“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. üç ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli
Qanununa uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi nəqliyyat
vasitəsi istifadəçisinin Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 410-1.6-cı maddəsində
nəzərdə tutulmuş vəsatəti internet vasitəsilə
göndərməsi, habelə yaşayış yerini
(ünvanı) və ya əlaqə vasitələrini (telefon, elektron
ünvan və s.) dəyişdikdə bu barədə əlavə
məlumat verməsi üçün müraciət edəcəyi
elektron ünvanları bir ay müddətində müəyyən
etsin və bu barədə məlumatın nazirliyin rəsmi
internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin
etsin.
4.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8,
III kitab, maddə 612; 2001, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹
12, maddə 755; 2002, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275,
¹ 8, maddələr 478, 484, 486; 2003, ¹ 6, maddə 299, ¹ 8, maddə
434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582;
2004, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4,
maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346,
¹ 8,
maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005,
¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə
702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006,
¹ 2,
maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə
590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹
11, maddələr 942, 945; 2007, ¹ 1, maddə 11, ¹ 2, maddə 87,
¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹
11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008, ¹ 1, maddə
7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617,
¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddələr
969, 971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹ 3, maddə
163, ¹ 4, maddə 226, ¹ 5, maddə 330, ¹ 7, maddələr 532,
535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹
12, maddələr 979, 993; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr
180, 189, ¹ 5, maddə 393, ¹ 7, maddələr 606, 607, 610, ¹ 8, maddələr
721, 725, ¹ 10, maddələr 847, 854, ¹ 11, maddə 972; 2011, ¹ 3,
maddələr 174, 175, ¹ 6, maddələr 490, 511, 513, ¹ 10, maddə
895, ¹ 12, maddələr 1117, 1129; 2012, ¹ 1, maddə 7, ¹ 2, maddə
64; Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli
598 nömrəli və 9 aprel tarixli 605 nömrəli fərmanları)
aşağıdakı dəyişikliklər edilsin:
4.1.
2.8-ci bənddə "407.2-407.3-cü" sözləri
"407.2-407.3-1-ci" sözləri ilə əvəz edilsin,
"408-ci," sözündən sonra "410-1.2-ci maddəsinin
birinci cümləsində, 410-1.5-ci maddəsinin ikinci cümləsində,"
sözləri əlavə edilsin;
4.2.
2.9-cu bənddə "349-cu, 351-ci, 356.1-ci və 358.1-ci"
sözləri "314-1.1-ci, 314-1.2-ci, 349-cu, 351-ci, 356.1-ci,
358.1-ci, 370-1.3-cü və 370-3.3-cü" sözləri ilə
əvəz edilsin;
4.3.
2.43-cü bənddə "maddəsində" sözündən
sonra "və 410-1.2-ci maddəsinin ikinci cümləsində"
sözləri əlavə edilsin;
4.4.
3.3-cü bənddə "151.1-151.4-cü," sözlərindən
sonra "151-1-ci, 151-2-ci," sözləri,
"156-158-ci," sözlərindən sonra "158-1-ci,"
sözü əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2012-ci il
Azərbaycan.- 2012.- 13 may.- S. 4.