Əfsanələr və həqiqətlər məkanı

 

 Hələ qədim dövrlərdən hər bir dövlət və xalqın milli-mənəvi varlığının, özünəməxsusluğunun rəmzi təcəssümünə çevrilmiş paytaxt şəhərləri yalnız inzibati mərkəz statusu daşımamışlar. Tarixiliyin, millilikmüasirliyin ən mütərəqqi cizgilərini zəngin görünüşündə yaşadan meqopolislər xalqların qədim qüruriftixar yeri sayılmışdır. Bu gün də hər bir xalq öz dövlətinin paytaxtını qəlbən sevir, göz bəbəyi kimi qoruyur, onun millimüasir memarlıq üslubunda  qurulmasına, yeniləşməsinə, müasirləşməsinə, gözəgəlimli olmasına çalışır. Qədim tarixə, zəngin ənənə və dəyərlərə malik Azərbaycan xalqı da Xəzərin sahilində böyük amfiteatrı xatırladan əzəmətli paytaxtına - Bakı şəhərinə məhz bu cür ülvi hisslərlə yanaşmışdır. "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində paytaxtımıza gələn turistlər də bu əsrarəngiz gözəlliyin  canlı şahidi kimi danışır və heyranlıqlarını gizlətmirlər.

Bu möhtəşəm tədbir ərəfəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna da çoxsaylı turist axını başlayıb. Əcnəbi turistlər qədim Bakının diqqətəlayiq  yerlərini gəzir, qərb və şərq sivilizasiyalarının qovuşduğu  paytaxtımızla yaxından tanış olmaq imkanı  əldə edirlər. Məlumat üçün qeyd edək ki, 2011-ci il may ayının 19-da Prezident İlham Əliyevin "Eurovision-2012"nin Bakıda keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamla yaradılan Təşkilat Komitəsi tərəfindən İçərişəhərdə bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi, o cümlədən sərgilərin və xalq tətbiqi sənət nümunələrinin, eləcə də suvenirlərin satışı şəbəkəsinin təşkili, turizm xidməti sahələri obyektlərinin böyüdülməsi barədə qərar qəbul edilib. Bu məqsədlər üçün Qoşa Qala qapıları qarşısında ənənəvi "Meydan bazarı" təşkil olunub. Bura ölkənin bütün regionlarından xalq sənətkarları dəvət edilib. Milli geyim, bəzək və zinət əşyalarının hazırlanması prosesi turistlərə və  paytaxtın digər qonaqlarına elə buradaca əyani şəkildə nümayiş olunur.

Həmsöhbət olduğumuz turistlər müxtəlif xalqların nümayəndələridirlər. Fikirləri maraqlı və rəngarəng olsa da, eyni məzmun daşıyır: "Azərbaycan çox qısa müddət ərzində inanılmaz dərəcədə inkişaf edib, Bakı gözəlliklər məskəninə  çevrilib. Bura azad, müstəqil bir dövlətdir. Ölkənizdə yaşamaq da gözəldir, bura qonaq gəlmək də. Bakı gecələrini daha da gözəlləşdirən möhtəşəm "alovdilli" binalardan isə dünyanın heç bir paytaxtında yoxdur. Azərbaycana ancaq qələbə yaraşır və o, buna bütün sahələrdə nail olmağa qadirdir".

 

Nataliya Kiselyova,

"Kanal Rossiya"nın  müxbiri:

 

- Jurnalistlərin peşəsinədən irəli gələn məsələdir ki, hər kiçik detal, fakt belə diqqətindən yayınmır. Biz buna  çalışırıq. Amma faktlar kiçik olmadıqları üçün gözə tez çarpır. Azərbaycan dünyanın sürətlə inkişaf edən qısa müddət ərzində Cənubi Qafqazı nəinki keçmiş SSRİ məkanında, hətta Avropa dünya arenasında tanıdan müstəqil, azad bir ölkədir. İlk dəfədir ki, Bakının bu möhtəşəmliyinin, əsrarəngiz gecələrinin şahidiyəm. Bu ecazkarlığı canlı izləyir, gəzir gözlərimlə görür, fotoaparatın yaddaşına köçürürəm. İki gündür ki, burada çoxlu dostlar qazanmışam. İnsanlarınız çox mehribandır. Azərbaycan dövləti, onun qonaqpərvər xalqı çoxsaylı dostlar qazanıb. Təkcə bu gün deyil, Azərbaycan xalqı tarixən qonaqpərvər dostcanlı olub. Xalqlarımız 70 il ərzində vahid  dövlət hüdudları çərçivəsində yaşayıb, dost qardaşa çevriliblər. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər saysızdır. Onların bariz nümunələrindən biri paytaxt Bakının bu günlərdə Avropanın mədəniyyət mərkəzlərindən birinə çevrilməsidir. Respublikanızın ötən il "Eurovision" mahnı yarışmasında  layiq olduğu birincilik təkcə mədəniyyətinizin Avropa standartları səviyyəsində olması deyil, həmçinin  ümumi inkişafın göstəricisi idi. Həmin qalibiyyətin növbəti səhifəsini yaşayan yazan Azərbaycan xalqının bu uğurlara imza atması təbiidir. Çünki dövlətinizin apardığı siyasət çox uğurludur...

 

Vladimir Parkin,

Cənubi Koreyadan gəlmiş turist qrupunun rəhbəri:

 

- Bakının belə bayram əhval-ruhiyyədə olması bizi sevindirir. Turist qrupumuzun üzvləri, gördüyünüz kimi, təqaüdçülərdən ibarətdir. Onlardan bəziləri əvvəllər burada olublar, amma bugünkü inkişaf onları heyran edir. Qrupumuz dünyanı dolaşır. Hər il bir neçə ölkədə oluruq. Doğrusu, Azərbaycanı əfsanələrdə belə təsəvvür etmək olardı. Bakı inanılmaz dərəcədə dəyişib. Bu gözəlliklər Azərbaycan xalqına məxsusdur, demək, onlar buna layiqdir. İçərişəhər əsrlərin nəsillərin yadigarıdır. Burada sivilizasiyalar qovuşur. Gözlərimizlə gördüyümüz  inkişaf müasirliklə yanaşı, hiss etdiyimiz mədəni, mənəvi keyfiyyətlər bizim üçün maraqlıdır. Addımbaşına zənginliklə qarşılaşırsan. Qaldı ki, Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsinə, bu  xalqa təkcə mədəniyyətdə yox, bütün sahələrdə qalibiyyət yaraşır. Biz Azərbaycanın bu yarışmada da birinci yerə layiq olduğunu görür hiss edirik. Belə möhtəşəm tədbirə ev sahibliyi etmək şərəfli məsuliyyətlidir. Bəri başdan demək olar ki, sizin öz musiqiniz dünya şöhrətlidir. Xalq musiqilərinin yarışması keçirilsəydi, birincilik sizə məxsus olardı. Bunu Bakıda olduğumuz üçün söyləmirik. Budəfəki mahnı müsabiqəsində Azərbaycandan birincilik gözləyirik.

 

 Paul Cottıngham,

ingiltərəli bəstəkar:

 

- Bura Türkiyədən gəlmişəm. Mənə elə gəlir ki, turistlərin Bakıya bu cür axını bir neçə amillə bağlıdır. Paytaxt Bakıda turistlər yerli əhali ilə qaynayıb-qarışıb. Hər ölkədə belə deyil. "Eurovision-2012" mahnı müsabiqəsinə, digər ölkə xalqlardan fərqli olaraq, Azərbaycanda  yaşlı nəslin marağı böyükdür. Bu, xalqın mədəniyyətinin zənginliyindən irəli gələn keyfiyyətlərdəndir. Burada Azərbaycanın xalq bəstəkar mahnılarını əcnəbilərin ifasında eşitməkdən məmnun oldum. Azərbaycan dili zəngindir. Ona görə mahnılarınız əcnəbilərin dilinə ruhuna yatır. "Sarı gəlin" mahnısını Milli Parkdakı konsertdə ifa edən böyük britaniyalı müğənni qız sanki azərbaycanlıdır. Eləcə azərbaycanlı ifaçıların əcnəbi mahnılarını səlis, rəvan oxumaları onların digər xalqların mədəniyyətinə, incəsənətinə böyük maraq məhəbbətindən irəli gəlir.

Bakı dünyadakı məşhur şəhərlərin libasına bürünüb. İnsanları qonağa qarşı mehriban istiqanlıdırlar. Bakını bir qədər İstanbula bənzətdim. Bəlkə bu,  Türkiyə ilə Azərbaycana olan sevgimin paralel olmasındandır. Azərbaycanın qısa müddət ərzində təkcə Avropanı deyil, dünyanı fəth etməyə qadir ölkə olduğunun şahidiyəm.

 

Ton Vatts,

ingiltərəli turist:

 

- Bura gələndə Azərbaycan dilində bir kəlmə də bilmirdim. İki gündür ki, türk  dostlarım mənə təkcə tərcüməçilik etməyib, həm də müəllimim olub. İndi artıq deyə bilirəm: "Salam, Azərbaycan"! Bir  həftə Azərbaycanda olacağam. Gəzməli və görməli  yerləri ilə tanış olmaq istəyirəm. Hər bir xalqın milli mədəniyyəti onun bəzi xalq sənəti nümunələrində öz əksini tapır. İçərişəhərdə gördüyümüz belə nümunələr təkcə zərif olduqları üçün deyil, həm də həddən artıq milliliyinə görə adamı heyran qoyur. Təbii ki, geri dönəndə milli papaq alacağam.

Mahnı yarışmasına gəlincə, Azərbaycan onsuz da bu müsabiqənin qalibidir, çünki ev sahibliyi statusundadır. Bu günlər bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Bu tədbirlə Azərbaycan bir daha özünü nəinki Avropaya, əslində, dünyaya təqdim edir. Ona görə də mən qalib kimi Azərbaycanı görürəm. Axı, belə  hallar əvvəllər də çox olub: bir neçə dəfə "Eurovision"un qalibi olan  xalqlar tanıyırıq.

 

Valeriya Volfram,

finlandiyalı turist:

 

- Bakıda, ümumiyyətlə, Azərbaycanda indiyə kimi olmamışdım. Buna, doğrusu, indi təəssüflənirəm. Belə gözəl məkanı var dünyanın. Təbiəti çox gözəldir. İnsanlarını mehriban, gülərüz, istiqanlı və işgüzar görürəm. Azadlıqsevər xalqdır azərbaycanlılar. Burada azərbaycanlılarla bərabər, digər xalqların  nümayəndələri də yaşayırlar. Həm də onların arasındakı dostluq və mehribanlıq diqqətçəkəndir. Bu, əsl tolerantlığın bariz nümunəsidir. Paytaxtın Şəhidlər və Fəxri xiyabanlarında olduq. Hər ikisini ziyarət edərkən bir daha yəqinləşdirdik ki, bu xalq müstəqilliyi uğrunda canından keçdiyi kimi,  qurbanlar hesabına qurduğu azadsuveren dövləti qoruyub saxlamağı və inkişaf etdirməyi də bacarır. Azərbaycanla tanışlıq bir həfətəlik mümkün deyil. Bundan sonra bu yerləri və onun insanlarını görmək arzusunda olanların sayı birə-min artacaq. Turizm üçün füsunkar təbiətiniz, təmiz havanız, zəngin fauna və floranız var. Bunlar isə inkişaf üçün mühüm şərtlərdir.

 

 Hadi Tinoti,

qambiyalı  tələbə:

 

- İçərişəhəri gəzərkən sanki əsrlərin o başına gedirsən. Bu qədim Şərq memarlıq abidəsinin iki addımlığındakı Qız qalası isə əfsanələri və rəvayətləri  yada salır. Axşamlar Qız qalasının füsunkarlığı daha da gözoxşayan olur. Belə şəhəri və milləti  kim  sevməz ki?! Mən insanlarınız və ölkəniz haqqında xeyli zəngin məlumat topladım. Bu beynəlxalq mədəniyyət tədbirinin siyasi, iqtisadi əhəmiyyətləri də var. Eləcə də  dünya xalqları bir-birinin mədəniyyəti və məişəti ilə yaxından tanışlığa imkan tapır. Demək, mahnı yarışması, əslində, sərhədləri aşaraq insanları vahid məqsəd ətrafında birləşdirir. Bu isə, təbii ki, ümumbəşəri qələbədir. Demək, Azərbaycan ümumbəşəri ideyaların çiçəklənməsi üçün bir məkana çevrilib. Bax, əsl qələbə də budur! Möhtəşəmliyi ilə səs salan mahnı müsabiqəsi Azərbaycanı dünyaya, xalqları isə bir-birinə qovuşdurur!

Şəhərimizin gündüzlərinin parlaq günəşli, gecələrinin aylı-ulduzlu olması, son günlər isə sayrışan al-əlvan işıqlarının bərq vurması qonaqlarımızın təkcə gözlərini deyil, qəlbini, ruhunu da oxşayır. Onlar etiraf etdikləri kimi, özlərini bu şəhərin sakinləri tək hiss edir, qonaqpərvər xalqımızın sirlər, xəzinələr dolu maddi və mədəni dünyasına səyahət etməkdən zövq alırlar. Bir tərəfdə qara qızılı ilə dünyaya səs salan, buruqları qatar-qatar, mavi gözlü Xəzər, digər yanda isə əsrlərin yaşıdı və  daş yaddaşı, qədim olduğu qədər də müasir və Avropanın məşhur mədəniyyət mərkəzlərini xatırladan Bakı. Kim heyran olmaya bilər ki, bu əfsanələr və həqiqətlər dünyasına?

 

 

Elnur HACALIYEV,

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 23 may.- S. 6.