Qazaxıstan paytaxtında keçirilən V Astana İqtisadi Forumunda Azərbaycanın maliyyə naziri Samir Şərifov iştirak edir

 

 Mayın 21-də Qazaxıstandakı  "Alimlərin Avrasiya İqtisadi Klubu"nun təşkilatçılığı ilə beşinci Astana İqtisadi Forumu (AİF) öz işinə başlamışdır. Forum çərçivəsində keçiriləcək tədbirlərdə dövlət və hökumət başçıları, tanınmış  ictimai-siyasi xadimlər, adamları, iqtisadçı alimlər iştirak edirlər.

Tədbirlərə Nobel mükafatının 11 laureatı, o cümlədən Robert Mandell, Robert Aumann, Kristifet Pissarides, İtaliyanın, Böyük Britaniyanın, Niderlandın sabiq Baş nazirləri Romano ProdiToni BleyerUim Kok, digər tanınmış şəxslər, ümumilikdə dünyanın 90 ölkəsindən gəlmiş 8 mindən artıq nümayəndə iştirak edir.

Tədbirdə Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Mərasimdə maliyyə kapitalı və dünya iqtisadiyyatı, sənaye-innovasiya və davamlı inkişaf, həmçinin qlobal sosial vəziyyət istiqamətlərində müzakirələr aparılır. Qeyd olunmuşdur ki, forum çərçivəsində 50-dən artıq tədbirin, o cümlədən MDB maliyyə nazirlərinin görüşü, Qlobal Enerji Ekoloji Forumu, Gənclərin Avrasiya Ekoloji Forumu, "Astana İnvest" İnvestisiya Forumu, Avrasiya İşgüzar Konqresi və digər tədbirlər də keçiriləcəkdir.

Forumun rəsmi açılış mərasimində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.

Tədbir 3 gün davam edəcəkdir.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 23 may.- S. 11.