Azərbaycanda insan amili bütün məqsədlərin fövqündə dayanır

 

  Prezident İlham Əliyevin respublikanın zəlzələdən zərər çəkmiş bölgəsinə səfəri bunu bir daha təsdiq etdi

 

Məlum olduğu kimi, mayın 7-də səhər saatlarından başlayaraq Zaqatalada yeraltı təkanlər baş verib. Birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində olub, ikinciüçüncü təkan saat 10.38-də və 10.40-da 4,5 və 4,3 bal gücündə qeydə alınıb, dördüncü təkan isə saat 19.15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 7 bal gücündə baş veribdaha ciddi dağıntılar törədib.

Yeraltı təkanlar Zaqatala rayonundan başqa Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunub. Zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonları üzrə  524 ev uçub, 2237 ev qəzalı vəziyyətə düşüb. Həmçinin bu üç rayonda 74 məktəb ciddi zərər çəkib. 48 uşaq bağçası, 2 lisey, 40 inzibati bina, 9 tibb məntəqəsi, 4 məscid uçubya qəzalı vəziyyətə düşüb. Dağıntılar nəticəsində xəsarət alanlar olsa da, xoşbəxtlikdən insan tələfatı baş verməyib.

Təbii fəlakətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri və texnika dərhal zəlzələ zonasına göndərilib. İlkin baxışlar nəticəsində dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsinə, xüsusən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına və dəymiş ziyanın nəticələrinin aradan qaldırılmasına başlanılıb, bu məqsədlə operativ qərargah yaradılıb.

İlk saatlardan zəlzələdən zərər çəkmiş insanlara yardım göstərilməsi, onlar üçün çadırların qurulması və təhlükəsizliklərinin təmin olunması istiqamətində başlanan çevikoperativ tədbirlər göstərdi ki, Azərbaycan dövləti həmişə olduğu kimi öz vətəndaşının yanındadır. Həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün dövlət başçısının tapşırığına əsasən Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Zəlzələ baş verən andan ölkənin bütün aidiyyəti strukturlarının dağıntıların aradan qaldırılması üçün qüvvələrini səfərbər etmələri, mərkəzi icra orqanlarının rəhbər şəxslərinin ərazidə olmaları, insanların müvəqqəti məskunlaşması üçün lazımi şəraitin yaradılması təqdirəlayiqdir.

Zəlzələdən zərər çəkənlərə ən böyük dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəldi. Prezident İlham Əliyevin zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün mayın 9-da ölkəmizin şimal-qərb bölgəsinə səfəri də göstərdi ki, hər bir məsələ dövlət başçısının şəxsən nəzarəti altındadır. Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun GözparaqQax rayonunun Güllük kəndinə  gələn Prezident İlham Əliyev ziyan çəkən evlərə baxdı, sakinlərlə görüşdü, tezliklə dağılmış bütün evlərin yenidən tikiləcəyini dedi. Bu, dövlət başçısının hər bir vətəndaşın, hər bir insanın taleyinə həssaslıqla yanaşmasının, diqqət və qayğısının təcəssümüdür. Zəlzələdən evləri uçmuşstress keçirmiş insanlar üçün dövlət başçısının gəlişindən və onlarla maraqlanmasından böyük təsəlli ola bilməzdi. Onlar bir daha əmin oldular ki, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində tezliklə zəlzələnin nəticələri aradan qaldırılacaq, uçmuş evləri yenidən tikiləcək, mənzil şəraitləri əvvəlkindən də yüksək səviyyədə olacaqdır.

Azərbaycan dövləti iki il əvvəl baş vermiş sel fəlakəti zamanı olduğu kimi zəlzələnin nəticələrini də öz imkanları hesabına aradan qaldıracaq. Zəlzələ ilə bağlı yaradılan qərargahda keçirdiyi müşavirədə Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycan dövləti güclü dövlətdir və bütün təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün bizdə kifayət qədər imkanlar vardır. Hazırda səfərbərlik işləri, demək olar ki, yekunlaşmışdır. Ağır texnika gətirilmişdir, əlavə çadırlar gətirilir. İnsanların müvəqqəti məskunlaşması üçün bütün lazımi tədbirlər görülür. Ancaq o da həqiqətdir ki, çadırlarda yaşamaq çox ağırdır, çətindir. Biz çalışmalıyıq ki, qısa müddət ərzində bu vəziyyətdən şərəflə çıxaq".

Prezident İlham Əliyevin idarəçilik fəaliyyətində diqqəti çəkən üstün məqamlardan biri onun ölkədə baş vermiş ekstremal situasiyalarda çevikdüzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. Bu, bir daha göstərir ki, cənab İlham Əliyev üçün insan amili bütün məqsədlərin fövqündə dayanır. Xatırladaq ki, dövlət başçısı hələ 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmasına çevik reaksiya göstərmiş, dərhal hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar vermişdi. Cənab İlham Əliyev 2005-ci ilin iyun ayında metronun "İçərişəhər" stansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına və yaralananlara zəruri yardımlar edilməsi barədə tapşırıqlar vermişdi. 2007-ci ilin avqustunda Bakının Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində insan tələfatı ilə nəticələnən hündürmərtəbəli binanın uçması hər kəsin yadındadır. Həmin hadisə ilə bağlı həlak olanların yaxınlarına və yaralananlara ən böyük mənəvi dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəldi. Avqustun 29-da Prezident İlham Əliyevin hadisə yerinə gəlməsi, xilasetmə işlərinin sürətləndirilməsi, həlak olanların və yaralıların ailələrinə kömək göstərilməsi barədə yerindəcə tapşırıqlar verməsi dövlət başçısının hər bir vətəndaşın, hər bir insanın taleyinə həssaslıqla yanaşmasının, diqqət və qayğısının təcəssümü idi. Qəzanın səbəblərinin araşdırılması ilə bağlı göstərişlərini verən Prezident elə həmin gün hadisə ilə əlaqədar hökumət komissiyasının yaradılması haqqında sərəncam imzaladı.

İki il əvvəl Sabirabad və Saatlı rayonlarında Kür çayında suyun miqdarının normadan xeyli artması nəticəsində yaranan ciddi problemlər yaxşı yadımızdadır. 20 minə yaxın ev su altında qalmış, 300-dən çox ev uçmuş, 2 min ev qəzalı vəziyyətə düşmüşdü. 50 min hektar əkin və örüş sahələri, bir çox sosial strukturların binaları su altında qalmışdı. Prezident İlham Əliyevin o zaman sel fəlakəti yaşanan rayonlara baş çəkməsi, müşavirə keçirməsi dövlət başçısının yaranmış problemdən zərər çəkən insanlara həssas münasibətinin növbəti nümayişi oldu.  Həyata keçirilən operativ tədbirlər nəticəsində kənardan heç bir kömək olmadan, daxili imkanlar hesabına qısa zamanda çaylarda daşqınların qarşısı alındı. Sonrakı mərhələdə bütün uçmuş evlərin, sosial obyektlərin yerinə təzələri tikildi, yeni yollar salındı.

Bütün bunlar ondan xəbər verir ki, dövlət başçısı hər zaman öz vətəndaşlarının yanındadır və baş verən istənilən ekstremal hadisə zamanı onların üzərindən diqqət və qayğısını əsirgəmir. Bu, ölkəmizin şimal-qərb bölgəsində baş verən və dağıntılara səbəb olan zəlzələdən sonra da təsdiqini tapdı. Prezident İlham Əliyevin zəlzələ baş verən rayonlara səfər etməsi dağıntılardan zərər çəkən vətəndaşları həm mənəvi cəhətdən ovundurdu, həm də onlarda ruh yüksəkliyi yaratdı. Artıq uçmuş evlərin yerində yenilərinin tikintisi ilə bağlı işlər başlamaq üzrədir. Zəlzələdən zərər çəkmiş vətəndaşlar Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq ən qısa zamanda yeni tikiləcək evlərdə yaşayacaqlar. Azərbaycan dövləti özünün daxili imkanları hesabına bu problemi də tezliklə uğurla yoluna qoyacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 13 may.- S. 1.