Ərəb ölkələrində yayımlanan nüfuzlu Əl-Hasad jurnalında Azərbaycana həsr olunmuş məqalə dərc edilmişdir

 

 Londonda nəşr edilən, SuriyaLivan da daxil olmaqla, bir çox ərəb ölkəsində yayımlanan "Əl-Hasad" ("Yekun") ərəbdilli aylıq iqtisadi-siyasi jurnalının 2012-ci ilin may nömrəsində "Azərbaycan investisiyalar üçün bu gün dünyanın ən cəlbedici ölkələrindən biridir" sərlövhəli geniş məqalə dərc olunmuşdur.

Azərbaycanın Suriyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ölkəmizin regionda ticarət, mədəniyyət, elmturizm mərkəzinə çevrildiyi bildirilmiş, respublikamızın iqtisadiyyatının sürətli inkişafını əks etdirən faktlarastatistik rəqəmlərə geniş yer verilmişdir. Azərbaycanın müstəqilliyini bərpa etməsindən qısa müddət keçməsinə baxmayaraq, ölkəmizin dünyanın ən dinamik iqtisadi inkişafa malik dövlətlərindən birinə çevrildiyi xüsusi vurğulanmışdır.

Bildirilmişdir ki, Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməklə ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Son illərin statistik rəqəmləri bu siyasətin uğurla icra edildiyini göstərir. Müəllif qeyri-neft sektorunda isə təqribən 10 faiz inkişafın qeydə alındığını bildirmiş, bunun iqtisadiyyatın düzgün istiqamətdə irəlilədiyinin göstəricisi olduğunu vurğulamışdır.

Prezident İlham Əliyevin fərmanı ilə bu ilin sonunadək qəbul edilməsi nəzərdə tutulan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında növbəti on il ərzində ümumi daxili məhsulun həcminin qeyri-neft sektoru hesabına iki dəfə artırılmasının nəzərdə tutulduğu yazıda xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, investisiyalar üçün cəlbedici dövlətə çevrilən Azərbaycan iqtisadiyyatına təkcə son iki ildə 37 milyard dollar məbləğində  investisiya yatırılmışdır. Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları keçmiş, xarici ticarət tərəfdaşlarının sayı 150-yə çatmış, xarici ticarət dövriyyəsinin həcmi isə ilbəil artmaqdadır. Beynəlxalq reytinq təşkilatlarının Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət rəyləri də bunu təsdiq edir. Ölkənin sürətli iqtisadi inkişafı əhalinin maddi rifah səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur. Yoxsulluq səviyyəsi 2003-2011-ci illərdə 44,7 faizdən 7,6 faizə enmişdir.  Ölkədə işsizlik səviyyəsi isə 5,4 faiz təşkil edir ki, bu da çox aşağı göstəricidir. 

Müəllif ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın üzləşdiyi çətinliklərə diqqəti cəlb edərək bir tərəfdən xalqın müstəqillik uğrunda mübarizə apardığını, digər tərəfdən isə Azərbaycanın erməni işğalına məruz qaldığını vurğulamışdır. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir.

Azərbaycanın belə bir ağır şəraitdə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadisosial sahələrdə inkişafa nail olmasının çoxlarını təəccübləndirdiyinin vurğulandığı məqalədə bu uğur Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş ali dövlətçilik dəyərlərini öz fəaliyyətində əsas götürən Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 may.- S. 15.