İrlandiyalı
jurnalist Garrett Mulhall: Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq
işləri yüksək professionallıqla həyata keçirilmişdir
Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri yüksək professionallıqla həyata keçirilmişdir. Bunu hər yerdə görmək mümkündür.
Bu sözləri AzərTAc-a müsahibəsində irlandiyalı jurnalist Garrett Mulhall demişdir. İndiyədək bir çox "Eurovision" mahnı müsabiqəsində iştirak etdiyini söyləyən irlandiyalı jurnalistin fikrincə, Bakıda keçirilən yarışma bunların arasında ən yaxşılarından biridir. Qonaq bildirmişdir ki, Mətbuat Mərkəzi çox geniş və rahatdır, həmçinin konfrans zalında hər bir şərait yaradılmışdır.
Artıq bir həftədir Bakıda olan Garrett Mulhall şəhərimizlə tanışdır, Xəzər dənizi, İçərişəhər, Qız qalası onda unudulmaz təəssürat oyatmışdır. Bu yerlərdən zövq aldığını deyən jurnalist Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırmışdır. Garrett Mulhall həmçinin şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu diqqətə çatdırmışdır. Demişdir ki, bu ölkənin insanları çox mehriban, qayğıkeş və enerjilidirlər. Ölkəmizdə hamıya Bakını görmələrini tövsiyə edəcəyəm.
"Eurovision-2012" mahnı müsabiqəsindən
danışan irlandiyalı jurnalist
yarışma iştirakçılarından Səbinə
Babayevanın ifasını çox bəyəndiyini
bildirmiş, həmçinin İrlandiyadan "Jedward"
qrupunun, İtaliya və
İsveç təmsilçilərinin
çıxışlarını yüksək qiymətləndirmişdir.
Azərbaycan.- 2012.- 23 may.- S. 8.