Danimarkalı jurnalist Kristian Pedersen: Azərbaycan çox maraqlı ölkədir

 

 Azərbaycan çox maraqlı ölkədir. İnsanları mehriban, qayğıkeş gülərüzdür. Bu sözləri AzərTAc-a müsahibəsində danimarkalı jurnalist Kristian Pedersen bildirmişdir.

Bakıya ilk dəfə gəldiyini deyən Kristian Pedersen şəhərin qədim modern tikililərini, son iyirmi ildə ölkənin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. O, "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Mətbuat Mərkəzində jurnalistlər üçün hər cür şərait yaradıldığını qeyd etmiş, təhlükəsizliyə xüsusi diqqət yetirildiyini nəzərə çatdırmışdır.

Kristian Pedersen müsabiqədən sonra iki həftə Azərbaycanda qalacağını ölkəmizlə daha yaxından tanış olacağını bildirmişdir.

O, "Eurovision-2012" mahnı müsabiqəsinə qatılan bütün ifaçıları yüksək dəyərləndirmiş uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2012.- 23 may.- S. 8.