Azərbaycan
Respublikası gömrük orqanlarının vəzifəli
şəxslərinin xüsusi geyim forması və fərqlənmə
nişanları haqqında ƏSASNAMƏ
Əlavə I
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 8 may tarixli fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası gömrük
orqanlarının vəzifəli şəxslərinin
xüsusi geyim forması (bundan sonra - geyim forması) onların
geyim əşyaları və fərqlənmə
nişanlarının dəstidir.
1.2. Geyim əşyalarına
üst geyimləri, baş geyimləri, ayaqqabılar və digər
geyim əşyaları daxildir:
1.2.1. üst geyimləri - palto, plaş, istiləşdirilmiş
gödəkcə, demisezon gödəkcə, kitel, şalvar,
yubka;
1.2.2. baş geyimləri - papaq, furajka, pilotka,
şlyapa, kepi;
1.2.3. ayaqqabılar - tufli, çəkmə,
uzunboğaz çəkmə;
1.2.4. digər geyim əşyaları - pulover,
köynəklər, qalstuk, şərf, əlcək, corab, yay
örtüyü, xüsusi bel kəməri.
1.3. Fərqlənmə
nişanları - geyim formasında rəmzlər şərti təsvir
olunmaqla dövlət mənsubiyyətini, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə
və xüsusi rütbəyə mənsubiyyəti göstərir.
Fərqlənmə nişanlarına poqon, ulduzlar, qol və
yaxa nişanları, kokarda, forma düymələri, qalstuk
üçün sıxac, kant və lampas
aiddir. Bundan əlavə, geyim formasındakı
rəng, biçim, geyimin komplektliyi və geyimin başqa
detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən
də həmin məqsədlərlə istifadə edilir.
1.4. Geyim
forması mərasim, gündəlik və səhra geyim
formalarından ibarətdir.
1.5. Mərasim
geyim forması dövlət, hökumət rəhbərlərinin
iştirak etdikləri rəsmi tədbirlərdə və xüsusilə
təntənəli hallarda geyinmək üçün nəzərdə
tutulur.
1.6. Səhra
geyim forması sutkalıq naryadlarda, təlimlərdə və
təlim mərkəzlərindəki məşğələlərdə
geyinmək üçün nəzərdə tutulur.
1.7.
Gündəlik geyim forması qalan bütün hallarda geyilir.
1.8. Geyim
forması və fərqlənmə nişanları ilə təchizat
normalarını Azərbaycan Respublikasının Nazirlər
Kabineti müəyyən edir.
1.9. Geyim
formasının daşınması qaydalarını Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi təsdiq
edir.
2. Geyim formasının qış və
yay dəstləri
2.1. Geyim
forması qış və yay geyimlərinə
bölünür. Qış geyimləri yay
geyimlərinə nisbətən qalın və isti
parçadan tikilir.
2.2.
Qış dəsti:
2.2.1. ali
rəis heyəti üçün - furajka, papaq (qadınlar
üçün şlyapa), palto, plaş, istiləşdirilmiş
xəzli gödəkcə, demisezon gödəkcə, kitel,
şalvar (qadınlar üçün yubka), pulover, uzunqol
köynək, qalstuk, şərf, əlcək, corab və isti içlikli çəkmə;
2.2.2.
baş və orta rəis heyəti və kiçik heyət
üçün - furajka, papaq (qadınlar üçün
qalın parçadan şlyapa), palto, plaş, istiləşdirilmiş
gödəkcə, demisezon gödəkcə, kitel, şalvar
(qadınlar üçün yubka), pulover, uzunqol köynək,
qalstuk, şərf, əlcək, corab və isti içlikli
çəkmə.
2.3. Yay dəsti:
2.3.1. ali rəis heyəti üçün - furajka
(qadınlar üçün şlyapa), qısaqol köynək,
şalvar (qadınlar üçün yubka), corab və tufli;
2.3.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün - kişilər
üçün pilotka, qadınlar üçün nazik
parçadan şlyapa, qısaqol köynək, şalvar
(qadınlar üçün yubka), corab və tufli.
3. Gündəlik geyim forması
3.1. Papaq:
3.1.1. ali rəis heyəti üçün qaragül
xəzindən hərbi nümunə ilə tikilir. Ön tərəfində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
kokardası vardır (şəkil 39);
3.1.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün tünd göy rəngli
qalın parçadan tikilir. Silindr
formalıdır, dibcikdən, dövrədən və
qulaqlıqlardan ibarətdir. İçərisində
sırınma astarı vardır. Dövrə
tünd göy rəngli xəzdən tikilir. Dövrə alın və iki düyməciklə bərkidilən
arxa hissələrdən ibarətdir. Dövrənin
alın hissəsinin aşağısına papağın
öz rəngində günlük tikilir. Baş
və orta rəis heyəti üçün papağın
günlüyünün üstünə həmin heyət
üçün müəyyən edilmiş qızılı
rəngli naxış tikilir. İki
sarı metaldan hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
ilə bərkidilən qızılı rəngli toxunma
qaytanı və kokardası vardır (şəkil 44).
3.2.
Furajka:
3.2.1. ali rəis heyəti üçün tünd
mavi parçadan hərbi nümunə ilə tikilir. Üst tərəfində və orta hissəsinin kənarında
ensiz qırmızı rəngli zolaq vardır.
Günlüyü tünd mavi rəngdədir və üzərinə
ali rəis heyəti üçün
müəyyən edilmiş qızılı rəngdə
naxışı olan üzlük tikilir. İki
sarı metaldan hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
ilə bərkidilən qızılı rəngli toxunma
qaytanı və Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri olan kokardası vardır. Kokardanın
sağ və sol hissələrində toxunma sünbül
nişanları vardır (şəkil 42);
3.2.2. baş və orta rəis heyəti
üçün tünd göy parçadan tikilir, üst tərəfində ensiz və orta hissəsində enli
yaşıl zolaq vardır. Günlüyü
qara rəngdədir və üzərinə baş və orta rəis
heyəti üçün müəyyən edilmiş
qızılı rəngdə zolaq tikilir. İki
sarı metaldan hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
ilə bərkidilən qızılı rəngli toxunma
qaytanı və kokardası vardır (şəkil 46).
3.3.
Şlyapa (qadın əməkdaşların geyim dəstinə
aiddir):
3.3.1. ali rəis heyəti üçün tünd
mavi rəngli, baş və orta rəis heyəti və
kiçik heyət üçün tünd göy rəngli
parçadan tikilir. Eni 90 mm olan kənar hissələri arxadan
və yanlardan bir az
qaldırılmışdır. Ali rəis heyəti
üçün şlyapanın iki sarı metaldan
hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
ilə bərkidilən qızılı rəngli toxunma
qaytanı və kokardası vardır. Kənarlarında
və orta hissəsində qırmızı rəngli ensiz
zolaq vardır. Qış geyim dəsti üçün
şlyapa qalın, yay geyim dəsti üçün isə
nazik parçadan tikilir (şəkil 43);
3.3.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün şlyapanın
günlük hissəsində həmin heyət
üçün müəyyən edilmiş qızılı
rəngdə naxış olan üzlük tikilir. Kənarlarında və orta hissəsində
yaşıl rəngli ensiz zolaq vardır. Ön
tərəfində Azərbaycan Respublikası Dövlət
gerbinin təsviri olan kokardası vardır. Qış
geyim dəsti üçün şlyapa qalın, yay geyim dəsti
üçün isə nazik parçadan tikilir (şəkil 45).
3.4.
Pilotka - baş və orta rəis heyətinin və kiçik
heyətin kişilər üçün yay geyim dəstinə
aiddir. Şalvarın hazırlandığı
parçadan tikilir. Pilotka iki divarcıqdan
və qulaqlıqdan ibarətdir. Astarlıdır.
Pilotkanın qabaq hissəsində kokarda vardır
(şəkil 49).
3.5.
İstiləşdirilmiş gödəkcə:
3.5.1. ali rəis heyəti üçün boz rənglidir,
içliyi və yaxalığı xəzdəndir,
düzbiçimlidir. Bir sırada yerləşən
3 ədəd düymə ilə bağlanır və hər
iki yan tərəfində düz yerləşdirilmiş,
üstlüyü qatlanan cibləri vardır. Sol qolunda
(qadınlarda sağ qolunda) ali rəis heyəti
üçün müəyyən edilmiş qol nişanı,
çiyinlərində poqonlar vardır (şəkil 1);
3.5.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün tünd göy rəngli
sukeçirməyən parçadan tikilir,
düzbiçimlidir. Bir sırada yerləşən
4 ədəd düymə ilə bağlanır, ətək və
döş hissələrində hər iki tərəfdə
düz yerləşdirilmiş üstlüyü qatlanan cibləri
vardır. Gödəkcənin içəri
hissəsinə düymələrlə bağlanan və
açılıb çıxarılan istiləşdirilmiş
içliyi vardır. Sol qolunda
(qadınlarda sağ qolunda) baş və orta rəis heyəti
və kiçik heyət üçün müəyyən
edilmiş qol nişanı, çiyinlərində poqonlar
vardır (şəkil 26, 27).
3.6.
Demisezon gödəkcə - ali rəis heyəti
üçün tünd mavi, baş və orta rəis heyəti
və kiçik heyət üçün tünd göy rəngli
parçadan tikilir. Bortları zəncirbəndlə
bağlanır, astarlıdır. Döş
hissəsində kəsmə fiqurlu qapağı basma düymə
ilə düymələnən cibləri, ətək hissəsində
isə kəsmə cibləri vardır. Gödəkcənin
qurşağı və qolları trikotajdandır. Boyunluğu dikdir, trikotajdandır və gödəkcənin
parçasından hazırlanan
taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri
vardır. Kəmərciklər basma
düymə ilə düymələnir. Gödəkcənin
sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı vardır
(şəkil 10, 11, 28, 29).
3.7. Kitel:
3.7.1. ali rəis heyəti üçün tünd
mavi rəngli parçadandır, açıq, təkbortlu,
qatlanan boyunluqludur. Bortu ortadan üzərində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
dörd böyük düymə ilə düymələnir.
Ali rəis heyəti üçün müəyyən
edilmiş kiçik düymələrlə düymələnən
iki şaquli qırçınlı, fiqurlu qapaqlı üstdən
tikilmə döş və yan cibləri vardır. Kürək hissəsində, ortada şlitsa ilə
tamamlanan tikiş vardır. Kitel ətəyinədək
astarlıdır. Astarında iki kəsmə
qoltuq cibi vardır. Kitelin
yaxalığında və qol manjetlərinin üzərində
ensiz qırmızı rəngli zolaq, qollarının
aşağı arxa hissəsində isə bir sırada yerləşən
sarı metaldan hazırlanmış üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan 3 ədəd
kiçik düymə vardır. Kitelin sağ və sol
qatlanan yaxalıqlarında sarı rəngli toxunma
sünbül nişanları, çiyinlərində poqonlar
vardır. Kitelin sol qolunda (qadınlarda sağ qolunda) ali rəis heyəti üçün müəyyən
edilmiş qol nişanı vardır (şəkil 8, 9);
3.7.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün tünd göy rəngli
parçadan tikilir, açıq, təkbortlu, qatlanan
boyunluqludur. Bortu orta hissədən üzərində
Azərbaycan Respublikası gömrük orqanlarının
embleminin təsviri olan 4 ədəd böyük düymə
ilə düymələnir. Kiçik
düymələrlə düymələnən iki şaquli
qırçınlı, fiqurlu qapaqlı üstdən tikilmə
döş və yan cibləri vardır. Kürək
hissəsində, ortada şlitsa ilə tamamlanan tikiş
vardır. Kitel ətəyinədək
astarlıdır. Astarında iki kəsmə
qoltuq cibi vardır. Qollarının
aşağı arxa hissəsində bir sırada yerləşən
sarı metaldan hazırlanmış üzərində Azərbaycan
Respublikası gömrük orqanlarının embleminin təsviri
olan 3 ədəd kiçik düymə vardır. Çiyinlərində poqonlar, sol qolunda
(qadınlarda sağ qolunda) qol nişanı vardır (şəkil
24, 25).
3.8.
Şalvar:
3.8.1. ali rəis heyəti üçün tünd
mavi rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərinə
hər birinin eni 20 mm olan 2 ədəd qırmızı rəngli
zolaq (lampas) tikilir. Şalvarın kəsmə yan cibləri
və arxadan sağ tərəfdə qapaqlı kəsmə
cibi vardır;
3.8.2. baş və orta rəis heyəti
üçün tünd göy rəngli parçadan,
düzünə, manjetsiz tikilir. Şalvarın
sağ və sol tərəflərində şalvarın
boyunca ensiz yaşıl zolaq tikilir. Şalvarın
kəsmə yan cibləri və arxadan sağ tərəfdə
qapaqlı kəsmə cibi vardır.
3.9. Yubka
- ali rəis heyəti üçün
tünd mavi rəngli, baş və orta rəis heyəti və
kiçik heyət üçün tünd göy rəngli
parçadan, düzünə tikilir. Arxa və
ön hissələri bel səviyyəsində köklənmişdir.
Arxada bir ədəd kəsik vardır. Uzunluğu diz səviyyəsindədir.
3.10.
Pulover - ali rəis heyəti
üçün göy, baş və orta rəis heyəti və
kiçik heyət üçün tünd göy rəngli
yundan toxunur. Düzbiçimlidir,
yaxalığı üçbucaq formalıdır. Yaxalıq 3 sm enində ikiqat toxunmuşdur və mərkəzdən
düz tikişlə birləşir. Ətəyi
və qollarının bilək hissəsi 5 sm enində ikiqat
toxunmuş manjetdən ibarətdir. Kürəyi
bütövdür. Qolun dirsək hissəsinə
pulover rəngində ipək parçadan dirsəklik tikilir.
Dirsəkliyin kənarları oval
formalıdır və xüsusi tikişlə tikilir. Çiyinlərində poqon bərkitmək
üçün puloverin rəngində parçadan
hazırlanan və düymə ilə düymələnən
kəmərciklər vardır (şəkil 12, 13, 30, 31).
3.11.
Köynək:
3.11.1. ali rəis heyəti üçün uzunqol və
qısaqol olmaqla, ağ rəngli parçadan tikilir. Qatlanan boyunluqludur. Bortu ortadan
düymələnir. Poqonlar
üçün kəmərcikləri, iki şaquli
qırçınlı, fiqurlu qapaqlı döş cibləri
vardır. Ətəyi qurşaqlı, yanlardan
rezinlidir. Qısaqol köynəyin qolları manjetlidir. Uzunqol köynəyin qolları manjetli və
yarıqlıdır. Kəmərciklər,
bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə
düymələnir. Çiyinlərində poqonlar,
qolunda ali rəis heyəti
üçün müəyyən edilmiş qol nişanı
vardır. Uzunqol köynək kitelsiz geyilərkən
qalstuk taxılır. Qısaqol köynək isə
qalstuksuz geyilir (şəkil 14-17);
3.11.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün qısaqol köynək
ağ rəngdə, uzunqol köynək isə açıq
göy rəngdə olur. Qatlanan boyunluqludur.
Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, iki
şaquli qırçınlı, fiqurlu qapaqlı döş
cibləri vardır. Ətəyi
qurşaqlı, yanlardan rezinlidir. Qısaqol köynəyin
qolları manjetlidir. Uzunqol köynəyin
qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və
manjetlər adi düymələrlə düymələnir.
Hər iki köynəyin çiyinlərində
poqonlar vardır. Köynəyin sol qolunda
(qadınlarda sağ qolunda) qol nişanı vardır. Uzunqol köynək kitelsiz geyilərkən qalstuk
taxılır. Qısaqol köynək isə
qalstuksuz geyilir (şəkil 32-35).
3.12.
Qalstuk - gömrük orqanlarının ali
rəis heyəti üçün göy, digər vəzifəli
şəxsləri üçün isə tünd göy rəngdə
olur. Qalstuka qızılı rəngli sıxac
taxılır.
3.13.
Şərf tünd göy rəngli trikotaj parçadan olur.
3.14. Əlcək
- beşbarmaqlıdır, qara rəngdə olur.
3.15. Corab
(qadınlar üçün dəri rəngli neylon, yaxud
yarımyun corablar) - qara rəngdə olur.
3.16. Tufli
- bütün əməkdaşlar üçün qara rəngli
dəridən tikilir, üstü hamar və naxışsız
olur, yastı dabanlıdır.
3.17.
Çəkmə (qadınlar üçün uzunboğaz
çəkmə) - bütün əməkdaşlar
üçün qara rəngli dəridən tikilir,
üstü yumşaq, naxışsız olur,
altlığı göndən hazırlanır, içərisinə
süni dəridən istiləşdirilmiş içlik
tikilir.
4. Mərasim geyim forması
4.1. Ali rəis
heyəti üçün mərasim geyim forması furajka
(qadınlar üçün şlyapa), palto, plaş, kitel,
şalvar (qadınlar üçün yubka), köynək,
qalstuk, şərf, əlcək, corab, tufli və çəkmədən
ibarətdir:
4.1.1. furajka - ağ rəngli parçadan tikilir,
üst tərəfində və ortasının yuxarı hissəsində
ensiz qırmızı rəngli zolaq vardır.
Günlüyü ağ rəngdədir, 2 sarı metaldan
hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
ilə bərkidilən qızılı rəngli toxunma
qaytanı və toxunma sünbül nişanları əhatəsində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
kokardası vardır. Furajkanın günlüyünün
üstünün sağ və sol tərəflərində
qızılı rəngli sünbül nişanları
vardır (şəkil 40);
4.1.2. şlyapa - ağ rəngli parçadan tikilir.
Eni 90 mm olan kənar hissələri arxadan və yanlardan bir az qaldırılmışdır. Kənarlarında və orta hissəsində
qırmızı rəngli ensiz zolaq vardır.
Günlüyü ağ rəngdədir, 2 sarı metaldan
hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
ilə bərkidilən qızılı rəngli toxunma
qaytanı və toxunma sünbül nişanları əhatəsində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
kokardası vardır. Şlyapanın günlüyünün
üstünün sağ və sol tərəflərində
qızılı rəngli sünbül nişanları
vardır (şəkil 41);
4.1.3.
palto - boz rəngli yun parçadandır, ikibortludur, üzərində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
sarı metaldan hazırlanmış 6 ədəd böyük
düyməsi, hər iki tərəfindən düz yerləşdirilmiş
üstlüyü qatlanan yan cibləri vardır. Qadınlar üçün palto birbortludur, üzərində
Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri
olan 3 ədəd düymə ilə sol tərəfə
düymələnir. Paltonun qollarının
aşağı arxa hissəsində bir sırada yerləşən
sarı metaldan hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan 3 ədəd
kiçik düymələri, arxadan bel hissəsində isə
sarı metaldan hazırlanmış 2 ədəd böyük
düymə ilə bərkidilən kəmərciyi vardır.
Paltonun yaxalığında sağ və sol tərəflərdə
ali rəis heyəti üçün
müəyyən edilmiş sarı rəngli toxunma
sünbül nişanı, çiyinlərində poqonlar,
qolunda ali rəis heyəti üçün müəyyən
edilmiş qol nişanı vardır (şəkil 2, 3);
4.1.4. plaş - boz rəngli parçadandır,
ikibortludur, hər iki tərəfindən kəsmə yan cibləri,
üzərində 6 ədəd düymə və eyni
parçadan tikilmiş bel kəməri vardır. Qadınlar üçün plaş birbortludur, 3 ədəd
düymə ilə sol tərəfə düymələnir.
Plaşın yaxalığında sağ və sol tərəflərdə
ali rəis heyəti üçün
müəyyən edilmiş sarı rəngli toxunma
sünbül nişanı, çiyinlərində poqonlar,
qolunda ali rəis heyəti üçün müəyyən
edilmiş qol nişanı vardır (şəkil 4, 5);
4.1.5.
kitel - ağ rəngli parçadandır, ikibortludur, arxası
bütövdür, üstlüyü qatlanan iki yan cibi, iki
sırada yerləşən sarı metaldan
hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan 6 ədəd
düyməsi vardır. Kitelin yaxalığında və qol
manjetlərinin üzərində ensiz qırmızı rəngli
zolaq, qollarının aşağı hissəsində sarı
rəngli toxunma zolaq, aşağı arxa hissəsində isə
bir sırada yerləşən sarı metaldan
hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan 3 ədəd
kiçik düymələr vardır. Kitelin qatlanan
yaxalıqlarında sağ və sol tərəfdən sarı
rəngli toxunma sünbül nişanı, çiyinlərində
poqonlar, qolunda ali rəis heyəti
üçün müəyyən edilmiş qol nişanı
vardır (şəkil 6, 7);
4.1.6. şalvar - qara rəngli parçadan,
düzünə, manjetsiz tikilir. Şalvarın sağ və
sol tərəflərində hərəsinin eni 20 mm olan iki
qırmızı rəngli zolaq vardır (şəkil 6);
4.1.7. yubka - qara rəngli parçadan, düzünə
tikilir. Arxa və ön hissələri bel səviyyəsində
köklənmişdir. Arxada bir ədəd
kəsik vardır. Uzunluğu diz səviyyəsindədir
(şəkil 7);
4.1.8. köynək - uzunqol ağ rəngdədir. Qatlanan boyunluqludur. Bortu ortadan
düymələnir. Qolları manjetli və
yarıqlıdır. Bortlar və manjetlər adi düymələrlə
düymələnir;
4.1.9. qalstuk - qara rəngdədir. Qalstuka
qızılı rəngli sıxac taxılır;
4.1.10. şərf - ağ rəngdədir, palto
üçün trikotaj, plaş üçün isə ipək
parçadan hazırlanır;
4.1.11. əlcək - beşbarmaqlıdır, ağ rəngdə
olur;
4.1.12. corab (qadınlar üçün dəri rəngli
neylon, yaxud yarımyun corablar) - qara rəngdə olur;
4.1.13. tufli, çəkmə - qara rəngdə,
üstü yumşaq, altlığı göndən olur.
4.2.
Baş və orta rəis heyəti və kiçik heyət
üçün mərasim geyim forması furajka, palto,
plaş, kitel, şalvar (qadınlar üçün yubka),
köynək, qalstuk, şərf, əlcək, corab, tufli və
çəkmədən ibarətdir:
4.2.1. furajka - bu Əsasnamənin 3.2.2-ci yarımbəndində
təsvir olunduğu kimidir (şəkil 46);
4.2.2.
palto - tünd göy rəngli qalın parçadandır,
ikibortludur, üzərində Azərbaycan Respublikası
gömrük orqanlarının embleminin təsviri olan sarı
metaldan hazırlanmış 6 ədəd böyük düyməsi,
hər iki tərəfindən düz yerləşdirilmiş
üstlüyü qatlanan yan cibləri vardır. Qadınlar üçün palto birbortludur, üzərində
Azərbaycan Respublikası gömrük orqanlarının
embleminin təsviri olan sarı metaldan hazırlanmış 4 ədəd
böyük düyməsi vardır. Qollarının
aşağı arxa hissəsində bir sırada yerləşən
sarı metaldan hazırlanmış, üzərində Azərbaycan
Respublikası gömrük orqanlarının embleminin təsviri
olan 3 ədəd kiçik düymələri, arxadan isə
bel hissəsində sarı metaldan hazırlanmış 2 ədəd
eyni böyük düymə ilə bərkidilən kəmərciyi
vardır. Paltonun yaxalığında sağ və
sol tərəflərdə sarı metaldan
hazırlanmış, diametri 20 mm olan yaxa nişanı,
çiyinlərində poqonlar vardır. Paltonun sol qolunda
(qadınlarda sağ qolunda) qol nişanı vardır (şəkil
18, 20);
4.2.3. plaş - tünd göy rəngli
parçadandır, ikibortludur, hər iki tərəfindən kəsmə
cibləri, üzərində 6 ədəd plastmas düyməsi
və eyni parçadan tikilmiş bel kəməri vardır. Qadınlar üçün plaş birbortludur, üzərində
4 ədəd plastmas düymə vardır. Plaşın yaxalığında sağ və sol tərəflərdə
sarı metaldan hazırlanmış, diametri 20 mm olan yaxa
nişanı, çiyinlərində poqonlar vardır.
Plaşın sol qolunda (qadınlarda sağ qolunda) qol
nişanı vardır (şəkil 19, 21);
4.2.4. kitel - tünd göy rəngli
parçadandır, ikibortludur, arxası bütövdür, hər
iki tərəfindən düz yerləşdirilmiş
üstlüyü qatlanan yan cibləri, üstündə iki
sırada yerləşən sarı metaldan
hazırlanmış, üzərində gömrük
orqanlarının embleminin təsviri olan 6 ədəd düymə
vardır. Kitelin qollarının
aşağı arxa hissəsində bir sırada yerləşən,
üzərində gömrük orqanlarının embleminin təsviri
olan sarı metaldan hazırlanmış 3 ədəd
kiçik düymə vardır. Kitelin
qatlanan yaxalıqlarında sağ və sol tərəfdən
sarı metaldan hazırlanmış, diametri 20 mm, üzərində
gömrük orqanlarının embleminin təsviri olan düymələr,
çiyinlərində poqonlar vardır. Kitelin
sol qolunda qol nişanı vardır. Qadınlar
üçün kitel forması eyni qalmaqla, sol tərəfə
düymələnir və qol nişanı kitelin sağ qolunda
yerləşdirilir (şəkil 22, 23);
4.2.5. şalvar - tünd göy rəngli
parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın
sağ və sol tərəflərində şalvar boyunca
yaşıl rəngli ensiz zolaq tikilir. Kəsmə yan
cibləri, arxada sağ tərəfdə qapalı kəsmə
cibi vardır (şəkil 22);
4.2.6. yubka - tünd göy rəngli parçadan,
düzünə tikilir. Arxa və ön hissələri
bel səviyyəsində köklənmişdir. Arxada bir ədəd kəsik vardır.
Uzunluğu diz səviyyəsindədir (şəkil 23);
4.2.7. köynək - uzunqol ağ rəngdədir. Qatlanan boyunluqludur. Bortu ortadan
düymələnir. Qolları manjetli və
yarıqlıdır. Bortlar və manjetlər adi düymələrlə
düymələnir;
4.2.8. qalstuk - tünd göy rəngdədir. Qalstuka
qızılı rəngli sıxac taxılır;
4.2.9. şərf - ağ rəngdədir, palto
üçün trikotaj, plaş üçün isə ipək
parçadan hazırlanır;
4.2.10. əlcək - beşbarmaqlıdır, ağ rəngdə
olur;
4.2.11. corab (qadınlar üçün dəri rəngli
neylon, yaxud yarımyun corablar) - qara rəngdə olur;
4.2.12. tufli və çəkmə - qara rəngdə,
üstü yumşaq, altlığı göndən olur.
5. Səhra geyim forması
5.1. Səhra
geyim forması - hərbi nümunəli kepi, qış
papağı, gödəkcə, hərbi nümunəli
köynək, mayka, şalvar, yay örtüyü, xüsusi
bel kəməri, əlcək, corab, uzunboğaz qara rəngli hərbi
nümunəli çəkmədən ibarətdir.
5.2. Kepi -
dairəvidir, göy rəngli parçadan hərbi nümunə
ilə tikilir. Günlüyü eyni
parçadandır. Ön tərəfində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
kokardası vardır (şəkil 48).
5.3.
Qış papağı - tünd göy rəngli qalın
parçadan hərbi nümunə ilə tikilir. Ön tərəfində Azərbaycan Respublikası
Dövlət gerbinin təsviri olan kokardası vardır (şəkil
47).
5.4.
Gödəkcə - tünd göy rəngli qalın parçadan
hərbi nümunə ilə tikilir. İsti
içliyi, üstlüyü qatlanan və düymələnən
iki yan cibi, çiyinlərində poqonlar vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı
vardır. Həmin parçadan kəməri
vardır (şəkil 36).
5.5.
Köynək - tünd göy rəngli parçadan hərbi
nümunə ilə tikilir. Üstlüyü
qatlanan və düymələnən iki döş və yan
cibləri, çiyinlərində poqonlar vardır.
Sağ qolunda (qadınlarda sol qolunda) üstlüyü qatlanan
və düymələnən xüsusi cib olur. Həmin
parçadan kəməri vardır. Sol
qolunda (qadınlarda sağ qolunda) qol nişanı vardır
(şəkil 37, 38).
5.6. Mayka
- tünd göy rəngdədir, köynəyin altından
geyilir. Qış üçün qalın, yay
üçün nazik parçadan tikilir.
5.7.
Şalvar - tünd göy rəngli hərbi nümunəli
parçadan düzünə, balaqları ensiz, hərbi
nümunə ilə tikilir. Şalvarın dizdən
yuxarı hissəsində sol və sağ tərəflərdən
üstdən tikilən, üstlüyü qatlanan və
düymələnən cibləri vardır. Şalvarın balağı uzunboğaz çəkmənin
içərisinə salınır.
5.8. Yay
örtüyü - sarı rəngli parçadan
hazırlanır, düzbiçimlidir. Mərkəzdən
6 sm uzunluğunda 3 ədəd yapışqanlı lentlə
bağlanır. Örtüyün bel səviyyəsində
5 sm enində plastmas toqqası olan yapışqanlı lentlə
bağlanan kəmər vardır. Qabaq və
arxa hissələrin hər iki tərəfində qoltuğun
altından oval şəkildə ətəyə doğru
uzanan 5 sm enində işığı əks etdirən
materialdan birinci zolaq və 3 sm enində ikinci zolaq tikilir.
Ön hissənin döş nahiyəsində sol
tərəfdə gömrük orqanının emblemi tikilir.
Kürək hissə bütövdür. Kürək nahiyəsində
eni 9 sm olan ətəkdən 32 sm məsafədə
işığı əks etdirən materialdan
"GÖMRÜK" sözü tikilir. Örtüyün
boyun xətti, ətəyi və yan tikişləri 1 sm enində
yaşıl rəngli köbə ilə tikilir. Bortun,
köbələrin və zolaqların kənarları 0,2 sm-lik bəzək tikişi ilə haşiyələnir
(şəkil 72).
5.9. Xüsusi bel kəməri - qara rəngli
göndən hazırlanır. Eni 4,5 sm, toqqası 5x6 sm-dır. Üzərində qobur, fənər və
gömrük nəzarəti zamanı lazım olan digər əşyaların
asılması üçün futlyarlar vardır (şəkil
73).
5.10. Əlcək
- beşbarmaqlıdır, qara rəngdə olur.
5.11. Corab
- qara rəngdə olur.
5.12.
Çəkmə - hərbi nümunəli uzunboğaz, qara rəngli
dəridən, qaytanla bağlanan, altlığı qalın
göndən olur.
6. Fərqlənmə nişanları
6.1.
Poqonlar - xüsusi rütbəni müəyyən etmək
üçündür.
6.2.
Daşınma üsuluna görə poqonlar tikilmə və
taxılıb-çıxarılan poqonlara bölünür:
6.2.1. tikilmə poqonlar palto, plaş, istiləşdirilmiş
gödəkcə və kiteldə daşınır;
6.2.2.
taxılıb-çıxarılan poqonlar demisezon gödəkcədə,
puloverdə, köynəkdə və səhra geyim
formasında daşınır;
6.2.3. tikilmə poqonların və köynəyə
(yay səhra geyim formasının köynəyi istisna olmaqla)
taxılıb-çıxarılan poqonların yuxarı hissəsində
qızılı rəngli kiçik forma düyməsi yerləşdirilir;
6.2.4. ali rəis heyəti üçün nəzərdə
tutulmuş həm tikilən, həm də
taxılıb-çıxarılan poqonlarda ulduzlar (ulduz)
sarı sapdan tikilmə üsulu ilə hazırlanır;
6.2.5. baş və orta rəis heyəti və
kiçik heyət üçün demisezon gödəkcəyə,
puloverə və səhra geyim formasına
taxılıb-çıxarılan poqonlarda ulduzlar sarı
sapdan tikilmə (və ya preslənmə) üsulu ilə
hazırlanır;
6.2.6.
baş rəis heyəti üçün paltoya, plaşa, istiləşdirilmiş
gödəkcəyə, kitelə tikilən və köynəyə
taxılıb-çıxarılan poqonlarda ulduzlar (ulduz) və
aypara şəkilli emblem, həmçinin orta rəis heyəti
və kiçik heyət üçün palto, plaş, istiləşdirilmiş
gödəkcə, kitelə tikilən və köynəyə
taxılıb-çıxarılan poqonlarda ulduzlar (ulduz)
sarı rəngli metaldan hazırlanır;
6.2.7. demisezon gödəkcənin, puloverin və səhra
geyim formasının poqonları üçün nəzərdə
tutulan kəmərciklər adi kiçik düymələrlə
düymələnir. Köynəklərə
poqonlar forma düyməsi vasitəsilə bərkidilir.
6.3. Ali rəis
heyəti üçün poqonlar - üzərində sarı
rəngli sapdan tikilmiş, Azərbaycan Respublikası həqiqi
dövlət gömrük xidmətinin müşaviri
üçün diametri 40 mm olan, gömrük xidməti
general-polkovniki, general-leytenantı, general-mayoru və tibb xidməti
general-mayoru üçün isə diametri 30 mm olan 8 guşəli
ulduzlar (ulduz), itibucaq altında birləşmiş xətlər
çəkilmiş, kənarları ensiz qırmızı
zolaqlı, uzunluğu 160 mm, aşağı hissəsinin eni 60
mm, yuxarı hissəsinin eni isə 45 mm olmaqla, yuxarı hissəsi
oval şəklindədir. Poqonun aşağı
hissəsində qızılı rəngli toxunma aypara
vardır. Yay geyim dəstinin poqonu ağ
rəngdə, qış geyim dəstinin poqonu boz rəngdə,
mərasim geyim formasının poqonu açıq sarı rəngdə
olur. Azərbaycan Respublikası həqiqi dövlət
gömrük xidmətinin müşaviri üçün
poqonun yuxarı hissəsində sarı sapdan tikilmiş Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri vardır. Tikilmə poqonların və köynəyə
taxılıb-çıxarılan poqonların yuxarı hissəsində
sarı metaldan hazırlanmış, üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
vardır. Poqonlarda ulduzlar poqonun uzununa
doğru düz xətt boyunca düzülür. Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin sədrinə məxsus poqonların kənarı
sarı rəngli bəzəkli lentlə haşiyələnir.
Xüsusi rütbədən asılı olaraq, poqonlarda
ulduzların sayı aşağıdakı kimidir (şəkil 50-53):
6.3.1. Azərbaycan
Respublikası həqiqi dövlət gömrük xidmətinin
müşaviri - 1 ulduz;
6.3.2. gömrük xidməti general-polkovniki - 3 ulduz;
6.3.3. gömrük xidməti general-leytenantı - 2 ulduz;
6.3.4. gömrük xidməti general-mayoru, tibb xidməti
general-mayoru - 1 ulduz.
6.4.
Baş rəis heyəti üçün poqonlar -
üstündə diametri 22 mm olan 8 guşəli ulduzlar (ulduz),
uzunluğu 150 mm, aşağı hissəsinin eni 60 mm,
yuxarı hissəsinin eni isə 45 mm olmaqla, yuxarı hissəsi
oval şəklindədir. Aşağı hissəsində
aypara şəkilli emblem vardır. Qış geyim dəsti
üçün poqonlar tünd göy rəngdə, yay dəsti
üçün ağ rəngdədir. Tikilmə poqonların və köynəyə
taxılıb-çıxarılan poqonların yuxarı hissəsində
sarı metaldan hazırlanmış üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
vardır. Xüsusi rütbədən asılı olaraq
poqonlarda ulduzların sayı aşağıdakı kimidir
(şəkil 54, 55):
6.4.1. gömrük xidməti polkovniki, tibb xidməti
polkovniki - 3 ulduz;
6.4.2. gömrük xidməti polkovnik-leytenantı,
tibb xidməti polkovnik-leytenantı - 2 ulduz;
6.4.3. gömrük xidməti mayoru, tibb xidməti
mayoru - 1 ulduz.
6.5. Orta rəis
heyəti üçün poqonlar - üstündə diametri 17
mm olan 8 guşəli ulduzlar (ulduz), uzunluğu 150 mm,
aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni
isə 45 mm olmaqla, yuxarı hissəsi oval şəklindədir.
Qış geyim dəsti üçün poqonlar tünd
göy rəngdə, yay dəsti üçün ağ rəngdədir. Tikilmə
poqonların və köynəyə
taxılıb-çıxarılan poqonların yuxarı hissəsində
sarı metaldan hazırlanmış üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
vardır. Xüsusi rütbədən asılı olaraq
poqonlarda ulduzların sayı aşağıdakı kimidir
(şəkil 56, 57):
6.5.1. gömrük xidməti kapitanı, tibb xidməti
kapitanı - 4 ulduz;
6.5.2. gömrük xidməti baş leytenantı, tibb
xidməti baş leytenantı - 3 ulduz;
6.5.3. gömrük xidməti leytenantı, tibb xidməti
leytenantı - 2 ulduz;
6.5.4. gömrük xidməti kiçik leytenantı,
tibb xidməti kiçik leytenantı - 1 ulduz.
6.6.
Kiçik heyət üçün poqonlar - üstündə
diametri 15 mm olan 8 guşəli ulduzlar, uzunluğu 150 mm,
aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni
isə 45 mm olmaqla, yuxarı hissəsi oval şəklindədir.
Qış geyim dəsti üçün poqonlar tünd
göy rəngdə, yay dəsti üçün ağ rəngdədir. Tikilmə
poqonların və köynəyə
taxılıb-çıxarılan poqonların yuxarı hissəsində
sarı metaldan hazırlanmış üzərində Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan düymə
vardır. Xüsusi rütbədən asılı olaraq
poqonlarda ulduzların sayı aşağıdakı kimidir
(şəkil 58, 59):
6.6.1. gömrük xidməti baş giziri, tibb xidməti
baş giziri - 3 ulduz;
6.6.2. gömrük xidməti giziri, tibb xidməti
giziri - 2 ulduz.
6.7. Qol
nişanı:
6.7.1. ali rəis heyəti üçün dairəvi
şəkillidir, gündəlik geyim forması
üçün mavi rəngli, mərasim geyim dəsti
üçün ağ rəngli parçanın üzərində
gömrük orqanlarının emblemi toxunmuşdur. Qol
nişanının kənarları boyunca qırmızı rəngli
ensiz zolaq toxunmuşdur (şəkil 65, 66);
6.7.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün dairəvi şəkilli
qara parçanın üzərində gömrük orqanlarının
emblemi, kənarları boyunca yaşıl rəngli ensiz zolaq
toxunmuşdur (şəkil 67).
6.8. Yaxa
nişanı:
6.8.1. ali rəis heyəti üçün yaxa
nişanı sünbül şəkildədir. Sarı rəngli
metaldan hazırlanır (şəkil 62);
6.8.2. baş və orta rəis heyəti və
kiçik heyət üçün yaxa nişanı
gömrük orqanlarının emblemi şəklindədir. Tibb xidməti əməkdaşları
üçün yaxa nişanının ortasında tibb xidmətinin
rəmzi olan kuzənin ətrafına dolaşmış ilan,
onun arxasında qılınc, ətraflarında isə
sünbül həkk olunmuşdur. Sarı
rəngli metaldan hazırlanır (şəkil 63, 64).
6.9.
Kokarda:
6.9.1. ali rəis heyəti üçün kokarda
toxunma üsulu ilə hazırlanır. Baş
geyiminin ön hissəsinə vurulur. Kokardanın mərkəzində
Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri,
təsvirin aşağısında, sağ və sol tərəflərində
184 mm xətt boyunca qızılı rəngli sünbül
nişanları vardır (şəkil 60);
6.9.2. baş və orta heyəti və kiçik heyət
üçün metaldan hazırlanır. Baş
geyiminin ön hissəsinə vurulur. Kokardanın
mərkəzində Azərbaycan Respublikasının Dövlət
gerbinin təsviri, təsvirin aşağısında, sağ və
sol tərəflərində 65 mm xətt boyunca
qızılı rəngli sünbül nişanları
vardır (şəkil 61).
6.10. Forma
düymələri - sarı rəngli metaldan hazırlanır.
Ali rəis heyəti üçün düymələrin
üzərində Azərbaycan Respublikasının Dövlət
gerbi həkk olunur. Baş və orta rəis
heyəti və kiçik heyət üçün düymələrin
üzərində gömrük orqanlarının emblemi həkk
olunur (şəkil 69, 70).
6.11.
Qalstuk üçün sıxac - sarı rəngli metaldan
hazırlanır. Ali rəis heyəti
üçün sıxacın üzərində rütbədən
asılı olaraq 1, 2 və 3 ulduz həkk olunur. Baş və orta rəis heyəti və kiçik
heyət üçün sıxacın üzərində
gömrük orqanlarının emblemi həkk olunur (şəkil
71).
Azərbaycan.- 2012.- 12 may.- S. 13.