbiyada dövlət başçısının dəstəyi sayəsində bərpa edilərək dindarların istifadəsinə verilmiş Bayraklı Came məscidi buna bariz sübutdur. Əqidə və əməlləri ilə milli-mənəvi dəyərlərimizə bağlı olan dövlət başçısının qayğısı sayəsində Təzəpir, Əjdərbəy, Şamaxı Cümə, Gəncə İmamzadə məscidləri və digər dini ibadətgahlarımız möhtəşəm təmir və bərpa işlərindən sonra dindarların ixtiyarına verilmişdirbu proses davamlı olaraq həyata keçirilməkdədir. Bütün bunların dövlət səviyyəsində, dövlət başçısının şəxsi diqqət və qayğısı sayəsində həyata keçirilməsi Azərbaycan xalqını ürəkdən sevindirir.

Dünyəvi dövlət xalqımızın seçimidir. Müstəqil Azərbaycan dövlətinin Əsas Qanunu hüquqi-demokratik və dünyəvi dövlət quruluşumuzu təsbit edir, əqidə azadlığımızı qoruyur. Milli-mənəvi irsinə sadiq bir dövlətin vətəndaşları olaraq biz - Azərbaycan Respublikasının elmdin xadimləri milyonlarla insanın etimadını qazanaraq xalq tərəfindən seçilmiş, ölkəmizin iqtisadisiyasi qüdrətini artırmaqla yanaşı, milli-mənəvi dəyərlərimizi qoruyan, dini abidələyeni həyat verən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında xidmətlərinin müstəqilliyimizi həzm edə bilməyənlər, uğurlarımızı gözü götürməyənlər tərəfindən inkar edilməsinə, xalqımıza, dövlətimizə və milli-mənəvi dəyərlərimizə qarşı təhqirlərə biganə qala bilmərik.

Biz, Azərbaycan dövlətinin adına olmazın həqarətlər yağdırılmasını, onun dövlət atributlarının təhqirini, Prezidentinin ünvanına qonşu İran dövlətinin bəzi din xadimləri tərəfindən təhqiramiz ifadələr işlədilməsini, xalqımız və dövlətimizə xitabən müxtəlif ultimativ xəbərdarlıqlar edilməsini, müstəqil siyasətimizin təhdid edilməsini heç bir vəchlə qəbul etmir, bunu daxili işlərimizə müdaxilə hesab edirik. Xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş bu təxribatların əsl məqsədi heç də qələmə verildiyi kimi dini təəssübkeşlik, islami həmrəylik, qardaşlıq nümayişiya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil, islam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Dövlət başçısı tərəfindən  Azərbaycan ərazisindən qonşu İran dövlətinə qarşı hər hansı təcavüzə imkan verilməyəcəyinin bəyan edilməsindən sonra bu növ aksiya və bəyanatlara yol verilməməli idi. Dövlətimiz və cəmiyyətimiz tərəfindən qəbul edilməyən gey-paradbuna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, dövlətimiz əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyildir.

Yaşadığımız bölgədə və dünya miqyasında bütün millət və dövlətlərlə dinc qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaq məramımızdır. Müstəqil dövlət olaraq uğurlarımıza dostlarımızın sevinməsinə ümidvarıq. Özümüzə arzuladığımızı başqalarına da arzu edirik. Ən böyük problemimiz olan ərazi bütövlüyümüzün bərpası məsələsində, haqq işimizin qələbəsində hər zaman dünya birliyinin ədalətli mövqeyinə, dostqardaş ölkələrin dəstəyinə ümid bəsləyirik. Acı reallıq ondan ibarətdir ki, həqiqətən islami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik. İstər sovetlər dönəmində  dini dəyərlərimiz əsl təhlükədə olduğu bir zamanda, istərsə də erməni ekstremistləri xalqımıza qarşı təcavüzkarlıq aktları həyata keçirərkən atılması tələb olunan addımlar gerçəkləşdirilmədiyi halda, indi heç bir səbəb olmadan belə lüzumsuz bəyanatların verilməsi başa düşülən deyildir. Təəssüf edirik ki, Azərbaycan torpaqlarının işğalına, Şuşa, Ağdam məscidlərinin və yüzlərlə digər islami ibadət məkanlarımızın dağıdılmasına, təhqir olunmasına, bir milyon Azərbaycan müsəlmanının öz doğma yurdundan didərgin salınmasına cavab olaraq İranın nüfuzlu din xadimlərinin fətvalarını eşitmədiyimiz halda, bu ölkənin təcavüzkar dövlət olan Ermənistana davamlı surətdə maddi və mənəvi dəstəyinin şahidi olmaqdayıq. 

Bir daha bəyan edirik ki, Azərbaycan xalqı, inşallah, ona qarşı fitnələrə və məkrli şayiələrə heç bir zaman uymayacaq, dövlətimizin müstəqilliyi yolunda bütün maneələri dəf edəcəkdir. Bunu qonşu İranın din xadimlərinə də məsləhət bilir, əsassız böhtan və təhqirlərə son qoymağa, islami əxlaqımıza, milli-mənəvi  dəyərlərimizə hörmətsizlik olan iftiradan uzaq olmağa çağırırıq.

 

Allah köməyimiz olsun!

 

Bakı şəhəri, 11 may 2012-ci il

 

 

Azərbaycan.- 2012.- 12 may.- S. 11.