“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 11, maddə 387, ¹ 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 226; 2001, ¹ 11, maddə 683; 2002, ¹ 8, maddə 463; 2004, ¹ 2, maddə 57, ¹ 5, maddə 321, ¹ 8, maddə 598; 2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 464; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 11, maddələr 1049, 1053; 2010, ¹ 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə bu qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.".
2. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 2. Siyasi partiyalar haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Siyasi
partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu qanundan və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.".
3. 3-cü maddəyə
aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
"Siyasi
partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan
Respublikasının Konstitusiyasında, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarında təsbit
olunmuş əsas insan və vətəndaş hüquq və
azadlıqlarının məhdudlaşdırılmasına
yönələ bilməz.".
4. 4-cü maddədə:
4.1. birinci hissənin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
"Dövlət
və yerli özünüidarəetmə orqanlarında siyasi
partiyaların təşkilatlarının yerləşdirilməsinə
yol verilmir.";
4.2. ikinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Siyasi
partiyaya üzvlük peşə, irqi, cinsi, etnik və dini əlamətlərə
görə məhdudlaşdırıla bilməz.";
4.3. dördüncü hissə
aşağıdakı redaksiyada verilsin:
"Məqsədi
və ya fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiya quruluşunu və dünyəvi xarakterini
zorakılıqla dəyişdirməyə, ərazi
bütövlüyünü pozmağa, müharibəni,
zorakılığı və qəddarlığı təbliğ
etməyə, irqi, milli və dini ədavəti
qızışdırmağa yönəlmiş siyasi
partiyaların yaradılmasına və fəaliyyətinə
yol verilmir.".
5. 5-ci
maddədə:
5.1. dördüncü abzas aşağıdakı
redaksiyada verilsin:
"vətəndaşlar arasında siyasi maarifləndirmə
işi aparmaq;";
5.2. beşinci və altıncı abzaslar yeddinci və
səkkizinci abzaslar hesab edilsin və
aşağıdakı məzmunda beşinci və
altıncı abzaslar əlavə edilsin:
"seçkili dövlət və yerli
özünüidarəetmə orqanlarına namizədlər
irəli sürmək;
siyasi
partiyanın ictimai məsələlər ilə bağlı
rəylərini dövlət və yerli özünüidarəetmə
orqanlarına çatdırmaq;".
6.
Aşağıdakı məzmunda 5-1-ci maddə əlavə
edilsin:
"Maddə 5-1. Siyasi partiyanın təsis edilməsi
5-1.1. Siyasi partiya təsis qurultayının keçirilməsi,
həmin qurultayda siyasi partiyanın nizamnaməsinin və
proqramının qəbul olunması, rəhbər və nəzarət-təftiş
orqanlarının formalaşdırılması yolu ilə təsis
edilir.
5-1.2. Siyasi partiyanın təsis qurultayının
hazırlanması, çağırılması və
keçirilməsi siyasi partiyanın təşəbbüsçülərinin
yaratdığı təşkilat komitəsi tərəfindən
həyata keçirilir.
5-1.3. Siyasi partiyanın təsis qurultayının
keçiriləcəyi yer və tarix barədə məlumat təşkilat
komitəsi tərəfindən kütləvi informasiya vasitələrində
dərc etdirilir.
5-1.4. Siyasi partiyanın təsis qurultayının
keçirilməsi ilə təşkilat komitəsinin fəaliyyətinə
xitam verilir.
5-1.5. Təşkilat komitəsinin sərəncamında
olan əmlak və pul vəsaiti yaradılmış siyasi
partiyanın sərəncamına keçir.
5-1.6.
Siyasi partiyanın təsis olunduğu gündən bir ay
müddətində "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, partiya üzvlərinin
sayını təsdiqləyən sənəd əlavə
edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına
alınması üçün müraciət olunur.".
7.
6-cı maddənin ikinci hissəsində:
7.1. ikinci abzasda "adı," sözündən
sonra "adının qısaldılmış
forması," sözləri əlavə edilsin;
7.2. yeddinci abzas aşağıdakı redaksiyada
verilsin:
"ərazi təşkilatları ilə
qarşılıqlı münasibətləri;";
7.3. səkkizinci abzasda "səlahiyyəti və
təşkili qaydası" sözləri "təşkili
qaydası və səlahiyyətləri" sözləri ilə
əvəz edilsin;
7.4. doqquzuncu abzasda "qərarların"
sözündən sonra ", o cümlədən siyasi
partiyanın ləğvi barədə qərarın"
sözləri əlavə edilsin;
7.5. on
birinci-on üçüncü abzaslar on dördüncü-on
altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda
on birinci-on üçüncü abzaslar əlavə edilsin:
"Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Prezidentinin və yerli özünüidarəetmə
orqanlarının seçkiləri zamanı siyasi partiyadan
nümayəndələrin irəli sürülməsi
qaydası;
siyasi
partiyanın orqanlarında iradənin ifadə olunması
qaydası;
siyasi
partiyanın üzvlərinin siyasi partiyanın rəhbər
orqanlarının qərarlarından şikayət etmək qaydası;".
8.
Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə
edilsin:
"Maddə 6-1. Siyasi partiyanın proqramı
6-1.1. Siyasi partiya məqsəd və vəzifələrini,
fəaliyyət prinsiplərini və metodlarını əks
etdirən proqrama malik olmalıdır.
6-1.2.
Siyasi partiya dövlət qeydiyyatına alınan zaman
proqramını və sonradan həmin proqrama edilən hər
hansı dəyişikliyi müvafiq icra hakimiyyəti
orqanına məlumat üçün təqdim edir.".
9. 7-ci
maddədə:
9.1. adında və birinci hissədə
"Partiyanın" sözü "Siyasi partiyanın"
sözləri ilə əvəz edilsin;
9.2.
birinci hissədə "şəkli" sözü
"forması" sözü ilə, "qeydə"
sözü "dövlət qeydiyyatına" sözləri
ilə əvəz edilsin;
9.3. ikinci hissə aşağıdakı redaksiyada
verilsin:
"Siyasi
partiyanın adına edilmiş dəyişiklik "Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq dövlət qeydiyyatına alınır.".
10. 8-ci
maddədə:
10.1. birinci və ikinci hissələr
aşağıdakı redaksiyada verilsin:
"Siyasi
partiyanın nizamnaməsini və proqramını qəbul
etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət
qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları
siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin
qeydiyyatı aparılır.
Heç
kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun
üzvlüyündə qalmağa məcbur edilə bilməz.";
10.2. üçüncü hissədə
"feldyeger rabitəsi" sözlərindən sonra ",
fövqəladə hallar, miqrasiya" sözləri əlavə
edilsin.
11. 9-cu
maddədə:
11.1.
birinci hissədə "şəxsiyyətin hüquq və
azadlıqlarına dair Azərbaycan Respublikasının təsdiq
etdiyi beynəlxalq hüquqi aktlara" sözləri "tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə"
sözləri ilə əvəz edilsin;
11.2. ikinci və üçüncü hissələr
üçüncü və dördüncü hissələr
hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə
əlavə edilsin:
"Siyasi
partiyanın üzvləri onun rəhbər orqanlarına
seçilmək və seçmək, siyasi partiyanın və
onun rəhbər orqanlarının fəaliyyəti haqqında
məlumat almaq, siyasi partiyanın nizamnaməsində nəzərdə
tutulmuş qaydada rəhbər orqanların qərarlarından
şikayət etmək və siyasi partiyanın nizamnaməsində
nəzərdə tutulmuş digər hüquqlara malikdirlər.";
11.3. üçüncü hissənin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
"Vətəndaşın
siyasi partiyanın fəaliyyətində iştirakı, bu
qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, onun hüquqlarının məhdudlaşdırılmasına
və qanunla müəyyən edilmiş vəzifələrinin
icrasından imtinaya əsas ola bilməz.".
12. 10-cu
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 10. Siyasi partiyanın orqanları
10.1.
Siyasi partiyanın ali rəhbər
orqanı siyasi partiyanın beş ildə bir dəfədən
az olmayaraq keçirilən qurultayıdır.
10.2.
Siyasi partiyanın qurultayı siyasi partiyanın kollegial
orqanlarını formalaşdırır.
10.3.
Siyasi partiyanın digər rəhbər orqanları, rəhbər
orqanlarının təşkili qaydaları və səlahiyyətləri
siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir.".
13. 11-ci
maddədə "ictimai (qeyri-hökumət) birliklərə"
sözləri "qeyri-hökumət təşkilatlarına"
sözləri ilə əvəz edilsin.
14. 12-ci
maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 12. Siyasi partiyanın hüquqları
12.1.
Siyasi partiya aşağıdakı hüquqlara malikdir:
12.1.1. məqsədləri və fəaliyyəti barədə
məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini
və proqramlarını təbliğ etmək;
12.1.2. könüllülük əsasında birləşib
siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq;
12.1.3. Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Prezidentinin və yerli özünüidarəetmə
orqanlarının seçkilərində, habelə ümumxalq
səsverməsi - referendumlarda iştirak etmək;
12.1.4. dövlət orqanları tərəfindən
normativ hüquqi aktların layihələrinin
hazırlanmasına dair təkliflər vermək;
12.1.5.
"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq kütləvi
informasiya vasitələri təsis etmək;
12.1.6.
"Sərbəst toplaşmaq azadlığı
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq mitinq, nümayiş, yürüş, piket və
yığıncaq keçirmək;
12.1.7. bu qanuna uyğun olaraq ianələr qəbul etmək;
12.1.8. rəmz kimi emblemlərə, bayraqlara,
vımpellərə və nişanlara malik olmaq.
12.2.
Siyasi partiyanın rəmzləri bu qanunun 4-cü maddəsinin
dördüncü hissəsində göstərilmiş məqsədlərin
təbliğinə xidmət etməməlidir.".
15.
Aşağıdakı məzmunda 12-1-ci maddə əlavə
edilsin:
"Maddə 12-1. Siyasi partiyanın vəzifələri
12-1.1.
Siyasi partiyanın aşağıdakı vəzifələri
vardır:
12-1.1.1.
Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, digər hüquqi aktlara və öz nizamnaməsinə
riayət etmək;
12-1.1.2. hər
il maliyyə hesabatını müvafiq icra
hakimiyyəti orqanına təqdim etmək;
12-1.1.3.
siyasi partiyanın hüquqi ünvanı və əlaqə
telefonları dəyişdikdə, bu barədə məlumatları
müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
12-1.1.4. dövlət orqanlarının və vəzifəli
şəxslərin fəaliyyətinə müdaxilə etməmək.
12-1.2.
Siyasi partiyanın rəhbər orqanlarının qərargahı
Azərbaycan Respublikasının ərazisində yerləşməlidir.".
16.
13-cü maddədə:
16.1. birinci hissədən "nizamnamə"
sözü və ", bu məqsədlə dövlət
mühafizə xidmətinin yaradılmasına və onun təchizatının
təşkil edilməsinə" sözləri
çıxarılsın;
16.2. ikinci hissə üçüncü hissə hesab
edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə
edilsin:
"Dövlət
bu qanunun 17-1-ci maddəsinə uyğun olaraq dövlət
büdcəsindən vəsaitin ayrılması yolu ilə
siyasi partiyalara maliyyə yardımı göstərir.".
17.
14-cü maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"14.1. Siyasi partiya "Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dövlət qeydiyyatına alınır.
14.2.
Dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət
qeydiyyatına alınmış siyasi partiya kimi
çıxış edə və ya fəaliyyət göstərə
bilməz.".
18. 15-ci
maddə çıxarılsın.
19.
16-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 16. Siyasi partiyanın ləğv edilməsi və ya fəaliyyətinin
dayandırılması
16.1.
Siyasi partiya siyasi partiyanın qurultayının siyasi
partiyanın ləğvi barədə qərarı və ya məhkəmənin
qərarı əsasında ləğv edilir.
16.2.
Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın
qurultayının qərarı siyasi partiyanın nizamnaməsində
nəzərdə tutulmuş qaydada qəbul edilir.
16.3.
Siyasi partiya Azərbaycan Respublikasının qanunlarının
tələblərini pozduqda müvafiq icra hakimiyyəti
orqanı tərəfindən siyasi partiyaya əsaslandırılmış
yazılı xəbərdarlıq edilir.
16.4.
Müvafiq icra hakimiyyəti orqanı siyasi partiyanın qanunla
müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi
barədə aşağıdakı hallarda məhkəməyə
müraciət edir:
16.4.1. siyasi partiya bu qanunun 4-cü maddəsinin
dördüncü hissəsində nəzərdə
tutulmuş hərəkətlərə yol verdikdə;
16.4.2. bu qanunun 16.3-cü maddəsində nəzərdə
tutulmuş xəbərdarlıqda göstərilmiş hallar
siyasi partiya tərəfindən aradan qaldırılmadıqda.
16.5.
Siyasi partiyanın ləğvi barədə məhkəmə
qərarı müvafiq icra hakimiyyəti orqanının ərizəsi
əsasında Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir.
16.6.
Siyasi partiya ləğv edildikdə onun kreditorlarının tələbləri
Azərbaycan Respublikasının Mülki Məcəlləsində
müəyyən olunmuş qaydada ödənilir.
16.7. Ləğv
edilmiş siyasi partiyanın adından çıxış
etmək və ya fəaliyyət göstərmək, yaxud onun
fəaliyyətinin qanunsuz təşkilində və ya
işində iştirak etmək qadağandır.".
20. 17-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"17.1. Siyasi partiyaların fəaliyyəti bu qanuna
uyğun olaraq dövlət büdcəsindən ayırmalar və
əldə etdikləri digər vəsaitlər hesabına
maliyyələşdirilir.
17.2.
Siyasi partiyaların aşağıdakılar tərəfindən
maliyyələşdirilməsi, o cümlədən
aşağıdakılardan ianələr qəbul etməsi
qadağandır:
17.2.1. bu qanunun 17-1-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, dövlət orqanları və
digər dövlət qurumları;
17.2.2. bələdiyyə orqanları və onların
tabeliyində olan qurumlar;
17.2.3. xarici dövlətlər və xarici hüquqi
şəxslər;
17.2.4. əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər;
17.2.5. yetkinlik yaşına çatmamış şəxslər;
17.2.6. soyadını, adını, atasının
adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz
edən sənədinin seriyasını və nömrəsini
göstərməyən fiziki şəxslər;
17.2.7. hərbi hissələr;
17.2.8. ictimai birliklər və fondlar, dini qurumlar;
17.2.9. hüquqi şəxslər.".
21.
Aşağıdakı məzmunda 17-1-ci maddə əlavə
edilsin:
"Maddə 17-1. Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin
ayrılması
17-1.1.
Siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi
üçün hər il dövlət
büdcəsindən vəsait ayrılır. Həmin
vəsait dövlət büdcəsində ayrıca sətirlə
göstərilir.
17-1.2.
Dövlət büdcəsindən ayrılmış vəsaitin
10 faizi irəli sürdüyü namizədlər Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş son
seçkilərdə etibarlı səslərin azı 3 faizini
qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində
təmsil olunmayan siyasi partiyalar
arasında qazanılmış səslərin sayına
proporsional olaraq bölünür. Vəsaitin 40
faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil
olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə
seçilmiş deputatlarının sayına proporsional olaraq
bölünür.
17-1.3. Siyasi partiyalar Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş son seçkilərdə
siyasi partiyalar bloku tərkibində iştirak etdikdə,
dövlət büdcəsindən ayrılan vəsait bu qanunun
17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada hər
bir siyasi partiyaya ayrıca verilir.
17-1.4. Bu qanunun 17-1.1-ci maddəsinə uyğun olaraq
dövlət büdcəsindən ayrılan vəsait
müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu
qanunun 17-1.2-ci və 17-1.3-cü maddələrinin tələbləri
nəzərə alınmaqla, rüblər üzrə bərabər
hissələrlə siyasi partiyanın bank hesabına
köçürülür.
17-1.5. Siyasi partiyalar dövlət büdcəsindən
ayrılan vəsaitdən imtina etdikdə həmin vəsait
dövlət büdcəsinə qaytarılır.
17-1.6.
"Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq illik maliyyə
hesabatını təqdim etməyən siyasi partiyalar qanunla
müəyyən edilmiş məsuliyyətə cəlb
edilirlər.".
22. 18-ci
maddədə:
22.1. maddənin adında "mədaxili və məxarici"
sözləri "gəlir və xərcləri" sözləri
ilə əvəz edilsin;
22.2.
birinci hissənin birinci cümləsində "mədaxilidir"
sözü "gəliridir" sözü ilə, ikinci
cümləsində "mədaxil" sözü "gəlir"
sözü ilə əvəz edilsin;
22.3. ikinci hissədə:
22.3.1. birinci abzasda "mədaxili" sözü
"gəlirləri" sözü ilə əvəz edilsin;
22.3.2. səkkizinci abzas on birinci abzas hesab edilsin və
aşağıdakı məzmunda səkkizinci-onuncu abzaslar əlavə
edilsin:
"dövlət büdcəsindən ayrılan vəsait;
borcun və
ya kreditin alınmasından əldə edilmiş məbləğ;
hüquq
varisliyi və ya vərəsəlik yolu ilə əldə
edilmiş əmlak;";
22.4. üçüncü hissədə:
22.4.1. birinci abzasda "məxaric" sözü
"siyasi partiyanın xərcləri" sözləri ilə
əvəz edilsin;
22.4.2. ikinci abzasda "çəkilən xərclər"
sözləri "sərf olunan vəsait" sözləri ilə
əvəz edilsin;
22.4.3. üçüncü abzasda "idarələrinin
işinə və informasiyaya" sözləri
"saxlanmasına və informasiya təminatına"
sözləri ilə əvəz edilsin;
22.5. dördüncü hissə
çıxarılsın.
23. 19-cu
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"19.1. Siyasi partiyaların ianələr qəbul etmək
hüququ vardır.
19.2.
Siyasi partiyalar qəbul etdiyi və ya vəd edilən ianə
müqabilində, ianə verən şəxsə və ya hər
hansı digər şəxsə birbaşa yaxud dolayı yolla
maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt
verə, belə təkliflə çıxış edə və
ya belə vəd verə bilməz.
19.3.
Siyasi partiyaya ianə verən şəxs verdiyi və verəcəyi
ianə müqabilində özü və ya
üçüncü şəxslər üçün
birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər
hansı imtiyaz və ya güzəşt tələb edə və
ya qəbul edə bilməz, belə təklifə və ya vədə
razılıq verə bilməz.
19.4.
İanə edilən pul vəsaitləri siyasi partiyanın bank
hesabına köçürmə yolu ilə qəbul edilir.
19.5.
Naturada təqdim edilmiş ianələrin dəyəri bazar
qiyməti ilə müəyyən edilir.
19.6.
Siyasi partiyaların qəbul etdiyi ianələrin məbləği
və ianəni vermiş şəxslər barədə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş məlumatlar maliyyə
hesabatına daxil edilir.".
24. 20-ci
maddənin adında və mətnində ismin müvafiq
hallarında "Partiyalar" sözü ismin müvafiq
hallarında "Siyasi partiyalar" sözləri ilə əvəz
edilsin, dördüncü hissədə "partiyalar"
sözündən əvvəl "siyasi" sözü əlavə edilsin.
25. 21-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"21.1. Siyasi partiyalar "Mühasibat uçotu
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə
hesabatlarını tərtib edirlər.
21.2.
Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları
hər il aprel ayının 1-dən gec
olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
21.3.
Üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin
sayı maliyyə hesabatında qeyd edilir.
21.4.
Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu
və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
21.5.
Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi
ilə birlikdə kütləvi informasiya vasitələrində
dərc etdirirlər.".
26.
Aşağıdakı məzmunda 22-ci maddə əlavə edilsin:
"Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun
tələblərini pozan şəxslər qanuna uyğun
olaraq məsuliyyətə cəlb olunurlar.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 13 may.- S. 2.