Yan Ola Sand: Bakıda hamı gözəl şounun şahidi olacaqdır

 

 Düsseldorfda keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan birincilik qazandıqdan sonra dünyanın diqqəti ölkəmizə yönəlmişdir. Həmin vaxtdan başlayaraq ölkəmizdə, xüsusilə paytaxtımız Bakıda bu möhtəşəm tədbirə müxtəlif istiqamətlərdə hazırlıq işləri aparılır. Yüksək səviyyədə keçiriləcək şouya böyük təcrübəsi olan dünyanın məşhur şirkətləri cəlb olunmuşdur.

 Artıq 57-ci Avropa mahnı yarışmasının keçiriləcəyi möhtəşəm "Baku Crystal Hall"un qitənin 42 ölkəsini təmsil edəcək musiqiçilərin üzünə açacağı ana günlər qalır. Bəs Bakı arenası öz qonaqlarını qəbul etməyə hazırdırmı? "Eurovision" mahnı müsabiqəsinin rəhbəri YAN OLA SANDIN AzərTAc-a müsahibəsində bu digər aktual suallara aydınlıq gətirilir: 

- Keçən il iyun ayının əvvəlindən biz artıq "Eurovision" mahnı müsabiqəsinin hazırlıq işlərinə başlamışıq. Hazırlıq işləri çox yaxşı aparılmışdır. Nəticə göz qabağındadır. Şouda iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinin çıxışlarına uyğun səhnələrin hazırlanması işləri tamamlanmışdır. 

- "Eurovision" mahnı müsabiqəsi sahəsində sizin kifayət qədər təcrübəniz vardır. Sizcə, Azərbaycanın bu möhtəşəm tədbirə hazırlığı özündən əvvəlkilərdən hansı keyfiyyətləri ilə seçilir?

- "Eurovision" mahnı müsabiqəsi hər il müəyyən yenilik dəyişikliklərlə müşayiət olunur. Biz artıq indiyədək olmadığımız yeni bir məkandayıq. Yüksək səviyyəli peşəkarların çalışması nəticəsində işlər yaxşı gedir. Mərkəzi Avropadan çox uzaqda olan Azərbaycanda zəngin Şərq Qərb mədəniyyətlərinin harmoniyası diqqəti cəlb edir. Hazırlıq işlərində reallaşdırılmış şouda əks olunacaq yeniliklərdən biri məhz bununla bağlı olacaqdır. Biz burada olmağımızdan çox məmnunuq.

- Sizin fikrinizcə, Bakı səhnəsi müsabiqə iştirakçılarına tamaşaçılara necə təsir bağışlayacaqdır?

- Bakı səhnəsi çox gözəl olacaqdır. Yeni texniki avadanlıqların qurulduğu səhnə bundan əvvəl keçirilmiş "Eurovision" mahnı müsabiqələrinin səhnələrindən fərqlidir. Bakıda hamı gözəl şounun şahidi olacaqdır. Müsabiqə iştirakçıları bu böyük, hələlik boş olan səhnədə özlərini rahat hiss edəcəklər. Eyni zamanda, tamaşaçılar da Bakı şoularından zövq alacaqlar.

- Şounun keçiriləcəyi "Baku Crystal Hall" analoji müsabiqələrin keçirildiyi əvvəlki məkanlardan ilə fərqlənir?

- Əvvəlcə demək istəyirəm ki, "Baku Crystal Hall" özlüyündə tamamilə bir yenilikdir. Hələ ki, heç kimin daxilində olmadığı bu məkan insanlarda unudulmaz təəssürat yaradacaqdır. Ümumiyyətlə, "Baku Crystal Hall" şoudan sonra da Azərbaycan paytaxtı üçün möhtəşəm konsertlərin, tədbirlərin, sərgilərin keçirilməsi üçün çox gözəl bir yer olacaqdır. Şouların yüksək tələblərinə, ən müasir standartlara  cavab verən bu məkan həmçinin çox gözəl memarlıq üslubuna da malikdir.

- "Eurovision" mahnı müsabiqəsinin rəhbəri kimi "Baku Crystal Hall"da Mətbuat Mərkəzində təhlükəsizlik tədbirləri sizi qane edirmi?

- Təhlükəsizlik məsələləri ilə bağlı yüksək səviyyəli mütəxəssislərlə danışıqlar aparılmışdır. Burada təhlükəsizliyin təmin olunması dünya standartlarına uyğundur. 

- Bakı şousu ilə əlaqədar ölkəmizə gələcək qonaqlara deyərdiniz?

- İlk növbədə, Bakını, Dənizkənarı Milli Parkı, İçərişəhəri, Qız qalasını digər maraqlı yerləri gəzməyi tövsiyə edərdim. Həmçinin burada çox gözəl otellər, restoranlar var, insanları isə qonaqpərvərdirlər. İnanıram ki, qonaqlar burada vaxtlarını  çox mənalı keçirəcəklər.

 

 

Gözəl AĞAYEVA

 

Azərbaycan.- 2012.- 12 may.- S. 16.