İordaniyanın
Kralı əlahəzrət II Abdullah ibn Al Hüseynə
Əlahəzrət!
Əziz
qardaşım!
İordaniyanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 may 2012-ci il
Azərbaycan.- 2012.- 25 may.- S. 1.