Bakı bizi valeh etdi

 

Xarici qonaqlar paytaxtımızı dünyanın ən ecazkar şəhərləri ilə bir sırada görürlər

 

 "Eurovision-2012" mahnı müsabiqəsinə tamaşa etmək üçün minlərlə avropalı qonaq Bakıya təşrif buyurmuşdur. Onlar şəhərimizin ən gözəl mehmanxanalarında məskunlaşmışlar və mayın 26-dək davam edəcək "Eurovision-2012" mahnı müsabiqəsinin Xəzər dənizinin sahilində yenicə istifadəyə verilmiş möhtəşəm "Crystal Hall"dakı yarımfinal və final konsertlərini canlı izləyəcəklər. Avropalı qonaqlar Azərbaycanla və onun paytaxtı qədim, eyni zamanda müasir Bakı ilə tanışlıq, ölkəmizin sürətli inkişafının şahidi olmaq üçün unikal imkan əldə etmişlər. Bu fürsəti dəyərləndirən avropalılar seçimlərindən heçpeşman deyillər. Əksinə, onlar təsəvvürlərinə gətirmədikləri gözəllik, inkişaf, tərəqqi, əmin-amanlıq, qonaqpərvərliklə rastlaşmışlar.

Paytaxtımızın ən görməli yerlərindən olan Nizami küçəsi, Fəvvarələr meydanı, "Alov Qüllələri" kompleksi yaxınlığında gəzintiyə çıxmış qonaqların, o cümlədən "Eurovision-2012"də çıxış edəcək Portuqaliya təmsilçisinin ölkəmizlə bağlı fikirlərini oxucularımıza çatdırırıq:

 

Filipa SOUZA, Portuqaliyanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi:

 

- Gözəl, istiqanlı xalqınız var. Bakının isə bu cür möhtəşəm şəhər olduğunu gözləmirdik. Çox müasir bir paytaxt şəhərdir. Eyni zamanda qədim İçərişəhər bizi heyran etdi.

Onu da deyim ki, bura gəlməzdən əvvəl Azərbaycan mətbəxindən ancaq kabab barədə eşitmişdik. Lakin burada müxtəlif çeşidli digər gözəl yeməklərinizi daddıq. Açığını deyim ki, özümü vətənimdəki kimi hiss edirəm. Bir sözlə, Bakı məni valeh etdi.

Portuqaliyada keçirilmiş builki milli seçimdə 12 ifaçı iştirak edirdi. Mən "Vida Minha" ("Mənim həyatım") mahnısı ilə qalib gəldim. Həm münsiflər heyətinin qərarı, həm tamaşaçıların səsi mənim lehimə oldu.

Onu da deyim ki, Portuqaliya televiziyasının birinci müsabiqəsi insanlığın qeyri-maddi mədəni irsinə daxil olan ənənəvi fadu musiqi janrına həsr edilmişdi.

"Crystal Hall"da bu mahnı müsabiqəsində daha çox İspaniyanın qalib olacağına inanıram.

 

Vladimir QRAİÇ, Sloveniya:

 

- İlk dəfədir canlı olaraq "Eurovision-2012" mahnı müsabiqəsini izləyirik. Demək olar ki, Bakının hər yerini gəzmişik. Çox gözəl təəssüratlarımız var. Mətbəxinizə söz ola bilməz.

Mahnı müsabiqəsinə gəldikdə isə, ən çox bəyəndiyim ifaçılar vətənim Sloveniyadan olan Yeva Boto, habelə İtaliya, İsveç, Serbiya Azərbaycan təmsilçiləridir.

Səbinə Babayevanın ifası həqiqətən bütün ürəklərə yol tapır. Bundan əlavə, Türkiyə təmsilçisi Can Bonomonu da qeyd etmək istərdim.

 

Olqa VULOVİÇ, Serbiya:

 

- Mən özüm peşəkar musiqiçiyəm. Skripkada ifa edirəm. Serbiya təmsilçisini "Eurovision-2012" mahnı müsabiqəsinin favoriti kimi görürəm.

Bakı çox gözəl şəhərdir. Qədim tikililərlə bərabər modern üslubda inşa edilmiş binalar göz oxşayır.

Azərbaycan paytaxtının sakinləri səmimi qonaqpərvərdirlər. Bu ecazkar şəhərdə istirahət üçün hər cür şərait yaradılmışdır.

 

Barış ANQAY, Türkiyə:

 

- İlk dəfədir Azərbaycana gəlirəm. Hər şeyi çox bəyənmişəm. Heç təsəvvür etməzdim ki, Bakı bu cür gözəl şəhərdir. İnşallah, son gəlişimiz deyil. Azərbaycan mahnıları bizi heyran etdi. Təbiətiniz çox füsunkardır.

İsveç təmsilçisi Lorini "Eurovision-2012" mahnı müsabiqəsinin favoriti hesab edirəm. Bundan əlavə, İtaliya Böyük Britaniya nümayəndələri qələbə uğrunda mübarizə apara bilər.

Azərbaycan təmsilçisi Səbinə Babayevanın mahnısı ifası da çox gözəldir. Mənə elə gəlir ki, bir ölkə davamlı olaraq iki dəfə qalib gəlmək imkanına malik olsaydı, şübhəsiz, bu dəfə Azərbaycan birinci yeri tutardı. Biz bunu ürəkdən arzulayırıq.

 

Marita ŞARLİSİ, Almaniya:

 

- Mən ilk dəfədir Bakıya səfər edirəm. Demək olar, gördüklərimdən heyrətlənmişəm. Çox gözəl memarlıq abidələriniz, qonaqpərvər insanlarınız var. Bakıda müasirlik qədim tikililər gözəl bir vəhdət yaradır.

Təhlükəsizlik baxımından da Bakı Avropanın ən sakit şəhərlərindən fərqlənmir.

"Eurovision-2012" mahnı müsabiqəsinin favoritlərinə gəldikdə isə, Azərbaycan, Almaniya Yunanıstan təmsilçilərini qeyd edə bilərəm.

 

Yuliya QULYAYEVA, Belarus:

 

- Şəhərinizdə gedən tikintinin miqyası bizi heyrətləndirib. Demək olar ki, gecə gündüz Bakıda inşaat işləri davam edir şəhər hər an daha da gözəlləşir. "Crystal Hall" çox möhtəşəmdir.

"London taksi"ləri çox gözəl sərfəlidir. Biz heç yerdə bu cür ucuz taksi xidmətinə rast gəlməmişik. İnsanlarınız da səmimi mehribandır. Hətta bir neçə saat əvvəl rastlaşdığımız bir kişi bizə gözəl şeirlər oxudu.

"Eurovision-2012"nin iştirakçıları arasında ən çox bəyəndiyim Almaniya təmsilçisi rusiyalı nənələrdir.

 

 Pavel SİVOLOV, Litva:

 

- İlk dəfə səfər etdiyim gördüyüm Bakı haqqında təəssüratlarım fantastikdir. Açığını deyim ki, indiyədək bir çox ölkələrdə olsam da, belə gözəl şəhərlə rastlaşmamışdım. Bakının füsunkar panoramı, Xəzər dənizi, müxtəlif üslublu memarlıq abidələri, parkları, fəvvarələri yaşıllığı bizi heyrətləndirmişdir. Artıq mən Azərbaycan paytaxtını özümə doğma bir məkan bilirəm.

"Eurovision-2012" mahnı müsabiqəsinin favoriti kimi İslandiya təmsilçisi Qreta Salomeni görürəm.

 

 Klir UİLKİNSON, Böyük Britaniya:

 

- Mən ilk dəfədir Bakıdayam. Hər şey o qədər gözəl füsunkardır ki, özümü doğma Londondakı kimi hiss edirəm. Azərbaycan mətbəxinə söz ola bilməz. İnsanlar da çox mehriban səmimidirlər.

Möhtəşəm "Crystal Hall"da keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində Rusiyanın "Buranovo nənələri"ni favorit hesab edirəm.

 

 Martina MAYERLE, Sloveniya:

 

- Bakıya ilk dəfədir gəlirəm. Çox gözəl tarixi bir şəhərdir. İnsanları da gülərüz qonaqpərvərdir. Ümumiyyətlə, bizim mənalı istirahətimiz üçün Azərbaycanda hər cür şərait yaradılmışdır.

Bir daha Bakıya qayıtmaq istərdim.

"Eurovision-2012"nin qalibi mükafatçıları sırasında türkiyəli Can Bonomo, isveçli Lorin, habelə Sloveniya Azərbaycan təmsilçilərini görmək istərdim.

 

Kseniya MİLOŞEVİÇ, Serbiya:

 

- Həm musiqiçi, həm rəssamam. Bakının görməli yerləri ilə tanış olmuşam bu təəssüratlardan çox məmnunam. Hər yerdə gözəl münasibət, mehriban davranışla rastlaşırıq.

Bir vətənpərvər kimi "Eurovision-2012"də Serbiyanı qalib görmək istəyirəm. Xatırlayırsızsa, biz artıq bir dəfə San-Marinoda Şərifoviçlə qələbə qazanmışıq.

 

 Hasan YAŞAR, Türkiyə:

 

- Mənim Bakıya ilk gəlişimdir. Şəhərin gözəlliyi, yaşıllığı, hündür yaraşıqlı binaları paytaxtınızı dünyanın ən möhtəşəm şəhərləri ilə müqayisə etməyə imkan verir. Azərbaycan mahnılarından, mətbəxinizdən və insanların səmimiyyətindən heyrətlənmişik.

"Crystal Hall" kompleksi möhtəşəmdir. "Eurovision-2012" mahnı müsabiqəsində İsveç Böyük Britaniya təmsilçilərini qalib kimi görürəm.

 

 

Rizvan HİLALOĞLU,

 

Fərman BAĞIROV

 

Azərbaycan.- 2012.- 24 may.- S. 7.