Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunmuşdur

 

Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir. Azərbaycan Ticarət Sənaye Palatasından AzərTAc-a bildirmişlər ki, palatanın birinci vitse-prezidenti Niyaz Əlizadə vitse-prezidenti Mehman Əhmədov Serbiya Ticarət Sənaye Palatasının vitse-prezidenti Vidosava Dzagic prezidentin məsləhətçisi Miroslav Mitkoviç ilə görüşmüşlər. Görüşdə palatalararası münasibətlərin inkişafı, gələcəkdə uğurlu əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 23 may.- S. 11.