“Baku Crystal Hall”da
“Eurovision-2012” mahnı müsabiqəsinin
birinci yarımfinalı
keçirilmişdir
Azərbaycanın
ev sahibliyi
etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin
birinci yarımfinalı
keçirilmişdir.
AzərTAc xəbər verir
ki, mayın 22-də yerli vaxtla gecə
saat 00.00-da birinci yarımfinalın iştirakçısı
olan 18 ölkənin -
Monteneqro, İslandiya,
Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika,
Finlandiya, İsrail,
San Marino, Kipr, Danimarka,
Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyanın təmsilçiləri
bir-birinin ardınca
"Baku Crystal Hall"un səhnəsinə
çıxmışlar.
Birinci yarımfinalın nəticələrinə
əsasən, 10 ölkənin
təmsilçisi "Eurovision-2012" mahnı müsabiqəsinin
mayın 26-da "Baku Crystal Hall"da keçiriləcək
final şousuna vəsiqə
qazanmışdır.
"Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı mayın
24-də keçiriləcəkdir. Həmin gün "Baku Crystal Hall"un səhnəsinə çıxacaq daha 18 ölkə təmsilçisindən 10-u
final şousunda iştirak etmək hüququ
qazanacaqdır.
Azərbaycan.- 2012.- 23 may.- S. 4.