“The Washington Times”: “Azərbaycan yüksəlişdə füsunkarlıq işığındadır

 

 AzərTAc xəbər verir ki, ABŞ-ın nüfuzlu "The Washington Times" nəşrində "Azərbaycan yüksəlişdə füsunkarlıq işığındadır" sərlövhəli məqalə dərc etmişdir.

Məqalə müəllifi yazır: "Bakının dəniz kənarında axşamlar Avropa rəqs musiqisi səslənir ailələr gəzintiyə çıxırlar. Konsertlər açıq səma altında olur. Şişə çəkilmiş ət təklif edən restoranlar yerli əhaliyə əcnəbilərə xidmət göstərirlər".

Məqalədə bildirilir ki, keçmiş sovet respublikasının paytaxtı öz tutqun sənaye imicindən azad olmuş, Qədim dünyanın İstanbul cazibədarlığını Dubayın lovğa memarlıq nailiyyətlərini özündə birləşdirən ciddi işgüzar mərkəzə çevrilmişdir. İndi isə bura islahatların nəticələrini nümayiş etdirmək üçün ideal səhnə əldə etmişdir. Çünki Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilir".

Nəşr yazır: "Bu əfsanəvi şouya dünyada 125 milyon adam tamaşa edir. "Eurovision" 57-ci ildir keçirilir 42 ölkədən populyar plastik ifaçıların epik mübarizəsinə çevrilmişdir".

Müəllif yazır ki, Bakı gecələri bolluq özünə inam əlaməti kimi gözqamaşdırıcı cəlalı ilə seçilir. Yenilənmiş arxitektura moderni islam dövrünə aid binalar üç göydələndən ibarət olan axşamlar işıqlanan, yaxud teleekranlara çevrilən "Flame Towers" kompleksi kimi müasir konstruksiyalarla diqqət uğrunda mübarizə aparır.  Yüksək keyfiyyətli restoranlar eksklüziv dizayner geyimlərinin satıldığı butiklər ölkədə 20 il davam edən neft bumu sayəsində güclənən, sürətlə artan  zəngin elitadan xəbər verir.

Məqalədə deyilir: "Azərbaycan zənginləşir   9 milyonluq türkdilli əhalisi olan bu ölkədə əksəriyyət sovet dövründə qadağan edilmiş islam köklərinə qayıdır. İslam çiçəklənir.

Qərb üçün Azərbaycan, əsasən, neft deməkdir. Ölkə hələ XIX əsrin sonlarında yeraltı sərvətlərin kəşfiyyatçılarını cəlb edirdi. Onların arasında amerikalılar da az deyildi. İlk müasir quyuların qazılmasından 1840-cı illərdə 60 il keçəndən Nobel Rotşild kimi əcnəbi maqnatların sərmayə yatırımından sonra dünya neftinin yarısından çoxu  Bakıda hasil edilirdi. Sovet dövründə birinci bum zəifləmiş, lakin Azərbaycan 1990-cı illərdə müstəqillik əldə etdikdən sonra yenidən vüsət almışdır".

Məqalə müəllifi yazır ki, ölkədə neft ehtiyatları müxtəlif cür qiymətləndirilir, lakin hamı neft ehtiyatlarının 7 milyard barreldən çox olması ilə razıdır. Üstəlik Azərbaycanda təxminən 850 milyard kubmetr qaz ehtiyatı da vardır. Azərbaycan Qərb üçün enerji ehtiyatları mənbəyi kimi daha cəlbedici olmuşdur.

Son 8 ildə yoxsulluq həddindən aşağı yaşayan insanların sayı da 5 dəfə azalmışdır. Hazırda həmin göstərici təxminən 7,6 faiz təşkil edir. Bu məlumatlar yanvar ayında Dövlət Statistika İdarəsi tərəfindən dərc edilmişdir. Rəqəmlər Dünya Bankının məlumatları ilə təxminən üst-üstə düşür.

 

 

Azərbaycan.- 2012.- 25 may.- S. 3.